Modern.az

Ramiz Abutalıbovdan Lütfi Zadənin vəsiyyətinə REAKSİYA: “Heç kimin haqqı yoxdur ki…”

Ramiz Abutalıbovdan Lütfi Zadənin vəsiyyətinə REAKSİYA: “Heç kimin haqqı yoxdur ki…”

Aktual

11 Avqust 2017, 14:53

Dünya elminin ən böyük simalarından olan Lütfi Zadənin dünyasını dəyişdikdən sonra Bakıda dəfn olunmasını vəsiyyət etməsi bir neçə gündür mediada müzakirə olunur.
Həmin vəsiyyətdəki Azərbaycan sevgisi və burada dəfn olunmaq arzusu ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.


Lütfi Zadənin ata yurdu olan Azərbaycanda dəfn olunmaq istəyinə sevinənlərlə yanaşı, onu qınaq obyektinə çevirənlər də var. Onların əsas arqumentinə görə, dünya şöhrətli alim Azərbaycanı vəsiyyətində deyil, sağlığındakı fəaliyyəti boyuyada salmalıydı. Bu cür düşünənlərin fikrincə, dünyanın nəhəng alimlərindən olan Zadə öz nüfuzundan Azərbaycanın xeyrinə istifadə etmədi. Odur ki, indi vətən torpağında basdırılması  ilə bağlı vəssiyyət onlarda qıcıq yaradıb.

Ömrünün çox hissəsini qürbətdə keçirən, bacardığı qədər Azərbaycanın beynəlxalq nüfuzu üçün əlindən gələni əsirgəməyən diplomat, ictimai xadim Ramiz Abutalıbov da Modern.az saytına açıqlamasında məsələyə münasibət bildirib. O, qocaman alimin vəsiyyətinə, son istəyinə hörmətlə yanaşmağın vacibliyini bildirib və buna müsbət yanaşdığını qeyd edib:

 

“Lütfi Zadənin vəsiyyətinə çox müsbət yanaşıram. Bu, onun şəxsi arzusudur. Heç kimin haqqı yoxdur ki, bu işə müdaxilə etsin. Bu məsələni hətta müzakirə etmək də düzgün deyil”.

 

R.Abutalıbov Lütfi Zadənin Azərbaycanda dəfn olunduğu təqdirdə bunun ölkənin beynəlxalq imicinə nə kimi müsbət təsir edib-etməyəcəyinə qısaca cavab verib:

 

“Bayaq dediyim kimi, ümumiyyətlə, bu məsələ müzakirə mövzusu olmamalıdır”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı