Modern.az

Cavan Zeynallı Əzizə Mustafazadədən İNCİYİB: “O məni axtarmırsa, mən niyə axtarım...”  

Cavan Zeynallı Əzizə Mustafazadədən İNCİYİB: “O məni axtarmırsa, mən niyə axtarım...”   

Mədəni̇yyət

19 Dekabr 2017, 11:52

Bu gün məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadənin doğum günüdür. O, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən görkəmli cazmen Vaqif Mustafazadənin qızıdır.
Ə.Mustafazadə 19 dekabr 1969-cu ildə Bakıda anadan olub. Hazırda anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.


Bəs Əzizə xanımın Bakıdan kimlərləsə əlaqəsi qalırmı?


Modern.az
saytı bu sualla müğənni, cazmen Cavan Zeynallıya müraciət edib. Öz adından danışan C.Zeynallı bildirib ki, uzun müddətdir Əzizə Mustafazadə ilə əlaqə yaratmır:

“Əzizə Mustafazadə ilə heç bir əlaqəm yoxdur. Çünki onlar  ayrı ölkəyə getdilər və zəng də etmirlər. Bunlar bir az soyuqqanlıdırlar, öz işlərindədirlər. Mən onların çox yaxın adamı idim. Amma gedəndən sonra bizi yada salmırlar. Bilmirəm nəyə görə belə edirlər. Gərək onlar mənə zəng etsinlər ki, mən də onlara zəng edim. Onlar mənə zəng etməyəndən sonra mən niyə zəng etməliyəm?  Bilirsiniz, adam xarici ölkəyə gedən kimi əlaqələr kəsilir. Əzizə Mustafazadə mənim doğum günüm olanda da zəng etmir. Axı mən onlardan böyüyəm, yaşım çoxdur.  Əzizə məndən cavandı. Buna görə də gərək onlar mənlə əlaqə yaratsınlar.

Zəmanə belədir: kim sənin yanındadırsa, o sənə lazım olur. Onlar Almaniyada yaşayır. Digər tərəfdən işlər də çoxdur. Bakıda yaşayanlar zəng edib hal-əhval tuturlar, amma xaricdən zənglər azdır. Adam nəyə öyrəşirsə, elə də yaşayır. İndi onlar da Bakıya zəng etməməyə öyrəşiblər. Əzizə Mustafazadənin öz həyatı, öz işləri var”.


Cavan Zeynallı “Axırıncı dəfə Əzizə Mustafazadə ilə nə zaman danışmısınız” sualını belə cavablandırıb:


“Təxminən 25 il olar. Uzun müddətdir, əlaqələrimiz yoxdur. Mən yalandan nəsə demək istəmərəm.  “Hə, elə dünən onunla danışmışam” deyə bilmərəm. Mənim o qədər işlərim var ki, vaxtım da yoxdur, onu axtarım”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!