Modern.az

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu

Aktual

19 Noyabr 2017, 20:46

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun son matçında "Neftçi" klubu doğma meydanda "Qəbələ"ni qəbul edib. Modern.az xəbər verir ki, "Baksel Arena"da baş tutan oyun "Qəbələ"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

"Neftçi"nin heyətində qolları 19-cu dəqiqədə Emin Mahmudov, 48-ci dəqiqədə Kirill Petrov vurublar. "Qəbələ"nin heyətində isə 21-ci dəqiqədə Baqali Dabo, 56-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən Ruslan Qurbanov, 80-ci dəqiqədə isə Stiven Monroz fərqləniblər.

 

Bununla da "Qəbələ" klubu aktivinə üç xal əlavə edərək xallarının sayını 25-ə çatdırıb və üçüncü pillədəki mövqeyini möhkəmləndirib. Paytaxt təmsilçisi isə 13 xalla beşinci yerdə qərarlaşıb.

 

Eyni zamanda, "Qəbələ" "Neftçi" ilə Azərbaycan çempionatının oyunlarında qələbə sayında bərabərləşib. Hər iki komandanın hesabında 15 qalibiyyət mövcuddur.

 

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla "Qarabağ" başçılıq edir. "Zirə" klubu 27 xalla ikinci pillədədir. İlk üçlükdə isə 25 xalla "Qəbələ" qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (16), "Neftçi" (13 xal), "Səbail" (12), "Keşlə" (8) və "Kəpəz" (7) yer alıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü