19 fevral 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - “Təkcə Qondon çatışmırdı...” - atası Bakının neft mədənlərində işləmiş Kremlin “BOZ KARDİNAL”İ...
“Təkcə Qondon çatışmırdı...” - atası Bakının neft mədənlərində işləmiş Kremlin “BOZ KARDİNAL”İ... +
04.08.2017, 21:43

1972-ci ildə Fransanın Kommunist partiyasının rəhbərliyi dəyişdiriləndə yeni namizədin şəxsi işini Moskvaya göndərirlər. Kremlin xeyir-duasını almaq üçün sənədlər Suslova təqdim olunur. Həmişə təmkinini saxlamağı bacaran SSRİ-nin baş ideolqu qovluğu açanda əsəblərinə hakim ola bilmir:

“Bu provokasiyadır. Təkcə Qondon çatışmırdı. Bizə fransızların Qondonu gərək deyil. Biz hələ onu Moskvaya dəvət etməliyik, kameralar qarşısında onun Leonid İliçlə mehriban münasibətlərini, necə öpüşdüklərini nümayiş etdirməliyik. Xeyr, qətiyyən ola bilməz, Qondon soyadlı bir şəxs Kommunist partiyasına rəhbərlik edə bilməz. Başqa bir şey fikirləşin...”

Ətrafdakılar ilk dəfə olaraq Mixail Suslovun bu dərəcədə özündən çıxmağının şahidi olublar.

Modern.az saytı SSRİ-nin baş ideoloqu Mixail Andreyeviç Suslov haqqında yazını təqdim edir.

Stalinin hakimiyyəti dövründən SSRİ-nin siyasi elitasında yerini möhkəmlədən Suslov Brejnevin hakimiyyət illərində partiya xətti ilə ikinci şəxs olub. Dövrünün siyasətçiləri onu “görünməyən Baş katib”, “Kommunist partiyasında 1-ci adam”, “Brejnevin boz kardinalı” da adlandırıblar. Elə Leonid İliç Brejnev də bir çox mühüm məsələlərin həllində onun birinci olmağını aşıq şəkildə etiraf edib: “Hələ görək Suslov bu məsələyə nə deyəcək...”


Saratov quberniyasında kasıb kəndli ailəsində anadan olan Suslovun atası heç bir təsərrüfata və torpağa malik olmadığından 1904-1916-cı illərdə qazanc əldə etmək üçün Bakının neft mədənlərində işləyib.

1920-ci ildən siyasi fəaliyyətə başlayan Suslov SSRİ-i üçün mürəkkəb olan çətin məsələlərin həllində Siyasi Büronun ən fəal üzvlərindən biri olub. Macarıstan və Əfqanıstan məsələlərində, Jukovun vəzifəsindən kənarlaşdırılmasında, Xruşovun devrilməsində, Kremlin kadr siyasətində Suslovun siyasi dəsti-xəttini asanlıqla görmək mümkündür.

Suslov 1949-1950-ci illərdə SSRİ-nin ən nüfuzlu mətbu orqanı olan “Pravda” qəzetiniə rəhbərlik edib.

Onun həyat tərzi həmkarlarından kəskin şəkildə fərqlənib. Suslov üçün rəhbərlərin gecə yarıyadək davam edən ziyafətləri çansıxıcı görünüb, məclislərdə onun qədəhinə araq əvəzinə adi su süzülüb.

Suslovun digər büro üzvləri kimi ov şakəri olmayıb. Amma Brejnev ov zamanı əldə etdiyi qəniməti bölüşdürərkən ən əvvəl Suslovun payını kənara qoyaraq, baş ideoloq hamıdan çox işləyir, ona görə də onun payı hamıdan çox olmalıdır deyib.

Hansı vəzifədə işləməyindən asılı olmayaraq Suslova hədiyyə bəxş etməyə heç kimin cürəti çatmayıb. Onun qəbul etdiyi hədiyyə yalnız kitab olub ki, o da hökmən müəllifin imzası ilə təqdim olunmalıymış.

SSRİ-nin ən yüksək postlarının birində əyləşən Suslovun heç bir mülkü və əmlakı da olmayıb. Dövlətin təminatından bir addım olsun belə kənara çıxmayan baş ideoloqun ona ayrıldığı mənzilində olan mebellərinin arxasında da dördkünc möhür olub: “Sov.İKP MK-nın işlər idarəsi”. Yəni Suslov, yalnız dövlətin ona “məsləhət bildiyi” tərzdə yaşayıb.


Kreml yeməkxanasında onun üçün xüsusi olaraq sosiska və kartof püresi saxlanılıb. Digər rəhbərlər nərə və qızıl balıqla qidalandığı halda Suslov sadə sovet vətəndaşının menyusunda olan yeməklərlə qidalanmağa üstünlük verib.

Sovet ideologiyasının gələcəyinə, kommunizmin ideyalarına varlığı qədər inanan Suslovun təklifləri, müraciətləri, təşəbbüsləri Siyasi Büronun iclaslarında həmişə çox ciddi qarşılanıb. Ancaq bu iclasların birində Brejnev Suslovla bağlı daha “ciddi” bir məsələ qaldırıb: “Yoldaşlar, hörmətli büro üzvləri, gəlin hamılıqla köməkləşib Mixail Suslova təzə palto alaq...” Suslov 30 ilə yaxın bir müddətdə eyni paltonu geyinib.

Mərkəzi Komitədə onun “boz kardinal” adlandırılmağı da təsadüfi olmayıb. İstənilən mühüm bir məsələnin həllində Suslovun fikri həlledici səslərdən biri sayılıb, ancaq buna baxmayaraq o həmişə hiyləgərcəsinə özünün kənarda olmasını göstərməyi bacarıb.

Uzun illər Suslovla qonşuluqda yaşayan Brejnevin kürəkəni Çurbanovun onunla bağlı fikirləri də maraqlıdır:

“Suslov çox hiyləgər bir siyasətçi idi. Onun fəaliyyəti haqqında yalnız bir neçə nəfər, SSRİ-nin ən yüksək vəzifələrində işləyənlər tam məlumatlı ola bilərdilər. Suslov birinciləri ram etməyi bacarıb. O Stalinlə də yaxın olub, Xruşov üçün əvəzolunmaz kadr sayılıb, Brejnevin isə sağ əli idi. Şəxsən mənim qayınatam Leonid İliç ona böyük diqqət və hörmətlə yanaşıb. Bəlkə hələ bir az da ondan çəkinib. Brejnev ona Mixail Andreyeviç deyə müraciət edirdi. Suslov isə Baş katibi sadəcə Leonid çağırırdı. Və onu da qeyd edim ki, Suslovla işləmək o qədər də sadə və asan deyildi...”

İki dəfə Sosialist Əməyi Qəhrəmanı, beş dəfə “Lenin” ordeni və digər ali mükafatlarla təltif olunan Suslov 25 yanvar 1982-ci ildə vəfat edib. Kremlin həkimi Çazov Suslovun ölüm səbəbinin həmişə müalicə olduğu ürək xəstəliyindən deyil, beyninə qan sızmasından olduğunu qeyd edib. Suslovun dəfni ilə bağlı SSRİ-də 3 günlük matəm elan olunub. Və ən nəhayət, ölümündən sonra məlum olub ki, Mixail Suslov hər ay maaşının böyük bir hissəsini Sülh Fonduna köşürübmüş...


İlham Cəmiloğlu
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qar uçqunu iki nəfərin həyatına son qoydu
19.02.2018, 00:57

Qar uçqunu iki nəfərin həyatına son qoydu

Dağıstandakı terroru İŞİD törədib
19.02.2018, 00:44

Dağıstandakı terroru İŞİD törədib

Yeniyetmə cüdoçular vətənə 6 medalla qayıdır
19.02.2018, 00:27

Yeniyetmə cüdoçular vətənə 6 medalla qayıdır

Gürcüstan paytaxtında güclü yanğın
19.02.2018, 00:14

Gürcüstan paytaxtında güclü yanğın

Suriyadakı terrorda 5 nəfər öldü
19.02.2018, 00:00

Suriyadakı terrorda 5 nəfər öldü

Türkiyə iki şəhid verdi
18.02.2018, 23:47

Türkiyə iki şəhid verdi

Sarkisyan beynəlxalq tədbirdə Azərbaycan dilində danışdı
18.02.2018, 23:33

Sarkisyan beynəlxalq tədbirdə Azərbaycan dilində danışdı

Ucarda avromobil su kanalına aşdı
18.02.2018, 23:24

Ucarda avromobil su kanalına aşdı

Üç illik fəaliyyət: 20 min üzv - Fotolar
18.02.2018, 23:11

Üç illik fəaliyyət: 20 min üzv - Fotolar

Ərdoğanla Baxçalı arasında 45 dəqiqəlik görüş
18.02.2018, 22:52

Ərdoğanla Baxçalı arasında 45 dəqiqəlik görüş

Azərbaycanlı qızın ölümü ciddi nəzarətə götürüldü
18.02.2018, 22:39

Azərbaycanlı qızın ölümü ciddi nəzarətə götürüldü

Qubadakı qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib
18.02.2018, 22:21

Qubadakı qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib

Sürüşmə zonasında torpaq satılır - Video
18.02.2018, 22:07

Sürüşmə zonasında torpaq satılır - Video

Dağıstandakı silahlı insidentdə ölənlərin sayı artıb - Video
18.02.2018, 21:30

Dağıstandakı silahlı insidentdə ölənlərin sayı artıb - Video

Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib - Fotolar   
18.02.2018, 21:14

Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib - Fotolar  

Azərbaycan Rusiyadan 5 vaqondan ibarət iki metro qatarı alır
18.02.2018, 20:59

Azərbaycan Rusiyadan 5 vaqondan ibarət iki metro qatarı alır

Cənubi Qafqazı gərgin durumda saxlamağa cəhdlər
18.02.2018, 20:46

Cənubi Qafqazı gərgin durumda saxlamağa cəhdlər

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir
18.02.2018, 20:29

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir

14 yaşlı qız dəm qazından öldü
18.02.2018, 20:15

14 yaşlı qız dəm qazından öldü

Vəkillər Kollegiyası yeni ünvana köçür
18.02.2018, 20:01

Vəkillər Kollegiyası yeni ünvana köçür

Namizədlərdən 466-sı uğur qazandı
18.02.2018, 19:46

Namizədlərdən 466-sı uğur qazandı

Qazaxıstanda 4,7 ballıq zəlzələ oldu
18.02.2018, 18:51

Qazaxıstanda 4,7 ballıq zəlzələ oldu

“PKK xarici dəstəyini itirəcəyi halda  “Asala” kimi yoxa çıxacaq”
18.02.2018, 17:45

“PKK xarici dəstəyini itirəcəyi halda  “Asala” kimi yoxa çıxacaq”

Salyanda ağır yol qəzası: 2 ölü, 2 yaralı var
18.02.2018, 16:59

Salyanda ağır yol qəzası: 2 ölü, 2 yaralı var

Azərbaycan gimnastı Gənclər Olimpiadasına vəsiqə qazanıb
18.02.2018, 16:55

Azərbaycan gimnastı Gənclər Olimpiadasına vəsiqə qazanıb

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
18.02.2018, 16:26

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Sabahın HAVASI - Bakıya sulu qar, rayonlara qar yağacaq
18.02.2018, 15:29

Sabahın HAVASI - Bakıya sulu qar, rayonlara qar yağacaq

İlham Əliyev təyyarə qəzası ilə bağlı Həsən Ruhaniyə başsağlığı verib
18.02.2018, 15:06

İlham Əliyev təyyarə qəzası ilə bağlı Həsən Ruhaniyə başsağlığı verib

Salyanda yanğın olub
18.02.2018, 15:02

Salyanda yanğın olub

BOŞANMALAR - Bəzi gənclər elə bilirlər ki, ailə sevmək və sevişməkdən ibarətdir...
18.02.2018, 14:48

BOŞANMALAR - Bəzi gənclər elə bilirlər ki, ailə sevmək və sevişməkdən ibarətdir...

İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb - RƏSMİ
18.02.2018, 13:59

İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb - RƏSMİ

İranda təyyarə qəzası nəticəsində 66 nəfər ölüb - YENİLƏNİB
18.02.2018, 12:58

İranda təyyarə qəzası nəticəsində 66 nəfər ölüb - YENİLƏNİB

Əfv sərəncamının verilmə vaxtı DƏYİŞDİRİLƏ BİLƏR - SƏBƏB
18.02.2018, 12:15

Əfv sərəncamının verilmə vaxtı DƏYİŞDİRİLƏ BİLƏR - SƏBƏB

Sürücülərin diqqətinə - Bu yollarda sürət həddi endirildi
18.02.2018, 12:10

Sürücülərin diqqətinə - Bu yollarda sürət həddi endirildi

“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”
18.02.2018, 11:53

“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

ARXİV