Modern.az

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi BAŞLAYIR

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi BAŞLAYIR

Aktual

21 Avqust 2017, 09:50

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi bu gündən başlayır.

 

Modern.az xəbər verir ki, 21-26 avqust 2017-ci il tarixlərində ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

 

Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.

 

Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə təşkil edilib. Bu gündən isə sonuncu-müsahibə mərhələsi keçiriləcək

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü