Modern.az

Rusiya ordusunun generalı Suriyada öldü

Rusiya ordusunun generalı Suriyada öldü

24 Sentyabr 2017, 23:18

Suriyada daha bir Rusiya zabiti həlak olub. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin generalının ölümü Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Məlumata görə, general-leytenant Valeriy Asapov minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.

 

V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!