15 dekabr 2017, Cümə
Ana Səhifə - REPORTAJ - “Heydər Əliyev diqqətli, Brejnev həvəskar, Qorbaçov laqeyd idi...” – KREML FOTOQRAFININ XATİRƏLƏRİ
“Heydər Əliyev diqqətli, Brejnev həvəskar, Qorbaçov laqeyd idi...” – KREML FOTOQRAFININ XATİRƏLƏRİ
29.09.2017, 22:13

Stalinin hakimiyyəti dövründən sonra SSRİ-nin bütün siyasi liderləri ilə üz-üzə dayanmaq, onları diqqətlə seyr etmək və həm də ünsiyyətdə olmaq bir fotoqraf kimi İlya Filatovun qismətinə düşüb. Məhz həmin dövrdə dövlət qurumlarının inzibati binalarının ən görünən yerlərində asılmış birincilərin və “politbüro” üzvlərinin portretlərinin çoxusunun müəllifi İlya Filatov olub. Çox nadir hallarda jurnalistlərlə rəhbərlər haqqında təəssüratlarını bölüşən Kremlin fotoqrafı, nəhayət, 1993-cü ildə öz xatirələrini bölüşüşməyə razılıq verib.

Modern.az saytı həmin xatirələrin bəzi məqamlarını təqdim edir.

Kremldəki əsas fəaliyyətinə Xruşovun rəhbərliyi dövründən başlayan Filatov digər həmkarlarından yüksək peşəkarlığı ilə yanaşı, siyasi liderlərlə normal ünsiyyət qurmağı, necə deyərlər “dil tapmağıyla” da fərqlənib.

 

Xruşovun Amerikaya səfəri ərəfəsində Mərkəzi Komitədə sovet liderinin ailəsinin əhatəsində olan bir fotosunun dünyaya nümayiş etdirmək ideyası yarananda bu işi məhz Filatova həvalə ediblər. Fotoqraf həmin hadisəni belə xatırlayıb:

“Əlbəttə, bu məsuliyyətli bir iş idi. Böyük ailənin üzvlərinin harada yer tutmaları, geyimləri, məkan seçimi mənim üçün müəyyən problemlər yarada bilərdi. Ancaq düşündüyüm kimi olmadı. Mən Xruşovun bağ evinə gedib çatanda bütün ailə, babadan tutmuş nəvələrə qədər hamı hazır vəziyyətdə idi. Hətta kimin harada, kimin yanında duracağı da müəyyənləşmişdi. Ümumiyyətlə, hamının səbirsiz kimi qəbul etdiyi Xruşov şəkil məsələsində çox hövsələli bir insan idi. Məsələn, 1964-cü ildə, aprelin 16-da Xruşova Sovet İttifaqı Qəhrəmanı adı veriləndə mətbuat üçün şəkilləri mən çəkmişdim. Həmin vaxt mən Xruşovun şəkillərini çəkəndə o, mənim bütün göstərişlərimə sakitcə, böyük səbirlə riayət etmişdi və səhərisi gün ölkənin ən nüfuzlu qəzetləri olan “Pravda”nın, “İzvestiya”nın birinci səhifələrini çəkdiyim şəkillər bəzəmişdi...”

 

 

İlya Filatov 30 il ərzində Siyasi Büro üzvlərinin və üzvlüyə namizədlərin portretlərini yaradıb. 70-ci illərin əvvəllərində Mərkəzi Komitənin işlər idarəsindən “politbüro” üzvlərinin portretlərinin yenilənməsi də Filatova tapşırılıb. Bunun üçün Brejnevə xüsusi məktub yazılıb, Baş katibin razılığı alınıb. Bundan sonra siyasi büro üzvlərnin və üzvlüyə namizədlərin çəkiliş vaxtlarının qrafiki hazırlanıb. Həmin illər haqqında Kremlin fotoqrafının xatirələri də maraqlıdır:

“Təbii ki, ilk növbədə Brejnevdən başlamalı idim. Leonid İliçlə işləmək rahat və asan idi. Ümumiyyətlə, o, şəkil həvəskarı idi. Söhbət etməyi də çox sevirdi. Mən onu bir neçə dəfə də bağ evlərində çəkmişdin. Hətta bir dəfə şəkil çəkdirmək üçün atelyeyə də gəlmişdi. Gəlişindən bir saat əvvəl 25 mühafizəçi atelyeni əhatəyə almışdılar. Biz də öz növbəmizdə tədbirlər görmüşdük ki, çəkilişlər problemsiz ötüşsün. Şəkil məsələsində Brejnev tabe olan adam idi, fotoqrafın göstərişlərinə, məsləhətlərinə əməl edirdi. Bu baxımdan da işimiz uğurlu alınırdı.

Kosıgin, Çernenko, Qrişin şəkil çəkdirməyi çox xoşlayırdılar. Onlar hətta öz ailə tədbirlərinə, yubileylərə də məni dəvət edirdilər.

Heydər Əliyev isə cox diqqətli idi. Mən onun portretini çəkmək üçün Bakıya ezam olunmuşdum. Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum. Çəkilişlərə bir həftə vaxt sərf olundu. Heydər Əliyev həmin günlər ərzində iş şəraitimizi, yaşayışımızı, istirahət və qidalanmağımızı daima diqqət mərkəzində saxlayırdı.

Qorbaçov şəkil məsələsinə laqeyd idi. Mən ilk dəfə onun şəklini çəkəndə başındakı xalı retuş vasitəsi ilə götürmüşdüm. Bu haqda ona deyəndə əlini yelləyib “necə istəyirsən elə də et” demişdi. O vaxtlar Qorbaçov çox tanınmırdı və heç televiziyada da görünmürdü.

Suslov şəkil şəkdirməyi də protokol qaydalarına uyğyn edirdi. Rəsmi göstəriş varsa, portret çəkilməlidir, yoxdursa heç bir şəkilə də ehtiyac yoxdur...”

 

 

Filatov həmin illərdə özünün yaşayışı haqqında da danışıb:

“Sözsüz ki, işimiz məsuliyyətli idi. Bəzən ən adi bir şəklin çəkilməsinə böyük vaxt sərf olunurdu. İşimə görə ayda 260 rubl əmək haqqı alırdım. Az məbləğdə qonorar da olurdu. Ən böyük qonorarımı, 2000 rublu Xruşovun dövründə almışdım. Ən böyük hədiyyəni isə mənə Çernenkonun həyat yoldaşı bəxş etmişdi. Bu həmin dövrdə mənim üçün çox dəyərli sayılan yapon istehsalı olan fotoaparat idi. Böyüklərin əhatəsində olsam da, sadə bir həyat tərzi sürürdüm, amma hər şey çox maraqlı idi...”

İlya Filatova Boris Yeltsinin də portretlərini yaratmaq qismət olub. Amma nədənsə fotoqraf  bu haqda danışmaq istəməyib.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi
15.12.2017, 17:48

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”
15.12.2017, 17:41

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI   
15.12.2017, 17:38

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI  

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
15.12.2017, 17:33

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi   
15.12.2017, 17:28

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi  

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq
15.12.2017, 17:21

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq

Manatın 3 günlük MƏZƏNNƏSİ
15.12.2017, 17:20

Manatın 3 günlük MƏZƏNNƏSİ

Azərbaycanda 7 dini icma ləğv edilib   
15.12.2017, 17:14

Azərbaycanda 7 dini icma ləğv edilib  

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu
15.12.2017, 17:10

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu

Zahid Oruc narazılıq etdi, Oqtay Əsədov ona irad tutdu
15.12.2017, 17:09

Zahid Oruc narazılıq etdi, Oqtay Əsədov ona irad tutdu

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi
15.12.2017, 17:00

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi
15.12.2017, 16:51

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”
15.12.2017, 16:44

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi
15.12.2017, 16:41

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında
15.12.2017, 16:38

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında

Siyavuş Novruzov Sevinc Osmanqızını təxribatçı adlandırdı
15.12.2017, 16:33

Siyavuş Novruzov Sevinc Osmanqızını təxribatçı adlandırdı

Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri müzakirə edir    
15.12.2017, 16:16

Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri müzakirə edir  

Xalqın milli sərvətinə çevrilmiş insan
15.12.2017, 16:11

Xalqın milli sərvətinə çevrilmiş insan

Atası yol qəzasında ölən jurnalist: “Məhkəmədən ədalətli qərar gözləyirəm”   
15.12.2017, 16:09

Atası yol qəzasında ölən jurnalist: “Məhkəmədən ədalətli qərar gözləyirəm”  

“Whatsapp”da yayılan dini mesajlara İNANMAYIN! - XƏBƏRDARLIQ
15.12.2017, 16:07

“Whatsapp”da yayılan dini mesajlara İNANMAYIN! - XƏBƏRDARLIQ

İlham Əliyev: “Biz ili uğurla başa vururuq”
15.12.2017, 15:55

İlham Əliyev: “Biz ili uğurla başa vururuq”

Azərbaycanda
15.12.2017, 15:47

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın 

Rəsmi Kiyev Saakaşvili ilə bağlı təkzib yaydı
15.12.2017, 15:40

Rəsmi Kiyev Saakaşvili ilə bağlı təkzib yaydı

Sankt-Peterburqda terror aktının qarşısı alındı
15.12.2017, 15:36

Sankt-Peterburqda terror aktının qarşısı alındı

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi
15.12.2017, 15:30

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

Bakıda dələduz “polkovnik” tutuldu
15.12.2017, 15:22

Bakıda dələduz “polkovnik” tutuldu

“Sürətin nəbzini tut” – Jurnalistlərə Formula 1-lə bağlı təlim keçirildi
15.12.2017, 15:20

“Sürətin nəbzini tut” – Jurnalistlərə Formula 1-lə bağlı təlim keçirildi

TEDxUNEC-in spikerləri uğura aparan yolu açıqladılar:
15.12.2017, 15:17

TEDxUNEC-in spikerləri uğura aparan yolu açıqladılar: "Bilik və təhsil"

Diaspor rəhbəri:
15.12.2017, 15:15

Diaspor rəhbəri: "Biz ukraynalı jurnalistlərlə əlaqələrimizi daha da genişləndirəcəyik"

 AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”
15.12.2017, 15:04

 AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR   
15.12.2017, 14:57

Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR  

İlham Əliyev Sumqayıt boruyayma zavodunun açılışında
15.12.2017, 14:54

İlham Əliyev Sumqayıt boruyayma zavodunun açılışında

Müğənni Röyanın keçmiş biznes ortağına hökm oxunub
15.12.2017, 14:53

Müğənni Röyanın keçmiş biznes ortağına hökm oxunub

Əflatun Amaşov Tiflisdə beynəlxalq toplantıda - FOTO
15.12.2017, 14:49

Əflatun Amaşov Tiflisdə beynəlxalq toplantıda - FOTO

Murad Dadaşov Rusiyanın məşhur şousunda - “Pole Çudes”də
15.12.2017, 14:40

Murad Dadaşov Rusiyanın məşhur şousunda - “Pole Çudes”də

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.09%)
Araz Ağalarov (14.1%)
Mübariz Mənsimov (18.0%)
Fərhad Əhmədov(14.6%)
Füzuli Məmmədov(50.3%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.09%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.55%)
Digərləri(0.82%)