Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisini uğurla başa çatdıran Azərbaycanın dünyada mühüm nəqliyyat dəhlizi kimi mövqeyi daha da möhkəmləndi.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrini də uğurla reallaşdıran Azərbaycanı bu sahədə gözləyən perspektivlər barədə danışıb. Modern.az saytı C.Qurbanovun “Milli Məclis” jurnalına müsahibəsini təqdim edir:
- Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin siyasi, iqtisadi səmərə, sürət və vaxt tezliyi baxımından rəqabətliliyini necə dəyərləndirirsiniz?
- Müasir dövrdə nəqliyyat Azərbaycanın iqtisadi siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir və Azərbaycan Prezidenti cənab İl ham Əliyevin daim diqqət mərkə zindədir. Dövlət başçısının tapşı rıqları sayəsində son illər ərzində bu sahəyə irihəcmli investisiyalar yatırılaraq, burada əsl dönüş ya ratmaq mümkün olub. Azərbay can yaxın perspektivdə iri tranzit və logistik mərkəzə çevriləcək. Bu məqsədlə ölkədə avtomobil, dəmir yolu, su və hava nəqliyyat növlərinin ümumi inkişafını təmin edə cək strateji proqramlar hazırlana raq tətbiq olunur. Bunun sayəsin də Azərbaycanın tranzit ölkə kimi cəlbediciliyi və nəqliyyat sahəsin də rəqabətliliyi artacaq. Bu isə əlavə investisiyaların yatırılmasına, yeni istehsalat sahələrinin və iş yerlərinin açılmasına, ticarətin, ümumiyyətlə, biznesin inkişafına şərait yaradacaq.
Bildiyiniz kimi, Azərbaycan Pre zidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu və son dövrün ən iri nəqliyyat infrastruktur layihələ rindən sayılan Bakı-Tbilisi-Qars də mir yolunun tikintisi artıq yekun laşdırılıb və oktyabrın 30-da yeni xəttin istismara verilməsi mərasimi keçirilib. Bu dəmir yolu xətti Avro pa ilə Asiya arasında daşınmalarda böyük əhəmiyyətə malikdir. Layi hənin tarixi İpək Yolu üzərində qu rulması region ölkələri üçün onun cəlbediciliyini artırır. Bakı-TbilisiQars dəmir yolu Azərbaycan, Gür cüstan və Türkiyə əlaqələrini, əməkdaşlığını möhkəmləndirmək lə, aralarında ticarətin inkişafına Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisini uğurla başa çatdıran Azərbaycanın dünyada mühüm nəqliyyat dəhlizi kimi mövqeyi daha da möhkəmləndi. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrini də uğurla reallaşdıran Azərbaycanı bu sahədə gözlə yən perspektivlər barədə bir neçə sualla “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova müraciət etdik. 24 Milli Məclis noyabr-dekabr 2017 25 töhfə verməklə Avropa ilə Asiya arasında yükdaşımalar sistemində mal dövriyyəsinin artmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında qardaşlığın, döv lətlərarası münasibətlərin və ticarə tin inkişafı baxımından təkcə daşı malar sistemində deyil, həm də Avrasiya qitəsində sənaye və kənd təsərrüfatının, gəmiçiliyin, dəmir yolu sənayesinin və maşınqayırmanın yüksəlişi üçün, eləcə də biznes və məşğulluq sahəsində də xüsusi təsirə malikdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının həyata keçirilməsi iqtisa di səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxı mından böyük əhəmiyyət kəsb edir. Yükdaşımaların həcmi 3-cü istismar ilində 3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, 10-cu istismar ilində isə 10 milyon ton və daha çox proqnozlaşdırılır. 2034-cü ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı ehti mal olunur.
Bakı-Tbilisi-Qars dəmir yolu “Şərq-Qərb” nəqliyyat dəhlizində yükdaşımaların qiymətini aşağı sa lacaq, malların çatdırılma müddə tini qısaldacaq. Bu yol hesabına yükləri Çinin şərq əyalətlərindən Türkiyəyə qədər 15-20 günə nəql etmək mümkündür. Alternativ də niz yolları ilə bu rəqəm 40-45 gün təşkil edir.
Bundan başqa Mərkəzi Asiya öl kələrinin Avropaya çıxışı asanlaşa caq. Eyni zamanda, Əfqanıstanın da imkanları unudulmamalıdır. Qərb geoloqları tərəfindən bir neçə il öncə bu ölkədə nəhəng həcmdə, ümumi dəyəri bir trilyon dollara bərabər dəmir, qızıl, mis, kobalt və molibden ehtiyatları aşkarlanmış dır. Bu amili belə istisna etdikdə, dəhlizin effektivliyi yenə də qiy mətli olaraq qalır.
Heç şübhə yoxdur ki, bu layihə nin imkanlarından qonşu Rusiya nın da istifadə etməsi reallığa ya xın ehtimaldır. Bu, ilk növbədə Rusiya ilə Türkiyə arasında son zamanlar kəskin artan xarici tica rət dövriyyəsi ilə əlaqədardır. Mə lumdur ki, hazırda bu iki ölkə arasında dəmir yolu bağlantısı yoxdur. Bu layihə isə həmin bağ lantıları Azərbaycan üzərindən gerçəkləşdirə bilər.
Bakı-Tbilisi-Qars dəmir yolu həmçinin Türkiyənin Mersin lima nı vasitəsi iləAralıq dəniziregionuna çıxışı təmin edir. Bu da öz növ bəsində layihənin əlavə üstünlük lərindəndir.
Azərbaycan isə Bakı-TbilisiQars dəmir yolu vasitəsi ilə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaratmaqla iki dövlət arasında olan münasibətləri daha da möh kəmləndirəcək. Bu layihə Naxçı van Muxtar Respublikasını blokadadan çıxararaq onun nəqliyyat müstəqilliyinin təmin edilməsin də də vacib amillərdəndir. Belə ki, Ermənistanın Azərbaycana mə lum təcavüzü nəticəsində paytaxt Bakını Naxçıvanla birləşdirən qu ru nəqliyyat kommunikasiyaları bağlanmışdır. Ona görə də Azər baycan hökuməti Astara-RəştNaxçıvan dəmir yolunun inşasına maraq göstərməklə, eyni zaman da, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə bağlı Qarsdan Naxçıvana ayrıca bir dəmir yolu qolunun çəkilməsini növbəti bir plan kimi nəzərdən keçirir. Bu nunla da Naxçıvan Muxtar Res publikasının nəqliyyat problemi tam həll ediləcək.
Beləliklə, Avropa ilə Asiya ara sında daşımalarda yekun bənd sa yılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhə miyyət daşıyır və Azərbaycan xal qı bundan sonra uzun illər ərzində bu qlobal layihədən faydalanacaq, gələcək nəsillər onun bəhrəsini gö rəcəklər.
- Cavid müəllim, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri hansı mərhələdədir?
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasın da ölkəmizdə, eyni zamanda, “Şi mal-Cənub” nəqliyyat dəhlizinin inkişafı istiqamətində önəmli ad dımlar atılır. Azərbaycan, Rusiya və İran dövlət başçılarının 2016- 2017-ci illərdə keçirdikləri üçtərəfli görüşlər, eyni zamanda, aparılan ikitərəfli danışıqlar, orada müzakirə olunan məsələlər və qəbul edi lən qərarlar birbaşa “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin in kişafına təsir göstərir.
2016-cı il fevralın 23-də Azər baycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respub likasına səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə İran İs lam Respublikası Hökuməti ara sında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haq qında” Çərçivə Sazişi və bu sazişlə birbaşa əlaqəsi olan “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları ara sında “Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində də mir yolu körpüsünün tikintisi haqqında” Müqavilə imzalanıb. Əldə edilən ikitərəfli razılığa əsasən iri infrastruktur layihəsinə - Azərbay can və İran dəmir yollarının birləş dirilməsinə dair işlərə start verildi. İlkin mərhələdə Azərbaycanın As tara stansiyası ilə İranın Astara stansiyası arasında dəmir yolunun və iki dövlət sərhədində dəmir yo lu körpüsünün inşasına başlanılıb.
Təməli 2016-cı il aprelin 20-də qoyulan Astara çayı üzərində 82,5 metr uzunluğu, 8 metr hündürlü yü və 11,8 metr eni olan körpünün tikintisi də tam yekunlaşdırılıb. Bununla yanaşı Azərbaycanın As tara stansiyasından İran sərhədinə qədər 8,5 km əsas yol, 7,52 km stansiyadaxili yollar, ümumilikdə isə 16 km-dən artıq dəmir yolunun tikintisi tam başa çatdırılıb. Belə liklə, Azərbaycan ərazisində bütün işlər artıq tamamlanıb, yəni bütün infrastruktur hazırdır.
Bu gün İran tərəfində 1,4 km-lik dəmir yolunun və İran ərazisində yerləşən Astara stansiyasının bina sının inşa işləri aparılır ki, bunların da 2017-ci il dekabrın sonlarında tamamlanacağı nəzərdə tutulur. Elə həmin tarixdə ilk yük qatarının Azərbaycandan İrana yola salın ması planlaşdırılır.
Astara-Astara dəmir yolunun inşası başa çatdıqdan sonra Azər baycanla İran arasında tranzit yüklərin daşınması hər iki tərəf üçün asanlaşacaq. Bundan əlavə iki öl kənin dəmir yollarını tam birləş dirmək məqsədi ilə 167 km-lik As tara-Rəşt dəmir yolunun inşasına start verilməlidir. Bu işlər Azər baycan hökumətinin ayırdığı kre dit hesabına həyata keçiriləcək. Bü tün işlər yekunlaşandan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimal dan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq.
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin dinamik inkişaf edən, böyük iqtisadi töhfələr vəd edən qurumudur. Ümumiyyətlə, rəhbərlik etdiyiniz idarədə son illər aparılan islahatlar hansı nailiyyətlərin əldə olunmasına gətirib çıxardı?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və gös tərişləri nəticəsində son illər res publikamızın ərazisində mövcud olan dəmir yollarının inkişaf etdi rilməsi və beynəlxalq standartlar əsasında rəqabətə davamlı vəziy yətə gətirilməsi istiqamətində bö yük işlər görülmüş, həmçinin də mir yolu sistemində bir sıra iri layihələr həyata keçirilmiş, ölkəmizin tranzit potensialının gücləndiril məsində məqsədyönlü və uğurlu addımlar atılmışdır.
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hərəkət heyətinin yenilənməsi, sərnişin və yük daşımalarında operativliyin və təhlükəsizliyin təmin olunması, xidmət keyfiyyətinin beynəlxalq standartlar əsasında yüksəldilmə si, daxili institusional sistemin tək milləşdirilməsi, habelə ölkənin id xal-ixrac potensialının artırılması istiqamətində bir sıra layihələr icra edilməkdədir.
Bu gün Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2910 km təşkil edir ki, onun da 60%-i elekt rikləşdirilmiş yoldur. Dəmir yollar avtomatlaşdırılmış işarəvermə sis temi ilə təchiz olunub. Azərbaycan dəmir yollarında yenilənmə prosesinin vacib hissəsi olan infrastruk tur əsaslı təmir edilir və yeni dəmir yolları tikilir. Bu işlər çərçivəsində yolların üst quruluşunun və elekt rik təchizatı sisteminin yenidən qurulması, işarəvermə və rabitə sistemlərinin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş dispetçer ida rəetmə sisteminin yaradılması hə yata keçirilir.
Azərbaycan dəmir yollarında hərəkət tərkibinin yenilənməsinə dair çoxtərəfli işlər aparılır. Yük vaqon parkının 60%-i yenilənib. Eyni ilə lokomotiv parkın yeni dənqurulması məqsədi ilə yeni elektrovoz və teplovozlar alınıb ki, onların arasında Fransanın “Alstom” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozlar da var.
Bununla yanaşı Bakı-Sumqayıt sürət qatarı, habelə Naxçıvan-Təb riz-Məşhəd qatarı istifadəyə veril miş, bununla bağlı bütün müvafiq infrastruktur şəbəkəsi qurulmuş dur.
Ölkə rəhbəri İlham Əliyev cə nabları tərəfindən vətəndaş və in san məmnunluğunun təmini məq sədi ilə formalaşdırılmış və dünya səviyyəsində tanınmış bir brendə çevrilmiş ASAN innovativ sistemi çərçivəsində dəmir yollarında mü hüm islahatlar həyata keçirilmiş dir. Belə ki, 2016-cı ildə cənab Pre zidentin açılış mərasimində iştirak etdiyi “ASAN qatar” istifadəyə ve rilmişdir. Bununla da insanların məmnunluğunun təmin edilməsi istiqamətində daha bir innovativli yə nail olunmuş, regionlarda əhalinin mövcud tələbatlarının ödənil məsi prosesi asanlaşdırılmışdır.
2015-2016-cı illərdə cəmiyyətin yerləşdiyi inzibati bina əsaslı təmir edilmiş, Bakı Sərnişin Vağzalının binası, eləcə də bölgələrdə 18 də miryol vağzalı əsaslı təmir oluna raq yenidən qurulmuş, müasir standartlara cavab verən və insan ların məmnunluğunu təmin edən səviyyəyə çatdırılmışdır. Atılmış uğurlu addımların davamı olaraq, sərnişinlərin rahatlığını təmin et mək məqsədi ilə biletlərin “on layn” satışına başlanılmışdır.
Yük daşımalarına gəldikdə isə bu sahədə sifarişlərin “onlayn” şə kildə verilməsi və tariflərin “on layn” hesablanması işləri icra olunmuşdur. Bu innovativ tədbir də öz növbəsində dəmir yolları ilə yük daşımalarının həcminin artmasına təkan verəcəkdir. Hazırda “ADY” QSC-də yük daşımalarının idarə olunması üzrə “ADY SMART” adlı avtomatlaşdırılmış idarəetmə sis temi yaradılıb. Sistem vasitəsi ilə yüklərin nəqlində, yükləmə-bo şaltma əməliyyatlarında vaxt itki sinin azaldılması, hərəkət heyəti nin stansiyalarda durma müddəti nin minimuma endirilməsi, məlu matların operativ mübadiləsi, ana litik hesabatların hazırlanması və digər əməliyyatları tez və rahat hə yata keçirmək olur.
Bu işlərlə eyni vaxtda Azərbay can dəmir yollarında idarəetmə sisteminin təkmilləşdirilməsi məq sədi ilə dünyada özünü doğruldan “Oracle ERP” sisteminin tətbiqinə başlanılıb. Bununla maliyyə nəza rəti və gəlir xərclərinin optimallaş dırılması mümkündür. Azərbaycanın tranzit potensialı nın artırılması məqsədi ilə “Azər baycan Dəmir Yolları” QSC tərə findən ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin in kişafı istiqamətində mühüm ad dımlar atılıb.
- Regionlara və Bakı kəndlərinə sürət qatarlarının işləməsi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə hansı işlərin görülməsi planlaşdırılır?
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2015-ci il sentyabrın 12-də 84 km uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Həmin sürət qa tarı qısa müddət ərzində böyük populyarlıq qazanıb. Ötən dövr ər zində bu qatardan artıq 2 milyondan çox vətəndaşımız istifadə edib. Bakı-Sumqayıt marşrutu ilə hərə kət edən sürətli elektrik qatarı Bakı-Sumqayıt magistral avtomobil yolunda tıxacların azalmasına şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən res publikamızda sürət qatarları marş rutlarının genişləndirilməsi istiqa mətində işlər görülür. Hazırda 98 km uzunluğu olan Bakı-PirşağıSumqayıt dəmir yolunda təmir iş ləri aparılır ki, bunun nəticəsində də Bakı-Biləcəri-Sumqayıt-PirşağıBakı dairəvi dəmir yolu sərnişinlərin ixtiyarına veriləcək. Bundan başqa Bakı-Gəncə sürət qatarının da 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edim ki, işlər bununla bitmir. Artıq Bakı və Abşeron şəhərətrafı elektrik qatarlarının hərəkəti nin bərpası ilə bağlı bir sıra tədbirlər görülür. Bakı-Bakıxanov-Zirə, Ba kı-Zabrat-Bağlar, Bakı-Yeni Suraxanı-Hövsan, Bakı-Yeni Suraxanı-Ha va limanı marşrutları üzrə sürət qatarlarının istifadəyə verilməsi ilə bağlı ilkin mərhələdə tələb olunan texniki işlər həyata keçirilir.
Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədi ilə dəmir yolu infrastrukturunun genişləndiril məsi tələbinə uyğun “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən öl kəmizin turizm mərkəzlərinə sər nişin daşımalarının həyata keçiril məsi üçün texniki əsaslandırmalar artıq hazırlanıb. Gələcəkdə BakıLəki-Qəbələ və Bakı-Xudat-Şahdağ dəmir yollarının tikintisi aparılaraq bu istiqamətlərdə də sürətli qatarların istismara veriləcəyi nə zərdə tutulub.