23 sentyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - İstifadəyə verilən modul tipli məktəblər: “Müəllimlər də, şagirdlər də çox razıdır”
İstifadəyə verilən modul tipli məktəblər: “Müəllimlər də, şagirdlər də çox razıdır”
21.09.2017, 15:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Qəbələ və Oğuz rayonlarına mediaturu təşkil edilib.

 

Modern.az xəbər verir ki, mediaturda 25-dən çox KİV nümayəndəsi və təhsil ekspertləri iştirak edib. Mediaturun məqsədi bu bölgələrdə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub. Əvvəlcə media nümayəndələri Qəbələ rayonunun Seyidqışlaq kənd ümumi orta məktəbində olublar.

 

Məktəbin direktoru Səhrab Həşimov bildirib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir. "Şagirdlərdən 45-i 1-4-cü siniflərdə, 35-i 5-9-cu siniflərdə oxuyur. Şagirdlərdən 28-i qız, qalanları isə oğlandır. Eyni zamanda məktəbdə dərs deyən müəllimlərin 5-i kişi, 15-i isə qadın müəllimdir". Rayonda daha bir modul tipli məktəb Cığatelli kəndində istifadəyə verilib. 56 şagird yerlik ümumi orta məktəb 7 sinif otağı, 1 müəllimlər otağından ibarətdir. Səfər çərçivəsində media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasiminə qatılıblar. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova, rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Qəbələ rayon icra başçısının müavini Ətayə Osmanova isə qeyd edib ki, Qəbələ Respublikamızda inkişaf etmiş rayonlardandır və turizm mərkəzinə çevrilib. "Bu il rayonumuzda 2 kənddə- Seyidqışlaq və Çığatelli kəndlərində modul tipli məktəblər istifadəyə verilib. Aydınqışlaq kəndində isə böyük məktəbin əsaslı təmirdən sonra açılışı edilir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm".

 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, son illərdə Azərbaycanın bütün məktəblərinin yenidən qurulması, əsaslı təmir edilməsi və inşa edilməsi geniş vüsət alıb. "Azərbaycanda yaxın vaxtlarda təmirsiz məktəb qalmayacaq. Aydınqışlaq kənd tam orta məktəbin həyəti, idman meydançası tamamilə yenidən qurulacaq. Cənab nazirin adından 5 ədəd noutbuk məktəbə hədiyyə edirik". Məktəb direktoru Sevil Nəbiyeva məktəbin yüksək səviyyədə təmir olunduğunu qeyd edib. "1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur" Sonra media nümayəndələri Oğuz rayonunun Yemişənli kəndində istifadəyə verilən modul tipli məktəbə baş çəkiblər. 80 şagird yerlik məktəbdə 10 sinif otağı, kitabxana, müəllimlər otağı və 5 sanitar qovşaq istifadəyə verilib.

 

Məktəbin direktoru Muxtar Manıyev qeyd edib ki, köhnə məktəb binası 1969-cu ildə tikildiyi üçün artıq qəzalı halda idi. "Hazırda istifadəyə verilən modul tipli məktəbdə 73 şagird təhsil alır. Məktəb 9 illikdir. Şagird sayının az olduğu üçün 1-3 siniflər və 2-4 cü siniflər komplekləşdirilib. Təbii ki, bu siniflərdə şagirdlərin göstəriciləri aşağı olur. Əgər siniflərdən komplektdən çıxarılsa təbii ki, şagirdlərin təhsil göatəriciləri yaxşılaşar. Məktəbimizdə siniflər üzrə vakansiyalar var. Kimya, bilogiya, fiziki tərbiyə, coğrafiya ixtisasları üzrə müəllimlərə ehriyac var. İmtahandan keçən müəllimlər təbii ki, burada işə dəvət olunacaq. İşləyən 18 müəllimdən 10-u qadındır".

 

Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.

 

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Atdan yıxılan çoban ağır xəsarət aldı
23.09.2018, 00:39

Atdan yıxılan çoban ağır xəsarət aldı

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23.09.2018, 00:26

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23.09.2018, 00:03

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Qrenlandiyada buzlar sürətlə əriyir
22.09.2018, 23:42

Qrenlandiyada buzlar sürətlə əriyir

Hicab geyinən kişi bankı qarət etdi
22.09.2018, 23:15

Hicab geyinən kişi bankı qarət etdi

Xamenei terrora görə ABŞ-ı ittiham etdi
22.09.2018, 22:58

Xamenei terrora görə ABŞ-ı ittiham etdi

Avtobus qəzasında 13 nəfər öldü
22.09.2018, 22:41

Avtobus qəzasında 13 nəfər öldü

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu
22.09.2018, 22:27

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu

Qarabağda erməni əsgəri öldürüldü
22.09.2018, 22:14

Qarabağda erməni əsgəri öldürüldü

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22.09.2018, 21:58

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı
22.09.2018, 21:45

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22.09.2018, 21:29

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı
22.09.2018, 21:12

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR
22.09.2018, 20:56

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI
22.09.2018, 20:34

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
22.09.2018, 20:31

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 
22.09.2018, 20:19

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq
22.09.2018, 20:03

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi
22.09.2018, 18:00

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Prezident Bakıda Dünya Çempionatını izlədi
22.09.2018, 17:56

Prezident Bakıda Dünya Çempionatını izlədi

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib
22.09.2018, 17:45

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb
22.09.2018, 17:38

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22.09.2018, 17:31

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

İlham Əliyev İran prezidentinə başsağlığı verdi
22.09.2018, 17:14

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

Türkiyədə "Google" milyon dollar cərimələndi
22.09.2018, 16:25

Türkiyədə "Google" milyon dollar cərimələndi

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22.09.2018, 16:09

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Bakıda xuliqanlıq edən şəxs tutulub
22.09.2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
22.09.2018, 15:42

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB
22.09.2018, 15:24

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB

Yenot hər kəsi qorxuya saldı - VİDEO
22.09.2018, 15:20

Yenot hər kəsi qorxuya saldı - VİDEO

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ
22.09.2018, 15:11

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi
22.09.2018, 14:59

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi

ARXİV