Modern.az

Dəyərlərimiz üçün mütləq Qarabağa qayıtmalıyıq

Dəyərlərimiz üçün mütləq Qarabağa qayıtmalıyıq

23 Avqust 2017, 18:21

“Öz yürd-yuvalarndan didərgin düşən soydaşlarımızın milli-mənəvi dəyərləri də özləri kimi köçkün həyatı yaşayır”.

 

Bu fikirlər "Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibovaya məxsusdur. 

“Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi naminə media ilə iş” adlı layihə çərçivəsində Şəkidə bir qrup məcburi köçkünlə keçirilən görüşdə Bəsti Nəsibova deyib ki, insanlar kompakt şəklində yaşayanda öz adət-ənənələrini, milli dəyərlərini qoruyur və nəsillərdən nəsillərə ötürürlər: “Amma təəssüflər olsun ki, köçkünlərimiz pərakəndə halında yaşadıqlarından həmin yerlərin adətlərinə uyğunlşmq məcburiyyətində qalırlar. Bizim də məqsədimiz bu dəyərlərin yaşamasına dəstək olmaqdır”.

 

İctimai Birliyin sədri onu da vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək. “Lakin narahatçılıq doğuran odur ki, yaşlı nəsil dünyasını dəyişir. Yeni nəsil isə bu dəyərlərdən uzaqlaşır”.

Vətəndaş cəmiyyəti təmsilçisi bu işdə medianın rolunu xüsusi vurğulayıb. Ağdam şəhərindən məcburi köçkün Burzu Mirzəliyev də  vətəndən ayrı yaşamağın ağır olduğunu və daim o torpaqlara dönmək niyyətində olduqlarını bildirib.

Onun sözlərinə görə, indiki gənclərin çoxu  artıq bir çox dəyərli ənənələrimizi bilmirlər və o ənənələr də insanlar kimi ölüb gedir. Burzu Mirzəliyev hesab edi ki, dəyərlərimizin məhv olmaması üçün hökmən torpaqlarımıza qayıtmalıyıq.  

 

Laçından məcburi  köçkün Nazir Hüseynov da  ermənilərin məqsədyönlü şəkildə bir çox tarixi abidələri məhv etdiklərini və azərbaycanlıların izlərinin tamam silinməsinə çalışdıqlarnı dilə gətirib.

O həmçinin deyib ki, məsələn Laçında toy-büsat bir başqa şəkildə keçirilərdi. O toylar təkcə şənlik xarateri daşımırdı, gənclərə örnək olacaq çox məqamlar var idi. Hər sağlıqda, təbrikdə böyüklərə hörmət, ehtiram kimi şüarlar səslənirdi.

Tədbirin sonunda səslənən təkliflərin reallaşdırılması üçün görüləcək digər işlərdən də danışılıb.

Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən  layihə Bakı, Gəncə, Goranboy, Mingəçevir şəhərlərində də reallaşdırlıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!