Modern.az

Ermənistan ordusunun hərbi hissəsində partlayış: ölənlər var

Ermənistan ordusunun hərbi hissəsində partlayış: ölənlər var

Dünya

4 Noyabr 2017, 20:03

İşğalçı Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrindən birində güclü partlayış baş verib, ölən və yaralananlar var. Modern.az xəbər verir ki, Ermənistan mediası hadisənin bu gün saat 12.10 radələrində baş verdiyini açıqlayıb.

Məlumata görə, Dağlıq Qarabağ bölgəsinin şimal-şərq istiqamətində yerləşən Ermənistanın ordusunun hərbi hissələrindən birində tank əleyhinə qumbara partlayıb. İnsident nəticəsində hərbçi Qrant Manqasaryan ölüb,  digər iki hərbçi Qevork Xusnunts və Sergey Alumyan qəlpə yaraları alaraq xəstəxanaya yerləşdiriliblər.  

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü