İngiltərədə silahlılar tərəfindən girov götürülən şəxslər azad edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Bermuda-Park” əyləncə mərkəzində girov götürülən 2 nəfər İngiltərə polisinin keçirdiyi əməliyyat nəticəsində xilas edilib.
Məlumata görə, insidentlə əlaqədar bir nəfər saxlanılıb, daha bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin terrorla əlaqəli olmadığını açıqlayıb.