Modern.az

Milyonçu Tağıyevin sevimlisi, həbsxanada dünyasını dəyişən müsəlman filosof- XX əsrin “Fəzlullah Nəimisi”

Milyonçu Tağıyevin sevimlisi, həbsxanada dünyasını dəyişən müsəlman filosof- XX əsrin “Fəzlullah Nəimisi”

Ədəbi̇yyat

5 Dekabr 2017, 01:01

Onun adı Ziya Kamalidir. Rusiyanın tərkibindəki Ufa şəhərində anadan olub. Bizim üçün Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimdirsə, başqırdlar üçün də Ziya Kamali məhz odur. Amma Ziyanın işi daha çətin olub. Çünki yaşadığı coğrafiyada o Əlibəylərdən, ağaoğlulardan fərqli olaraq, tək başına mübarizə aparırdı. İslamı şəriət ehkamlarından xilas edib, ona fəlsəfi, elmi aspektdən baxılması üçün bütün ömrünü qurban verdi.

 

Bir müddət orada qala biıməyəcəyini qət edib Bakıya gəldi. Araşdırmaçı Əli Şamil Modern.az-a açıqlamasında Ziya Kamalinin Bakıya gəlişi barəsində bunları deyir:

“Ziya Kamali də müəllimi kimi yenilikçi din xadimləri, vətənsevər ziyalılar yetişdirməək üçün vətənə dönür. Yolüstü bir ara Bakıda yaşayır, “Həyat” qəzeti üçün məqalə yazır. Məqaləsnin məzmunu xeyriyyəci Hacı Zeyalabdin Tağıyevin diqqətini cəkir. Tağıyev onu yanına dəvət edir. Ziya Kamalinin davranışı, söhbəti, gələcək planları Azərbaycanlı xeyriyyəcinin xoşuna gəlir. O, gənc filosofa dövrü üçün xeyli böyük məbləğ olan 50 manat verir.

 

1905-cü ildə Ufaya gələn Ziya Kamali bir zamanlar təhsil aldığı “Qosmaniyə” mədrəsəsində Quranı Kərimin tədrisindən, islam fəlsəfəsindən dərs deyir”.

 

O zamanlar sovet quruluşu İslam dininin əsas tədris mərkəzi sayılan mədrəsələri ləğv etmişdi. Lakin Ziya Kamalinin əsas istəyi cahiliyyətin yox, kamilliyin yayıldığı mədrəsə-elm ocağı yaratmaq idi. O, mədrəsə anlayışını yenidən Orta Əsrlər Şərqində olduğu səviyyəyə qaldırmağı düşünürdü. Böyük çətinliklər hesabına buna nail də olur.

 

 

Tatar-başqırdlar Ufa şəhərində 1906-ci ilin oktyabrın 7-də yüksək ali təhsil ocağı olan ilk mədrəsəni açmağa təşəbbüs göstərirlər. “Qaliyə” adlandırılan mədrəsədə təhsil üç pilləli olur və burada oxyanlarda təhsil xərci alınmaması nəzərdə tutulur.

 

Xeyriyyəçilərdən  Sufiyə xanım Canturina min manat, Sədrəddin Əfəndi Nəzirov 300 manat, Bədri əfəndi Nəzirov, Əbdülləşir əfəndi Hakimov, Hasan əfəndi Kərimov hər biri 100 manat, başqaları da bacardıqları qədər yardım edirlər. Beləliklə, 1930 manat toplanaraq mədrəsənin fonduna keçirilir. Mədrəsənin binası olmadığından dərslər məsciddə keçirilir.

 

Ziya Kamalinin rəhbərlik etdiyi “Qaliyə”mədrəsəsində Lütfülla Bayçurun, Xatmulla Fazılov, Zarif hazret Alkayev kimi  dövrün məşhur ziyalıları dərs deməyə başlayır. Birinci il mədrəsəyə imtahanla 60-70 şagird qəbul edilməsi planlaşdırılır.

 

Ziya Kamalinin elmi fəaliyyəti tək bununla bitmir. Onun yazdığı kitablar öz zamanının əsl inqilabi hadisəsi sayılırdı. Əli Şamili dinləyək:

“Ziya Kamali mədrəsənin təşkilati işləri ilə məşğul olmaqla, fəlsəfədən dərs deməklə yanaşı, dərsliklər yazır, Qurani Kərimi tatar dilinə çevirir, cümə günləri məsciddə xütbələr oxuyur. Demokratik görüşləri ilə seçilən, təcrübəli pedaqoq olan Ziya Kamali tələbələri həvəsləndirərək mədrəsədə əlyazma hüququnda tatar, qazaq,  özbək və b. dillərdə jurnallar nəşrinə nail olur.

 

1906-cı ildən Ufada nəşrə başlayan “Müsəlman dünyası” qəzetinin redkolleksiyasının üzvü olan Ziya Kamali çox vaxt qəzetin redaktə işlərini də öz üzərinə götürür.

 

1908-ci ildə onu Ufa şəhərindəki ikinci cümə məscidəinə imam secilən Ziya Kamalinin 1909-cu ildə Ufadakı “Şərq” mətbəəsində “İslam fəlsəfəsi” əsərinin dördüncü hissəsi kitab kimi çap olunur. Bu kitab istər Rusiyada, istərsə də xarici ölkələrdə yaşayan islamşünas alimlər və ziyalılar arasında bıyük əks-səda doğurur”.

 

Ziya Kamali Ufadakı üçüncü cümə məscidində imamlıq etməyə başlayır. Lakin onun məsciddəki imanlığı heç də asan olmur. Sovetlərin dinə qarşı təziqləri artır. Məscidlərin bağlanması, ərəb əlifbası ilə yazının qadağan edilməsi böyük din alimi və filosofu sarsıdır.  1923-cü ildə Daxili Rusiya və Sibir Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin şəriət hakimi-qazısı secilməsinə, idarənin 1924-1928-ci illərdə nəşr etdiyi “İslam məclisi” məcmuəsinin redaktoru olmasına baxmayaraq, onu 1929-cu ildə məscid imamlığından çıxararaq istintaqa cəlb edirlər. Uzun müddətli həbs cəzasına məhkum etməsələr də, nörmal işləməsinə, yaradıcılıqla məşğul olmasına mane olurlar.

 

 

1936-cı ilin aperlində müfti Riza Faxrettinov rəhmətə gedəndə onun yerinə real namizəd Ziya Kamali olur. Lakin Sovet xüsusi xidmət orqanları belə dərin savadlı din aliminin həmin vəzifəni tutmasını özləri üçün təhlükəli hesab etdiklərindən həbsinə qərar verirlər. 1936-ci ildə uzun istintaqdan sonra fəaliyyətində qanun pozuntusu tapmasalar da, yeddi il həbs cəzası kəsir və Samara şəhərindəki həbsxanaya göndərirlər.

 

Lakin onu həbsxanada da dinc buraxmırlar. Çünki verdikləri cəza ilə qane olmurdular. 1938-1939-cu ilərdə yenidən məhkəməyə cəlb edərək hər dəfə də cəzasını artırırlar. Böyük filosof və İslam alimi həbsxanada da dünyasını dəyişir.

 

E. Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir