23 noyabrda Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Modern.az saytının xəbərinə görə, bu haqda NATO-nun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, görüş, NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq.
Prezident İlham Əliyev həmçinin Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.