Modern.az

Siyasi partiyalara və QHT-lərə ayrılan pul ARTIRILDI

Siyasi partiyalara və QHT-lərə ayrılan pul ARTIRILDI

Ölkə

1 Dekabr 2017, 16:18

2018-ci ilin dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsait 500 min manat artırılacaq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.

 

Nazir qeyd edib ki, siyasi partiyalara ayrılan vəsait 1.3 milyon manat olacaq.

 

Onun sözlərinə görə, gələn il Qeyri-Hökumət Təşkilatlarına (QHT) ayrılan vəsait 600 min manat artırılacaq.

 

Ümumilikdə isə 2018-ci ildə dövlət büdcəsində QHT-lərə 5,6 milyon vəsaitin ayrılması nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır