Modern.az

Deputatın Lerikdəki obyektində ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Deputatın Lerikdəki obyektində ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Aktual

27 İyul 2017, 13:52

Lerik rayonunun Piran kəndində ölümlə nəticələnən partlayış baş verib. 

Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib.

Bildirilib ki, Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər üç şəxs Piran kənd sakinləridir.

Hazırda faktla bağlı araşdırma aparılır...

***

Lerik rayonun Piran kəndində yerləşən və partlayışın olduğu “Lerik Broyler” MMC-nin deputat İqbal Məmmədova məxsus olduğu bildirilir.

Artıq hadisədə ölən və yaralananların adları da məlum olub.


Lerik Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 
 

1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov isə xəsarət alıb. “Lerik Broyler” MMC-nin işçiləri olan bu şəxslər Piran kənd sakinləridir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı