Modern.az

Milli Məclisdəki hansı rektor-deputat mətbuata daha açıqdır? (II yazı)

Milli Məclisdəki hansı rektor-deputat mətbuata daha açıqdır? (II yazı)

Parlament

4 İyul 2011, 17:09

Parlament jurnalistlərinin cavabları ilə siz də tanış olun

Milli Məclisdə təmsil olunan 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları da var. Abel Məhərrəmov, Səməd Seyidov, Şəmsəddin Hacıyev, İsa Həbibbəyli, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Ağacan Abiyev, Əhliman Əmiraslanov, Əhməd Vəliyev Milli Məclisin bu sıradan olan millət vəkilləridir. Bəs ali təhsil ocaqlarına rəhbərlik edən rektor-deputatlar mətbuata nə qədər açıqdırlar, jurnalistlər onlarla təmas yarada bilirlərmi? Modern.az bir neçə gün öncə parlament jurnalistlərinin bur hissəsinin fikirlərini öyrənmişdi. Bu dəfə isə parıament jurnalistlərinin qalanları həmin suala cavab verir.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bildirib ki, rektorlar ziyalı adamlar olduğundan onlar mətbuata digər deputatlara nisbətən daha açıqdırlar. Onlar arasında isə xüsusilə Abel Məhərrəmov, Şəmsəddin Hacıyev və Səməd Seyidov jurnalistlərlə münasibətdə fərlənirlər.
“Bu deputatlar hər zaman, istər parlamentdə olarkən, istərsə də telefonla danışarkən jurnalistlərin suallarına cavab verirlər. Ümumiyyətlə parlamentdə təzə deputat seçilən rektorlar da var ki, onlar haqqında indidən fikir yürütmək tezdir” deyə həmkarımız bildirib.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli isə yalnız Abel Məhərrəmovu Milli Məclisdə təmsil olunan rektorlar arasında mətbuata daha yaxın deputat hesab etdiyini qeyd edib.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev Milli Məclisdə təmsil olunan rektorlar arasında bir nömrəli deputat kimi Abel Məhərrəmovun adını çəkə biləcəyini qeyd edib. Abel Məhərrəmovun səmimi deputat olduğunu deyən həmkarımız onun istənilən vaxt jurnalistlərin suallarına cavab verdiyini, açıqlamalar və müsahibə verməkdən çəkinmədiyini bildirib.
“Şəmsəddin Hacıyevdən isə jurnalistlərin açıqlama götürməsi bir az çətindir. Bəzi hallarda o, mətbuat nümayəndələrinin suallarını cavablandırır. Digər rektor - deputat Əhliman Əmiraslanov isə Tibb Universiteti ilə bağlı məsələlərdə jurnalistlərə açıqlama verir. Hətta o, öz köməkçisinin də nömrəsini verib ki, hansısa problem olanda ona zəng edə bilərlər. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də çəkinmədən jurnalsitlərin suallarını cavablandırır. Səməd Seyidov isə rektor kimi yox, daha çox Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi jurnalsitlərin suallarını cavablandırır. Qalan rektorlar isə mətbuata o qədər də açıq deyillər və jurnalistlərlə yaxşı işləmirlər”.

“Turan” İnformasiya Agentliyinin əməkdaşı Təranə Kazımova Milli Məclisdə təmsil olunan rektorların heç birinin mətbuata açıq hesab etmir.
“Mən onların danışdıqlarını və ya özlərinin jurnalistlərə yaxınlaşıb açıqlamalar verdiyini görməmişəm.Ümumiyyətlə, Milli Məclisdəki rektor-deputatlar hamısı bir səviyyədədir və heç birini mətbuata açıq hesab etmirəm”.

“Həftə-içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı parlamentdə təmsil olunan rektorlar arasında daha çox Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun jurnaslitlərlə davamlı olaraq ünsiyyət saxladığını deyib.
“Eyni zamanda Odlar Universitetinin rektoru Əhməd Vəliyev, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev də jurnaslitlərlə əməkdaşlıq edir. İnşaat və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədova isə bir dönəm, əvvəllər millət vəkili seçilən vaxtı aktiv idi və jurnalsitlərlə təmaslar da qura bilirdi. Amma yeni seçiləndən sonra onu aktiv görməmişəm”. Həmkarımız elm adamlarının jurnalistlərdən kənarda durmalarını dorğu hesab etmir.
“Aqiyə Naxçıvanlı da jurnaslitlərlə yaxın münsaibətlər qura bilir. Əhliman Əmiraslanov isə çox zaman susqun olur və hərdən Tibb Universiteti ilə bağlı maraqlı məlumatlar olanda onu danışan görmüşəm”-deyə N.Canbaxışlı əlavə edib.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu mətbuata daha açıq deputat hesab edir. Onun fikrincə, Abel Məhərrəmov hər zaman, istər parlamentdə, istərsə universitetdə jurnalistlərin suallarını cavablandırır, müsahibələr verir.
“Başqa rektorlar isə olduqca passivdirlər və mətbuata bir o qədər açıq deyillər. İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevi heç parlamentdə tuta bilmirik, qaldıki universitetdə. Baxmayaraq ki, Elm və thsil komitəsinin sədridir, onu bir dəfə də olsun jurnalsitlərə açıqlama verən, sualları cavablandıran görməmişik. Öz universitetində də onunla əlaqə saxlamaq çətindir. Abel Məhərrəmov isə istər Milli Məclisdə, istərsə də universitetdə jurnalistlərlə sıx münsaibətdədir”.

“Zaman” qəzetinin əməkdaşı Natiq Pənahlı da digər həmkarları kimi Abel Məhərrəmovu digərlərinə nisbətən mətbuata daha açıq deputat hesab edir.
“O, jurnalistlərə daha çox açıqlamalar verir. Bundan əlavə, Şəmsəddin Hacıyevi də mətbuata açıq hesab etmək olar. Həm də komitə sədri kimi onun da komitə ilə bağlı açıqlamaları olur”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı