Modern.az

Bakıda baş həkimin oğlu yolu keçən piyadanı vurdu 

Bakıda baş həkimin oğlu yolu keçən piyadanı vurdu 

Aktual

18 Sentyabr 2017, 14:07

 Bakıda Nərimanov rayonunda yolu keçmək istəyən 30 yaşlı kişini vurub öldürən "Lexus" markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobilin sahibi bəlli olub. 

Modern.az Report-a istinadən xəbər verir ki, sürücü  Mehdizadə Toğrul Nizami oğludur. Hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü