Modern.az

Təhsil Şöbəsinin mühasibi özünü niyə yandırıb?

Təhsil Şöbəsinin mühasibi özünü niyə yandırıb?

Ölkə

21 Noyabr 2009, 15:42

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 20-də saat 10.30 radələrində Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Rayon Təhsil Şöbəsinin mühasibi Möhtəbər Səmədov üstünə benzin tökərək özünü yandırıb. Yanıq xəsarəti almış M.Səmədov xəstəxanaya yerləşdirilib. Fakt üzrə Laçın rayon Prokurorluğunda araşdırmalar aparılır.
Hazırda xəstəxanada müalicə olunan Möhtəbər Səmədovun özü mətbuata açıqlamasında deyib ki, onu heç bir təqsiri olmadan işdən çıxarıblar. Buna görə də başqa çıxış yolu qalmadığından haqsızlığa etiraz əlaməti olaraq özünü yandırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü