Modern.az

Vüqar Qaradağlı ATV rəhbərliyindən uzaqlaşdırıldı

Vüqar Qaradağlı ATV rəhbərliyindən uzaqlaşdırıldı

Media

26 Sentyabr 2017, 14:33

Azad Azərbaycan Teleradio Şirkətinin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.


Vüqar Qaradağlı ilə yanaşı ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və “ATV Səhər” verilişinin aparıcısı Turan İbrahimov da vəzifəsindən azad olunub.


Telekanalın rəhbərliyi Azər Xəlilova tapşırılıb. A.Xəlilov bunadək CBC telekanalının baş direktoru vəzifəsini tuturdu.


A.Xəlilov Modern.az-a faktı təsdiqləyib:

 

“Məlumat dəqiqdir. Hazırda iclasdayam, bir dəqiqə də olsun vaxtım yoxdur”.

 

İlkin məlumata görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu artıq kollektivə təqdim edib.


Qeyd edək ki, ATV-nin yeni rəhbəri Azər Xəlilov 1999-cı illərin əvvəllərində Azərbaycan mətbuatında çalışıb, bir sıra xarici KİV ilə əməkdaşlıq edib, BBC-nin Azərbaycan xidmətinə rəhbərlik edib. 

2013-cü ildə o, SOCAR-ın tabeliyinə verilən CBC (Caspian International Broadcasting Company) telekanalının rəhbəri təyin olunmuşdu.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır