Modern.az

Məsud Bərzani istefa verir

Məsud Bərzani istefa verir

Dünya

29 Oktyabr 2017, 00:21

İraq Kürdüstanına 2005-ci ildən bəri rəhbərlik edən Məsud Bərzani regional parlamentə müraciət ünvanlayıb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bərzani müraciətində noyabr ayında səlahiyyət müddəti bitdikdən sonra vəzifədə qalmaq istəmədiyini bildirib. Bu barədə özünün “Twitter” mikrobloqunda kürd liderinin müşaviri Hemin Havrami yazıb.

 

“Parlament səlahiyyət müddətini iki dəfə uzadıb. Prezident Bərzani mandatını uzatmaqdan və qüvvədə olan qanunvericiliyə dəyişiklik etməkdən imtina edib. O, bu gün parlamentə məktub yollayıb”, - məlumatda deyilir.

 

Gözlənildiyinə görə, kürd parlamenti bazar günü Bərzaninin  müraciətini müzakirə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı