Modern.az

Məktəblilərə verilən qurd dərmanı narazılıq yaratdı - VİDEO

Məktəblilərə verilən qurd dərmanı narazılıq yaratdı - VİDEO

Aktual

17 Oktyabr 2017, 23:36

Qurd əleyhinə olduğu deyilən tabletlərin aşağı sinif şagirdlərinə verilməsi valideynlərin narazılığına səbəb olub. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, söhbət Ağdaşda, 3 saylı tam orta məktəbdə I-VI sinif şagirdlərinə helmintozlara qarşı verilən dərmanlardan gedir. Məktəbdə hər bir şagirdə 1 tablet darman verilib və bildirilib ki, qurda qarşıdır.

 

Bu isə valideynlərin narazılıgına səbəb olub. Onlar bildirir ki, heç bir müayinə olmadan uşaqlara dərmanların verilməsi təhlükəli ola bilər.

 

Məsələ ilə bağlı məktəbin direktoru Ələs Novruzov bildirdi ki, rayon Uşaq Poliklinikasının səhə həkimləri məktəbdə uşaqlarla görüş keçirib və helmintozlar paylanılıb. Bu dərmanların qəbulu məcburi deyil.

 

Ağdaş rayon Uşaq Poliklinikasının baş həkimi Gülər Hacıyeva bildirib ki, helmintozlar Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə verilib. Profilaktik olaraq da rayondakı bütün məktəblərə paylanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı