Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna ərazisinə daxil olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş qubernator tərəfdarları ilə birgə Ukrayna-Polşa sərhədində sərhədçiərin kordonunu yarmağa müvəffəq olublar.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Saakaşvili qanunvericilik çərçivəsində hüquqlarının bərpasına çalışacağını bildirib.
Daha sonra Mixail Saakaşvili silahdaşları ilə avtobusa əyləşərək Lvova yola düşüb.
***
Ukrayna polisinin yaydığı xəbərə görə, artıq Mixail Saakaşviliyə ölkə sərhədlərinin qanunsuz keçməyə görə cinayət işi açılıb.