Modern.az

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

Dünya

16 Dekabr 2017, 20:42

Səudiyyə Ərəbistanında qadınlara yük maşını və motosiklet idarə etməyə icazə verilib. Modern.az Axar.az-a istinadən  xəbər verir ki, Səudiyyə Ərəbistanı Nəqliyyat Nazirliyi qadınların müvafiq qaydalara əməl etdiyi təqdirdə sözügedən nəqliyyat vasitələrini idarə edə biləcəklərini açıqlayıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara tətbiq edilən bir sıra qadağaların aradan qaldırılması prosesinə başlanılıb. Bir qədər əvvəl Ər-Riyad qadınların avtomobil idarə etməsi qarşısında dayanan qadağanı da ləğv etdiyini açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü