22 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Sona Əliyeva: “Deputatlığa namizəd olmaq tək mənim qərarım deyildi” - MÜSAHİBƏ  
Sona Əliyeva: “Deputatlığa namizəd olmaq tək mənim qərarım deyildi” - MÜSAHİBƏ  
24.11.2017, 10:04

Modern.az saytı 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Sona Əliyeva ilə müsahibəni təqdim edir.

- Sizdən xeyli müddətdir müsahibə götürməyi planlaşdırırdıq. Milli Məclisin Bakıda keçirilən iclasları bitən kimi, Şəmkirə qayıdırsız, yaxud, əksinə, iclaslar başlayan kimi, Bakıya gəlib, yenidən sıx iş qrafiki ilə çalışmalı olursuz. Ailəniz, övladlarınız Sizin yaşam tərzinizlə ayaqlaşa bilirlərmi?

- Milli Məclisə keçirilən 2015-ci il seçkilərində seçicilərin etimadını qazanaraq, deputat seçilməzdən öncə Şəmkir rayon İcra Hakimiyyətində və Təhsil şöbəsində çalışmışam. Təhsil sahəsində fəaliyyət göstərərkən tez-tez Bakıda keçirilən təlimlərdə, master-klasslarda, treninqlərdə iştirak edirdim. Ona görə də övladlarım kiçik yaşlarından analarının aktiv iş həyatına alışıblar. Uşaqların Şəmkirdə qalmasına gəlincə, o insanlardanam ki, uşaqlarımın qərarlarına çox böyük hörmətlə yanaşıram. Onların psixoloji durumu mənim üçün çox önəmlidir. Əgər onlar lap kiçik yaşlarından aktiv həyat tərzinə malik olduğuma alışmasaydılar, mənə çətin olardı. Bir də ki, işindən zövq alan insanlardanam. Hansı sahədə çalışmağımdan asılı olmayaraq, öhdəmə düşən işi həvəslə və məsuliyyətlə görməyə çalışıram. Belədə adam işindən zövq alır. Parlamentdəki və ictimayətdəki fəaliyyətimdən razıyam. Seçicilərlə görüşüm isə ayrı bir gözəl hadisədir. Hər dəfə onlarla ünsiyyətdə olanda, hansısa işlərinə yarıyanda, xahişlərinə əməl edəndə rahatlıq tapıram. 

- İşinizin gərginliyindən özünüz yorulmursunuz, bunu bildik. Bəs uşaqlarınız necə, nəvazişdən, ana ünsiyyətindən bir qədər kənarda qalmalarına etiraz etmirlər?

- Övladlarım etiraz ruhunda böyüməyiblər. Onlar hər mənada azla qane olmağı bacarırlar. Bir ana kimi, övladlarımın yorulmasına razı ola bilmərəm və seçdiyim həyat tərzi onları yora bilməz. Hətta, böyük qızım mənə bənzəməyə çalışır. Onun üçün nümunəyəm. Amma uşaqlarımın siyasi fəaliyyətlə məşğul olmasına qarşıyam. Bunu onlara tam olaraq deməmişəm. Sadəcə, daxilimdə razı deyiləm. Övladlarımın hər üçü tibb sahəsi üzrə təhsil almağa səy göstərirlər. Onların bu sahəyə meyl göstərmələrinə çox sevinirəm.

- Siz hansı sahə üzrə təhsil almısınız?

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsini bitirmişəm. İxtisasca bioloqam. Təkmilləşdirmə təlimlərində trener kimi çalışmışam. Respublikada biologiya fənni üzrə kurrikulum hazırlananda fənn komissiyasının üzvlərindən biri olmuşam. O zaman heç İcra Hakimiyyətində də çalışmırdım.

- İki ildən sonra kurrikulum sisteminin ilk məzunları olacaq. Amma bu sistem təhsil sahəsində tətbiq olunmağa başlayandan narazı kəsim daha çox olub.

- Mənim də övladım kurrikulumun ilk birinci sinfə gedənlərindəndir. İlk kurrikulum sistemi ilə orta məktəbi bitirənlərdən olacaqlar. Bu proqram 2007-ci ildən qəbul olunub. Kurrikulum sisteminə yanaşmam ümumidir. Artıq dünya özü də başqa sivilizasiyaya keçib. Əvvəlki illərlə müqayisədə indi informasiya bolluğu daha çoxdur. Elm, texnika bizim gözlədiyim və hiss etdiklərimizdən də sürətlə inkişaf edir. Dünya süni intellektlə üz-üzə qalmaq ərəfəsindədir. Kurrikulum təkcə bu günə deyil, həm də gələcəyə hesablanmış sistemdir. ABŞ XX əsrin əvvəllərində kurrikulum sisteminin tətbiqinə başladı. Zaman keçdikcə, digər ölkələr də bu sistemə qoşuldu. Sadəcə olaraq, müəyyən çətinliklər mövcuddur. Proqramları tətbiq etməyə başlayanda çətinliklər mütləq yaranır. Biz onu təcrübədən keçirməsək, yaxşı və pis tərəflərini görə bilmərik. Təbii ki, sınaqdan keçirdikcə, onun milli təhsilimizə necə adaptasiya olunması məsələsi daha da təkmilləşəcək və effektiv səmərə verəcək. Valideynləri də anlayıram. Çünki bu gün təhsilin informasiya yükü çoxdur. İnformasiya yükünün çox olması təkcə təhsil proqramının ağır olmasından asılı deyil, ümumi dünya fonunda informasiya bolluğunun nəticəsidir. Çünki uşaqları şəxsiyyət kimi yetişdirəndə onları gələcək həyata da hazırlayırıq. Gələcək həyata hazırlamaq üçünsə gərək dəyişən dünyaya hazır bir insan kimi yetişsin. Dəyişikliyə adekvat reaksiya verə bilsin. Ona görə də bu gün təhsildə bu cür dəyişikliyə və islahatlara doğru istiqamətlənmə baş verir. Əslində, bunları təqdir edirəm. İnnovativ islahatlara getmək mütləq zəruridir.

- Şəmkirdə bir neçə sahədə çalışmağınıza baxmayaraq, deputat olmaq qərarını verdiniz. Maraqlıdır, bu əvvəldən düşünülmüş qərar idi, yoxsa birdən-birə yarandı?

- Pedaqoji fəaliyyətə başlayanda heç vaxt hansısa dövlət qulluğunda təmsil olunmaq kimi düşüncələrim olmayıb. Məqsədim təhsil sahəsində irəliləmək idi. Təhsil mənim üçün əvəzolunmaz sahədir. Uşaqları, mühiti, öyrənməyi və öyrətməyi  çox sevirəm. Sadəcə, pedaqoji sahədə aktiv fəaliyyətim, ictimai işlərdə və Yeni Azərbaycan Partiyasının sıralarında göstərdiyim fəallığım məni İcra Hakimiyyətinə gətirib çıxardı. İcra strukturuna dəvət aldım. 2 il icrada işləyəndən sonra deputat olmaq haqqında qərar verdim. Bu, tək mənim qərarım deyildi.

-Ailədən də dəstək vardı?

- Əlbəttə. Atamın ən böyük arzularından biri  deputat kimi fəaliyyət göstərməyimi görmək idi. YAP tərəfindən namizədliyim irəli sürüldü və seçkilərə qatıldım.


-Uzun müddət rayon mühitində çalışan bir qadını həmin mühit deputat kimi necə qarşıladı?


-Düşünürəm ki, yaxşı qarşıladı. Harada çalışmağımdan asılı olmayaraq, insanlara olan davranışım dəyişməyib. Yenə də eyni münasibətlərim davam edir. Düşünürəm ki, işlə şəxsi həyatı bir-birinə qarışdırmaq olmaz. Əvvəla, Şəmkir vətəndaşına, seçicisinə, insanına borcluyam. Düzdü YAP-ın namizədi olmaq və qələbə çalmaq partiyanın adınadır. Seçicilərin bu işdə dəstək verməsi isə dövlətə və dövlət başçısına olan inamın göstəricisidir. Görünür insanların rəğbətini məhəbbətlə qazandığımdan seçkilərdə də uğur qazana bildim. 2 il ərzində seçildiyim kənd seçki dairəsinin insanlarından ancaq hörmət və sevgi görmüşəm.

-Amma bir çox hallarda seçicilərin deputatdan xüsusi istəkləri də olur ki, bu da doğru qarşılanmır. Hətta övladına toy etmək, qızına cehiz almaq istəyən seçici də deputatın qapısını döyür.

- Hələ ki, bu tipli müraciətlərlə qarşılaşmamışam. Əsasən real problemlərlə bağlı müraciətlər olur. Yadıma bir hadisə düşdü. İcra Hakimiyyətində çalışan vaxtlarda Litvaya səfər etmişdik. Şəmkirlə Litvanın bir şəhəri qardaşlamışdı. Orada vətəndaş müraciətlərindən söz düşəndə mer dedi ki, bilirsiz, bizdə elə vətəndaşlar var ki, müraciət edərək,“dişlərimi düzəltdirin”-deyir. Mənə isə işlədiyim müddətdə belə müraciətlər hələ olmayıb.

- Müraciətlər öz həllini tapırmı?

- Əlbəttə. Bəzi seçicilər ünvanı düzgün seçmirlər ya da müvafiq qurumlar barədə dolğun məlumata sahib deyillər. Bu baxımdan bizə müraciət edirlər. Biz də aidiyyatı qurumlara müraciəti ünvanlayırıq və məsələ həllini tapır. Əsassız şikayətlərlə bağlı nəsə edə bilməsək də, real problemlər həll olunur.

- Milli Məclisdə təmsil olunan deputat həmkarlarınızla münasibətlər necədir?

- Bütün deputat həmkarlarımla yaxşı münasibətim var. Yeni dostlar qazanmışıq. Biz təkcə iş yoldaşı deyilik, həm də səmimi dostlarıq.

-Amma yeni seçilən deputatların çox az qismi mediaya açıqdır. Bunun səbəbləri nədir? Deputat niyə mediadan çəkinməlidir ki?

- Bəlkə də yerinə düşməyəcək, amma sualınızın cavabını belə bir nümunə ilə vermək istərdim. İrina Xakamada müsahibəsində belə ifadə işlətmişdi: "Mənə jurnalistlər özgə don geyindiriblər. Ona görə də ömrümün sonuna qədər o paltarda gəzməyə məcburam". Bu məcazi mənadadır. Görünür, bir çox hallarda bu baxımdan insanlar mediadan çəkinirlər.

- Düzünü desək, yeni deputatlar haqqında hansısa qərəzli yazılar da getməyib. Çünki bəzilərini heç kim tanımır.

- Hər bir insan qərar seçimində sərbəstdir. 

- Həmin o azad seçimli adamlar plenar iclaslarda da düyməni basıb, nəsə danışmırlar axı...

- Bu fikirlə razı deyiləm. Birincisi, hər bir deputat üzv olduğu komitədə çox yaxşı fəaliyyət göstərir. Bu fəaliyyətin ictimailəşməməsi o demək deyil ki, onlar fəaliyyət göstərmirlər, ya da danışmırlar. Komitə iclasları olanda media ancaq kiçik bir hissəni çəkib gedir. Beynəlxalq təşkilatlarda ölkəmizi yüksək səviyyədə təmsil edən yeni deputatlarımız var. Sadəcə, komitə iclasları daha rahatdır. Hər bir deputat daha aktiv iştirak edə bilir və fikirlərini bölüşürlər. Hər bir deputat öz peşəsi üzrə yaxşı mütəxəssisdir. Qanun layihələrinə öz təkliflərmizi yazıb veririk. Məktəbəqədər  təhsil qanun layihəsi hazırlanmasında iştirak etmişəm və  hal hazırda peşə təhsili üzrə qanun layihəsinin hazırlanması üzrə komissiyanın  üzvlərindən biriyəm. 
Bu sahədə kifayət qədər aktiv fəaliyyətim var. Bunun media tərəfindən işıqlandırılmasına çox da ehtiyac duymuruq. Hər şeydən öncə biz öz xidməti vəzifəmizi icra edirik. 

- Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüsünüz. Cəmiyyətdə qadınların təcavüzə məruz qalması hallarının durmadan artmasının əsas səbəbini nədə görürsünüz?

- Hazırda Azərbaycanda məişət zorakılığına məruz qalanların 15 fazi kişilər, qalan hissəsi qadınlar, ahıllar və uşaqlardır. Bu mənada statikstika həyəcanvericidir. Düşünürəm ki, bu sahədə ən böyük iş maariflənmə olmalıdır. Qadınlar daha çox maariflənməklə yanaşı, öz hüquqlarını da bilməlidirlər. Təkcə bir qadının maariflənməsi azdır, onun ailəsi də maarifçilik ənənəsinə sadiq olmalıdır. Elə qadınlar var ki, ailədə yaşadığı problemi atasına, anasına qardaşına, bacısına deyəndə belə cavab alır: “Ayıbdır, filankəslər nə deyər... Döz otur, düzələcək”. Belə münasibət faciələrə gətirib çıxarır. Ailə faciələrinin qarşısının alınmasında təhsil əsas rol oynayır. Ailələr qızların təhsilinə önəm verməlidir. Mütləq deyil ki, ali təhsil olsun. Xanımları hansısa peşə təhsilinə də yönləndirmək lazımdır. Ailə elə mürəkkəb institutdur ki, böyük məhəbbətlə sevib evlənənlər belə, beş ildən sonra ayrıla bilirlər. Qadın bütün situasiyalara hazır olmalıdır. Heç kim, heç nədən sığortalanmayıb. Elm ən dəqiq və ən xeyirli sığortadır. Kim elmə yiyələnməyi bacarırsa, o, həyatın rahatlıq yolunu tapmış sayılır.

- Maraqlı məşğuliyyətləriniz nədir?

- Ən sevdiyim iş filmə baxmaq və kitab oxumaqdır. Düşünürəm ki, formalaşmağımda ədəbiyyatın və şəxsi təcrübəmin böyük rolu olub. O qədər kitab oxuyurdum ki, evimizdə atam kitab oxumağa qadağa qoymuşdu. Bir kitabı iki saata oxuyub bitirirdim. Belədə gecələrimi də kitaba bağışlamalı olurdum. Atam da yuxusuzluğumdan, gözlərimin yüklənməsindən narahat idi. İndi isə vaxt azlığından çox oxuya bilmirəm. Düşünürəm ki, yaxşı vərdişlərə lap əvvəldən yiyələnmək lazımdır. Son vaxtlar zaman azlığından az kitab oxuduğuma təəssüf edirəm, amma yeniyetməlik dövrümdə demək olar ədəbiyyatın təməlini təşkil edən əsərlərin əksəriyyətini oxuduğuma görə indiki təəssüfümün ağrıdıcı gücü elə də böyük deyil.

- Hansı səpkidə olan kitablar Sizi daha çox cəlb edir?  Yerli, yoxsa əcnəbi müəlliflərin əsərlərinə müraciət edirsiniz?

- Müxtəlif janrlarda ədəbiyyat  oxumuşam. Hətta 9-cu sinfə qədər humanitar sahə üzrə təhsil alacaqdım. 3-cü qrupa hazırlaşırdım. Tərcüməçi olmağı çox arzulayırdım. Atamın istəyi ilə qrupu dəyişib, təbiət sahəsinə istiqamət aldım.

-Maraqlıdır, atanız sizi hansı sahənin mütəxəssisi kimi görmək istəyib?

- Atamın da, anamın da ali təhsili  yoxdur. Sadəcə, atamın mütaliəsi geniş və əhatəlidir. Hətta, bu gün də məni təəccübləndirməkdə davam edir. Hərdən mənə elə suallar verir ki, onun qarşısında çıxılmaz vəziyyətdə qalıram. Uşaqlıqdan hər bayramda bizə  kitab hədiyyə alınıb. Evimizdə çox böyük kitabxana var. Ensiklopediyalardan tutmuş klassiklərə qədər əksər müəlliflərin əsərləri kitab rəfimizin bəzəyidir. Amma mənim öz evimdəki kitab rəfim o qədər də böyük deyil. Mənə hədiyyə olunan kitabları Şəmkir Heydər Əliyev Mərkəzinə verirəm. İstəyirəm oxuduğum kitablardan digər insanlar da faydalansınlar.

-Bir az da övladlarınızdan danışaq. Neçə yaşları var?

- İki qızım, bir oğlum var. Övladlarım 16, 15, 12 yaşlarındadırlar.

-Belə başa düşdüm ki, erkən yaşlarınızda ailə qurmusunuz. Evliliyiniz də işiniz və təhsiliniz kimi,  atanızın təşəbbüsü ilə qurulub, yoxsa?..

-16 yaşımda ali məktəbə qəbul olunduğumdan universiteti bitirəndə heç 20 yaşım yox idi. Ona görə də 20 yaşım tamam olanda ailə həyatı qurmuşam. Bu evlilik həm atamın, həm də mənim razılığım əsasında olub.

- 15-20 il bundan qabaq qadınların ictimai-siyasi sferada aktivliyi o qədər də təqdir edilmirdi. Bir çox kişilər ictimai-siyasi fəallığı olan xanımla ailə qurmağa üstünlük verməzdilər. İndi isə bu məsələdə irəliləyiş var. Maraqlıdır, sizin həyat yoldaşınız ictimai-siyasi aktivliyinizi necə qəbul edir?

- Ziyalı ailəsində yaşadığımdan bu hal mənə tanışdır. Qaynatam həkim, qaynanam müəllim, yoldaşım ixtisasca mühəndisdir. Ziyalı nəsil olduqlarından onlarda qadının işləməsi problem deyil. Əksinə, təhsilsiz qadını qəbul etmirlər. Ailə qurmazdan öncə işə başlamışdım. Analıq məzuniyyətində olanda yoldaşım mənə dedi ki, evdə darıxırsan, uşağın 3 yaşını gözləmə, işə çıx. Bu məsələdə şanslı qadınam.


- Yəni deputat olmaq arzunuzu dilə gətirəndə də hansısa maneə ilə qarşılaşmadınız?

- Heç bir baryer olmadı. Təbii, ailə olaraq, bu məsələdə məsləhətləşdik. Namizədliyimi irəli sürmək məsələsində məni normal qarşıladılar. Təbii ki, hər şeydən öncə ailəli xanımam. Hər bir addım atanda ailə üzvlərimlə məsləhətləşməliyəm. Həm övladlarım, həm həyat yoldaşım, həm də qaynatamın fikirlərini hörmətlə dinləyirəm.

-Amma bir çox gənc ailələrdə bu balans pozulur və ailələr dağılmağa başlayır.

- Bizim ailədə qapıdan içəri girəndə heç kəs mənim vəzifəmi nə hiss edir, nə də görür. Qapıdan içəri girəndə uşaqlarımın anası, həyat yoldaşı və gəlinəm. Əgər vəzifəmi bir az qabartsam, o zaman ailə münasibətləri çat verməyə başlayacaq. Başqa problemlər yaranacaq. Özüm də ailənin bu cür davam etməsinin tərəfdarıyam. Azərbaycan ailəsi Avropa ailəsi deyil. Bizim ölkənin özünəməxsus ailə modeli var. Bizim ailə institutunda yazılmamış qanunlar var. Evin böyüyü kişidir. Bunu qadınlarımız qəbul etməlidirlər. Evdə ağsaqqal sözü eşidilməlidir. Evimdə nəsə bir iş olanda atamla yox, qaynatamla məsləhətləşirəm. Bir ata kimi onun tövsiyələrini dinləyirəm. Qadın ailəni qoruyan, problemləri həll edən, ağırlığı üzərinə götürən qüvvədir. Evdə uşaq da, kişi də qadının üzünə baxır. Əgər qadının çöhrəsində təbəssüm olarsa,  hər kəsin əhvalı yaxşı olacaq. Adicə nəsə işlə bağlı yorğunluq olanda övladlarım  “ana, nəsə olub, niyə kefin yoxdur”-deyə soruşurlar. Ona görə də qadınlar ailəni ayaqda saxlamağı bacarmalıdırlar. 

- İşdən sonra boş vaxtlarınızı necə keçirirsiniz?

- Adətən boş vaxtlarımda ailəmlə birgə oluram. Həm də  hər şeydən öncə evə bağlı adamam. Baxmayaraq ki, həmişə aktiv işlərdə olmuşam, amma evimi çox sevmişəm. Təbii, gəzməyi sevməyən adam yoxdur. Amma o da müəyyən bir yerə qədərdir. Rahatlığımı hüzurumu evimdə tapıram. Ev işlərimi də özüm görürəm. Onu da deyim ki, mətbəxdə olmaqdan, ailəmlə vaxt keçirtməkdən  xüsusi zövq qalıram. Deputat həmkarlarımızla Milli Məclisdə görüşürük. Çünki həftə sonu hamı öz ailəsinə uşaqlarına vaxt ayırır. Ona görə də həmkar olaraq tez-tez görüşürük desəm, yalan olar.

- Mətbəx mövzusu maraqlı gəldi. O zaman Sizə yaxşı qurman deyək, yoxsa, yaxşı kulinar?

- Əlbəttə ki, kulinar. Mətbəxdə yorulmağın nə olduğunu bilmirəm. Yaxşı yeməklər və şirniyyatlar bişirirəm. Uzun müddət şirniyyat bişirmək hobbim olub. Hətta, şirniyyat bişirmənin incəlikləri ilə bağlı kitab yazmağı düşünürdüm. Ailədə şirniyyatlarımın görünüşünə və dadına xüsusi qiymət verilir. Dostlarım da bişirdiyim şirniyyatları çox bəyənirlər. Novruz bayramı ərəfəsində vaxtım olanda milli şirniyyatlarımız olan paxlavanı, şəkərburanı özüm bişirirəm. Düşünürəm ki, mətbəx qadınların vazkeçilməz yeridir. Ümumiyyətlə, Azərbaycan qadınları ailəsini sevir və dəyər verir. Evimi, mətbəximi sevdiyimdən hansısa restoranda yemək yeməyi sevmirəm. Tələbə olanda evdən kənarda nahar etməyə üstünlük verirdim. Təvəzökarlıqdan uzaq olmasın, öz bişirdiklərimin daha dadalı olduğunu yəqinləşdirmişəm. O üzdən daha çox evdə yemək yeməyə üstünlük verirəm.

- Biz planlaşdırdığımız suallara qənaətedici səviyyədə cavablar aldıq, buna görə Sizə minnətdarıq. Bəs Sizin deyəcəyiniz hansısa fikir qaldımı?

-  Xeyli söhbət etdik. Suallarınıza görə minnətdaram. Danışdırmağı bacaran suallar idi. Ancaq müsahibəyə yemək mövzusu ilə yekun vurulmasını istəməzdim. Bir son fikrimi deyim: Azərbaycanın özü də, xalqı da, ayrılıqda insanları da, dövləti də, hökuməti də gözəldir, dəyərlidir. Yetər ki, sən olanları səmimi qəlbdən sevəsən, dəyərləndirəsən və qoruyasan. Bunu bacaran insan xoşbəxtdir. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi
22.10.2018, 15:43

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”
22.10.2018, 15:40

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı
22.10.2018, 15:30

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi
22.10.2018, 15:17

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ   
22.10.2018, 15:10

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ  

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər
22.10.2018, 15:03

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR   
22.10.2018, 14:55

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR  

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi
22.10.2018, 14:45

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD
22.10.2018, 14:44

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı
22.10.2018, 14:43

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI   
22.10.2018, 14:30

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI  

Deputat seçiciləri ilə görüşdü
22.10.2018, 14:23

Deputat seçiciləri ilə görüşdü

Azərbaycanda qadın hakim istefa verdi
22.10.2018, 14:22

Azərbaycanda qadın hakim istefa verdi

Noyabrda ardıcıl 3 gün iş olmayacaq
22.10.2018, 14:13

Noyabrda ardıcıl 3 gün iş olmayacaq

Trampın köməkçisini Moskvada gərgin danışıqlar gözləyir
22.10.2018, 14:12

Trampın köməkçisini Moskvada gərgin danışıqlar gözləyir

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi   
22.10.2018, 14:06

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi  

Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladılar- FOTO
22.10.2018, 13:41

Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladılar- FOTO

Bakıda 16 dilənçi saxlanılıb
22.10.2018, 13:36

Bakıda 16 dilənçi saxlanılıb

İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO
22.10.2018, 13:32

İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO

“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır” - Cavid Qurbanov
22.10.2018, 13:26

“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır” - Cavid Qurbanov

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO
22.10.2018, 13:18

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

İmişlidə Bayraq Muzeyi istifadəyə verildi
22.10.2018, 13:15

İmişlidə Bayraq Muzeyi istifadəyə verildi

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı oldu
22.10.2018, 13:06

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı oldu

Sabah yağış yağacaq – HAVA PROQNOZU
22.10.2018, 12:59

Sabah yağış yağacaq – HAVA PROQNOZU

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat   
22.10.2018, 12:58

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat  

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı
22.10.2018, 12:49

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
22.10.2018, 12:43

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi
22.10.2018, 12:37

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi

Prezident Araz çayının yeni qol-kanalının açılışını edib
22.10.2018, 12:27

Prezident Araz çayının yeni qol-kanalının açılışını edib

Türkiyədə fərarilik edən əsgər insanları girov götürdü
22.10.2018, 12:16

Türkiyədə fərarilik edən əsgər insanları girov götürdü

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert
22.10.2018, 12:14

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert

Bu günə gözlənilən hava proqnozu
22.10.2018, 12:13

Bu günə gözlənilən hava proqnozu

Prezident İlham Əliyev İmişliyə gedib
22.10.2018, 12:08

Prezident İlham Əliyev İmişliyə gedib

İlham Əliyevin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar - FOTOLAR
22.10.2018, 12:03

İlham Əliyevin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar - FOTOLAR

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi elan edildi   
22.10.2018, 11:52

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi elan edildi  

DİN əmisi gəlinini qaçırdığına görə öldürülən şəxs barədə məlumat yaydı
22.10.2018, 11:52

DİN əmisi gəlinini qaçırdığına görə öldürülən şəxs barədə məlumat yaydı

XƏBƏRDARLIQ: Tələblərə əməl etməyən 10 min manat cərimələnəcək
22.10.2018, 11:45

XƏBƏRDARLIQ: Tələblərə əməl etməyən 10 min manat cərimələnəcək

Polkovnik Abdulla Qurbani əməliyyat olundu   
22.10.2018, 11:42

Polkovnik Abdulla Qurbani əməliyyat olundu  

Binəqədidə iməclik keçirilib
22.10.2018, 11:41

Binəqədidə iməclik keçirilib

İnam Kərimov Paris sərgisində iştirak etdi
22.10.2018, 11:29

İnam Kərimov Paris sərgisində iştirak etdi

Eldar Əzizov sahibsiz itlərlə bağlı göstəriş verdi   
22.10.2018, 11:24

Eldar Əzizov sahibsiz itlərlə bağlı göstəriş verdi  

Gələn ilin büdcəsində hərbi xərclər ARTIRILIR   
22.10.2018, 11:15

Gələn ilin büdcəsində hərbi xərclər ARTIRILIR  

Qubada əmisinin gəlinini qaçırdığı üçün döyülən kişi öldü  - VİDEO
22.10.2018, 11:10

Qubada əmisinin gəlinini qaçırdığı üçün döyülən kişi öldü  - VİDEO

Bakıda valyutadəyişmə məntəqələri açmaq istəmirlər - Şərtlər qat-qat ağırdır  
22.10.2018, 11:08

Bakıda valyutadəyişmə məntəqələri açmaq istəmirlər - Şərtlər qat-qat ağırdır  

Sürücülərin nəzərinə: Texniki baxış üçün məhdudiyyət götürüldü 
22.10.2018, 11:07

Sürücülərin nəzərinə: Texniki baxış üçün məhdudiyyət götürüldü 

Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı   
22.10.2018, 11:02

Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı  

Kanadada 6,7 bal gücündə zəlzələ oldu
22.10.2018, 10:36

Kanadada 6,7 bal gücündə zəlzələ oldu

Hacı Əliyev uduzdu
22.10.2018, 10:33

Hacı Əliyev uduzdu

İsveçdə yaşayan azərbaycanlı jurnalist: “Bakıda çoxları elə bilir ki, burda pul xəzəl kimidir...”
22.10.2018, 10:30

İsveçdə yaşayan azərbaycanlı jurnalist: Bakıda çoxları elə bilir ki, burda pul xəzəl kimidir...”

“Aİ-92” markalı benzin UCUZLAŞMAYACAQ
22.10.2018, 10:24

“Aİ-92” markalı benzin UCUZLAŞMAYACAQ

ARXİV