18 avqust 2018, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Qərbi Azərbaycan Partiyası yaradılır – EKSKLÜZİV
Qərbi Azərbaycan Partiyası yaradılır – EKSKLÜZİV
12.08.2017, 13:02

Xeyli vaxtdır ki, Ermənistanda Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətdən ciddi narahat olanlar ordusu formalaşır. Sonuncu örnək erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyanın "İlham Əliyev Zəngəzuru, İcevanı da alacaq” açıqlamasıdır.

Bizim bütövlükdə Ermənistana ərazi iddiamız var, bunun gerçəkləşməsiüçün hansı addımlar atılmalıdır.

 

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli bununla bağlı  Modern.az saytına müsahibə verib.

 

- Əziz müəllim, Ermənistan həzaman Azərbaycana qarşı ərazi iddiasında olub. Bəs, Azərbaycan bütövlükdə Ermənistana idda edə bilərmi?

 

- Siz çox aktual bir sual ortaya qoymusunuz. Ona görə aktual deyirəm ki, qarşıdan son iki yüz ildə xalqımızın başına gələn bütün tarixi faciələrimizin təməlində duran erməni-azərbaycan münasibətləri ilə bağlı dörd mühüm tarixi hadisənin ildönümləri gəlir. Bunlardan birincisi 1828-ci il fevralın 10-da bağlanmış və gələn il 190 illiyi tamam olan Türkmənçay müqaviləsidir. Bu müqavilə təkcə Bütöv Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsi və bununla da Azərbaycanın iki yerə parçalanması ilə tarixə düşmədi, həm də ermənilərin Cənubi Qafqazdakı Azərbaycan torpaqlarına köçürülməsi ilə Azərbaycan və bütün Qafqaz xalqlarının iki yüz illik faciələrinin əsasını qoydu.

 

İkincisi, gələn il martın 31-də azərbaycanlıların soyqırımının 100 illiyi tamam olur. Həmin gün 1918-1920-ci illərdə bütün tarixi Azərbaycan ərazisində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımının rəmzi günü kimi 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən təsbit edilmişdir.

 

Üçüncüsü, gələn il azərbaycanlıların Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisindən deportasiya edilməsinin 70-ci ili tamam olur. 1948-ci ildə İ.Stalinin qərarı ilə 150 min nəfərdən çox azərbaycanlı Qərbi Azərbaycan ərazisindəki tarixi torpaqlarından deportasiya olundular və bu hadisəyə də Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il dekabrın 18-də imzalanmış Fərmanda tarixi-siyasi qiymət verilib.

 

Nəhayət, dördüncü ildönümü: 1988-ci ildə hələ də Qərbi Azərbaycanda yaşamaqda davam edən 250 min soydaşımız qətl və qarətlərlə müşayiət olunan qəddarlıqla ata-baba yurdlarından qovulub çıxarıldılar. Konkret sualınıza gəlincə, deyə bilərəm ki, indiki Ermənistana iddia etmək haqqımız var. Çünki Ermənistan tarixi Azərbaycan torpaqları hesabına yaradılıb.

 

- Hədə bütübu faciələAzərbaycanıtarixi torpaqlarınıitirilməsi ilə nəticələndi

 

- Bəli, son dörd min ildə Qafqazda və Yaxın Şərqdə bir çox dövlət və imperiyalar yaratmış bir xalq – Azərbaycan türkləri öz tarixi ərazilərini itirə-itirə gəldilər. Türkmənçay müqaviləsi Azərbaycanı Şimali və Cənubi olaraq iki yerə böldükdən sonra həm Şimalın, həm də Cənubun torpaq itkiləri başladı. Cənubun əlindən Kərkük, Mosul, Hələb və s. alındı, Gəngər körfəzi Fars körfəzinə çevrildi, bir çox Cənubi Azərbaycan şəhərləri farslaşdırıldı. Şimalda isə Dərbənd, Borçalı, Sürməli və s. Azərbaycandan qoparıldı, Azərbaycanın Şimalı ilə Cənubu arasında “Ermənistan” kimi qondarma bir dövlət yaradıldı. Bu gün Türkiyə bölgənin ən böyük Türk dövlətidir. Əlbəttə, biz bununla qürur duyuruq, Türkiyə bizim qardaşımızdır, lakin bəzi bədxahlarımız Türkiyənin bölgədə nisbətən gənc dövlət olmasını tez-tez xatırlatmasınlar, yaddan çıxarmaq lazım deyil ki, Türkiyə olmamışdan qabaq bu bölgədə Aratta, Lullubi, Kuti, Manna, Midiya, Urartu, Şak-skif padşahlığı, Atropatena, Albaniya, Ərməniyə, Səlcuqlar kimi qüdrətli türk dövlət və imperiyaları mövcud idi və onların bugünkü varisləri də birbaşa Azərbaycan türkləridir.

 

- Amma bu gükiçik bir əraziyə sıxışdırılmışıvə torpaqlarımızıda bir hissəsi işğal altındadır

 

- Azərbaycanın tarixi qüdrətinə bələd olanlar, bundan qorxanlar, sadəcə, bizi özümüzə gəlməyə qoymurlar. Əslində, bölgədə qüdrətli bir Azərbaycan dövlətinin yaranması qaçılmazdır. Bunun ən qısa yolu son iki yüz ildə itirdiyimiz tarixi torpaqlar uğrunda mübarizəyə hazır olan yeni nəsil yetişdirməkdən keçir.

Bu gün bu baxımdan Azərbaycan dövlətinin və xalqının qarşısında iki mühüm vəzifə durur: birincisi, Azərbaycanın əzəli torpaqları olan Qarabağ torpaqlarının, ikincisi, Azərbaycanın tarixi əraziləri olan Qərbi Azərbaycan mahallarının erməni işğalından azad edilməsi.

Bu məsələlərin uğurlu həlli üçün xüsusi Proqram olmalıdır. Azərbaycan dövlətinin və xalqının bütün elmi-intellektual, maddi və maliyyə potensialı ilk növbədə bu məsələnin həllinə səfərbər edilməlidir. Bizim təhsil sistemimiz bu vəzifələrin icrasına qadir və hazır yeni nəsil yetişdirməlidir. Bu iki məsələni – Qarabağ və Qərbi Azərbaycan məsələlərini bir-birindən ayırmaq yanlış siyasət və Azərbaycan xalqına qarşı tarixi xəyanətdir.

 

- Bədünya buna nə deyər?

 

- Bizim dünyadan qorxacaq və ya gizlədəcək heç nəyimiz yoxdur. Bütün dünya bilir ki, son iki yüz ildə hansı proseslər gedir və Azərbaycan 200 il əvvəl hansı itkilərə məruz qalıb, 100 il, 70 il, 30 il əvvəl hansı itkilərə məruz qalıb. Bilən bilir, bilməyənləri də başa salmağa çalışacağıq. Başa düşənlər bizə haqq verəcək, başa düşmək istəməyənlər və haqq verməyənlər artıq öz mövqeyini çılpaq şəkildə ortaya qoymuş olacaq və biz də biləcəyik ki, onlar bizim düşmənimizdirlər və ya ən azı, düşmənimizin dostudurlar.

 

- Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, siz hansı addımları atmağı planlaşdırırsınız?

 

-Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, bizim səbr kasamız daşıb. Azərbaycanın hər qarış torpağı, o cümlədən Qarabağ torpaqları biz Qərbi Azərbaycan qaçqınları üçün müqəddəsdir və bu torpaqlar uğrunda döyüşməyə də, ölməyə də həmişə hazırıq. Bunu 1-ci Qarabağ savaşında qədərincə sübut etmişik. Amma Qərbi Azərbaycan qaçqınlarına və Qərbi Azərbaycan torpaqlarının tarixi taleyinə bugünkü münasibət bizi qətiyyən qane eləmir. Sanki Qərbi Azərbaycan qaçqınları bu millətin nümayəndələri və Qərbi Azərbaycan da Azərbaycanın tarixi torpaqları deyil. Biz əvvəl dövlətimizdən, sonra da bütün dünyadan doğulduğumuz torpaqlara qayıtmaq üçün kömək istəyirik. Bu, bizim insani haqqımızdır və heç kəsin bu haqqı bizim əlimizdən almağa haqqı yoxdur. Biz doğulduğumuz, baba-nənələrimin məzarları yatan torpaqlarımızı istəyirik! Kim bunu bizə qadağan edə bilər?! Ora bizim üçün Vətəndir, Vətən olaraq da qalacaq!

Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz hazırda 1988-ci il deportasiyamızın 30 illiyinə hazırlaşırıq və 2018-ci ili də Qərbi Azərbaycan ili elan edəcəyik.

 

- Bütün bunlar Qərbi Azərbaycan torpaqlarının qaytarılmasına kifayət edəcəkmi?

 

- Xeyr, biz Qərbi Azərbaycan torpaqları uğrunda mübarizəyə start verəcəyik, bunun üçün ilk növbədə Qərbi Azərbaycan qaçqınlarının və bütün qərbi azərbaycanlıların və hansı ölkədən, hansı bölgədən olmasından asılı olmayaraq, bizim bu mübarizəmizi dəstəkləyən soydaşlarımızın təşkilatlanmasını təmin edəcəyik. Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, öz işimizi görəcəyik. Amma biz ictimai təşkilatıq və siyasi fəaliyyətlə məşğul olmuruq. Ona görə də mənə elə gəlir ki və soydaşlarımızın da çoxu bu fikirdədir ki, qərbi azərbaycanlıların bu mübarizəsini məqsəd və məramına iri hərflərlə yazacaq bir siyasi təşkilatın yaranmasının da artıq vaxtı çatıb. Çox güman ki, bu, Qərbi Azərbaycan Partiyası olacaq, əsas məqsədi də Qərbi Azərbaycan torpaqlarını erməni işğalından azad etmək olacaq.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Cəmşid Dərələyəzli
12.08.2017, 21:10

Öncə Əziz müəllimin dediklərindəki reallığı görməyib, ölkənin xilasını dində görənlərə deyərdim ki, bir dönüb orta doluya, yaxın şərqə baxın və bir də dönüb də 1400 illik islam tarixinə baxın və görün ki, bu tarixdə nüsəlmanlar hansı "inkişaf"dan və bəlalardan keçiblər və hayla da keçməkdədirlər.. İkincisi də qayəsi millət, itirilmiş torpaqların qaytarılması və vətənə dönüş yönundə formalaşacaq istənilən ictimai birlik və siyasi təşkilat dəstəklənməli və formalaşmasına yardım edilməlidir. Ən əsası da Əziz müəllimin adını ilkin variantda söylədiyi Qərbi Azərbaycan Pariyiasının (elə bilirəm formalaşanda ada yenidən baxmaq olar) yaradılmasını dəstəkləmək lazımdır. Deyərdim ki, biz bu məsələdə bəlkə də gecikmişik. Bu gün Qarabağın həllinin dalana dirəndiyi bir vaxtda, Cənab Prezidentin bu yöndə yürütdüyü siyasətə və "biz Qarabağla birlikdə Ermənistandakı əzəli torpaqlarımızı da qayıdacağıq" fikrlərinə dəstək olmaq üçün, Ermənistanlıların bir siyasi təşkilatda birləşməsi aktualdır və deyərdim ki həm də vacibdir. Biz bu Siyasi təşkilat vasitəsi ilə təkliflərimizi və şərtlərimizi bütün Beynəlxalq səviyyələrdə qaldırıb, geriyə qayıtmaq və ən yüksək özünü idarəetmə statusu tələb etmək imkanlarını saxlamış olarıq.. Təssüflər olsun ki keçən 29 il ərzində, Qarabağ məsələsinin həllində bu amil unuduldu və heç bir zaman Ermənistanlılar tərəf kimi yaxına buraxılmadı. Hansı ki, Qarabağ probleminin başlanığıcı Ermənistanlıların Ermənistandan çıxarılması ilə başlamışdır və elə bilirəm, həlli də onların vətənə dönməsi ilə yekünlaşmış olardı. Bu həm də zaman-zaman Ermənistanın damışıqlar prosesində ortaya atmış olduqları kötüklərə, kötük cavabı olardı. Özü də tutarlı kötük. Nə yazıq ki, keçən dövr ərzində biz bu amili yaxına buraxmadıq. Bunun da səbəbkarı Ermənistandakı mahalların bəzi özü-özünü seçmiş və bəyənmiş "ağsaqqallar"ı və hakimiyyət düşərgəsində olan və uzağı görməyən bəzi kişilər olmuşdur. Adını da qoymuşlar ki, guya Ermənistanlıların bir yerə cəmləşməsi hakimiyyət üçün təhlükədir. Bu bədbəxtlər anlamırlar ki, bu hakimiyyətin formalaşmasında məhz ən böyük dəstək Ermənistanlılardan gəlmişdir və onlar yaratdıqlarını qorumağı da bilirlər. Ermənistanlılar dövlət və dövlətçiliyin qorunmasında daima dərin dövlət missiyasını daşımışlar və daima da daşıyacaqlar. Odur ki də Əziz müəllimin bu fikirlərində qəribəlik axtarmaq gərək deyil. Deyərdim ki, bu fikirdə əsil məqsəd əzəli yurd yerlərimizə dönmək üçün, Cənab Prezidentimizin rəsmi səviyyələrdə söyləmiş olduğu fikirlərə dəstək üçün, daima onun yanında olmaqdır.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan bu şəhərlərdə ticarət evi açır
18.08.2018, 00:56

Azərbaycan bu şəhərlərdə ticarət evi açır

Filippində təyyarə qəzası
18.08.2018, 00:39

Filippində təyyarə qəzası

Sumqayıtda itin gözünü oydular - VİDEO
18.08.2018, 00:26

Sumqayıtda itin gözünü oydular - VİDEO

Maşın nəvəsindən ayrılmaq istəməyən nənəni sürüdü
18.08.2018, 00:12

Maşın nəvəsindən ayrılmaq istəməyən nənəni sürüdü

İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı
17.08.2018, 23:56

İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı

Ərdoğan yeddinci dəfə baba oldu
17.08.2018, 23:41

Ərdoğan yeddinci dəfə baba oldu

Kiyevdə iğtişaş törətmək istəyən 80 nəfər saxlanıldı
17.08.2018, 23:27

Kiyevdə iğtişaş törətmək istəyən 80 nəfər saxlanıldı

Azərbaycan nefti bahalaşıb
17.08.2018, 23:16

Azərbaycan nefti bahalaşıb

İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli öldü
17.08.2018, 22:57

İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli öldü

Pakistanda yeni baş nazir seçilib
17.08.2018, 22:43

Pakistanda yeni baş nazir seçilib

“ASAN Viza” 700.000-dən çox insanı sevindirib
17.08.2018, 22:29

“ASAN Viza” 700.000-dən çox insanı sevindirib

Qazax sakini həmyerlisinə oraqla xəsarət yetirib
17.08.2018, 22:13

Qazax sakini həmyerlisinə oraqla xəsarət yetirib

Güclü zəlzələ İndoneziyanı silkələdi
17.08.2018, 21:59

Güclü zəlzələ İndoneziyanı silkələdi

Azərbaycanda 18 yaşadək rəsmi nikaha girənlərin sayı azalıb
17.08.2018, 21:47

Azərbaycanda 18 yaşadək rəsmi nikaha girənlərin sayı azalıb

Paşinyan rəqiblərini hədələdi
17.08.2018, 21:33

Paşinyan rəqiblərini hədələdi

Avtobus sürücüsü və sərnişinləri ölümlə hədələyən şəxs TUTULDU - RƏSMİ
17.08.2018, 21:17

Avtobus sürücüsü və sərnişinləri ölümlə hədələyən şəxs TUTULDU - RƏSMİ

Müslüm Maqomayevin xatirəsi yad olundu - FOTOLAR
17.08.2018, 21:08

Müslüm Maqomayevin xatirəsi yad olundu - FOTOLAR

“Yaxın zamanlarda gömrük sistemində islahatlar başa çatdırılacaq” - İqbal Babayev
17.08.2018, 20:56

“Yaxın zamanlarda gömrük sistemində islahatlar başa çatdırılacaq” - İqbal Babayev

İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb
17.08.2018, 20:39

İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb

Türkiyə ordusu PKK rəhbərini belə vurdu - VİDEO
17.08.2018, 20:29

Türkiyə ordusu PKK rəhbərini belə vurdu - VİDEO

Hindistanda son 100 ilin ən dəhşətli faciəsi: 324 ölü
17.08.2018, 20:14

Hindistanda son 100 ilin ən dəhşətli faciəsi: 324 ölü

Ombudsman nümayəndələri Bakı İstintaq Təcridxanasında
17.08.2018, 20:01

Ombudsman nümayəndələri Bakı İstintaq Təcridxanasında

DGK-nın bu idarələri bayram günü işləyəcək
17.08.2018, 20:00

DGK-nın bu idarələri bayram günü işləyəcək

Son dörd gündə 87 qa­nunsuz miqrant sax­­­la­nıl­ıb   
17.08.2018, 19:50

Son dörd gündə 87 qa­nunsuz miqrant sax­­­la­nıl­ıb  

Messinin qardaşına hökm oxundu
17.08.2018, 19:40

Messinin qardaşına hökm oxundu

ABŞ Suriyanın bərpası layihəsinin maliyyələşdirilməsini dayandırıb
17.08.2018, 19:30

ABŞ Suriyanın bərpası layihəsinin maliyyələşdirilməsini dayandırıb

FIFA 4 klubu cəzalandırıb
17.08.2018, 19:19

FIFA 4 klubu cəzalandırıb

Helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
17.08.2018, 19:10

Helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib

Milli Paralimpiya Komitəsinin regional bölməsi yaradılıb
17.08.2018, 19:00

Milli Paralimpiya Komitəsinin regional bölməsi yaradılıb

Bu türk filmi “Oskar”a namizəd göstərildi
17.08.2018, 18:52

Bu türk filmi “Oskar”a namizəd göstərildi

Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı
17.08.2018, 18:41

Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı

Metronun "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində adi qaydada işləyəcək
17.08.2018, 18:32

Metronun "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində adi qaydada işləyəcək

"Kaspersky Lab": Messenger və sosial şəbəkələrə olan hücumlar artıb
17.08.2018, 18:22

"Kaspersky Lab": Messenger və sosial şəbəkələrə olan hücumlar artıb

Lənkəranda yeni yol çəkiləcək
17.08.2018, 18:11

Lənkəranda yeni yol çəkiləcək

Fermerlərə daha 57,5 milyon manat subsidiya ödəniləcək
17.08.2018, 18:04

Fermerlərə daha 57,5 milyon manat subsidiya ödəniləcək

ARXİV