24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Bakıya gedib-gəlməyi niyə xoşlamıram?
Bakıya gedib-gəlməyi niyə xoşlamıram?
10.01.2018, 08:50

Rəhman ORXAN

Heç kəsin məsləhəti ilə oturub-durmaq lazım deyilmiş. 
Elə məhz oturub-durmağı da deyirəm. Yoxsa...

 

Son illər doğma Bakımıza gedib-gəlməyi heç xoşlamıram. Zəndi-zəhləm gedir. Paytaxtdan yox, onun qudurğan sürücülərindən. Bir də ki axı, Bakı çox basırıqdır. İllah da ki "20 yanvar" dairəsi tərəflər, avtovağzal... Oralarda nə it yiyəsini tanıyır, nə də ki yiyəsi - iti... Hayıf deyil Sumqayıt?!.

 

Bugündən etibarən isə Bakının avtobus sürücülərindən lap zəhləm getdi, nifrət elədim onların qudurğanlarına, qəpik üçün özlərini də, sərnişinləri də təhlükə altında qoyan, alçaldan o cür məlunlara.

...Dünən axşam çağı Keşləyə, əmioğlugilə getmişdim. Bu gün səhər tezdən çox yüksək olmasa da, babat ovqatla qayıdırdım geri. Bakı avtovağzalına gəlmək üçün "20 yanvar"da bir avtobusa minməli oldum. Adətən qısa məsafələr gedərkən oturmağı xoşlamadığımdan sürücünün yanındakı dəmir "dirək"dən tutub dayanmışdım. Kimsə ağarmış saç-saqqalımı görüb, hörmətlə orta cərgədəki boş yeri göstərib, əyləşməyi təklif etdi. Kaş, onun "məsləhətini" qulaq ardına vuraydım. Axı, əyləşmək fikrim yox idi. Ancaq  ədliyyə polkovnik-leytenantı Əflatun Ağdaşlının (çox ziyalı, həm də bir çox özündən razı gənc şair və yazıçılardan fərqli olaraq zəngin mütaliəsi, ensiklopedik biliyi və gözəl yaddaşı olan bu adam həm də bir-neçə maraqlı, sənədli tarixi romanın müəllifidir) gecədən oxumağa başladığım yeni kitabının ardını oxumaq fikriylə əlimi dirəkdən üzüb, orta yerə keçmək istərkən nanəcib sürücü heç kəsin gözləmədiyi halda qəfildən sərt tormoz verdi və ağlıma-fikrimə gəlməyəcək hadisə baş verdi. Əlim tutacaqdan üzüldüyündən müvazinətimi itirib, "tir-tap" arxası üstə necə yıxıldığımı bilmədim. Başım avtobusun qabaq hissəsinə dəydi, uzalı vəziyyətdə qaldım. Həmişəki sərnişin sıxlığından fərqli olaraq, aralıqda məndən başqa heç kəs olmadığından, dayaq durub saxlayıb-tutan da olmadı. Bir cavan oğlan cəld köməyimə çatdı, qolumdan tutub ayağa qaldırdı... Sağ olsun.

İlk anlarda inana bilmədim ki, bu xoşagəlmız hadisə mənim başıma gəlib. Sürücünün eninə də, uzununa da söymək istəduim, ancaq and-aman elədi ki, qabaqdakı avtobus qəfil dayandı, ona görə əyləci basmalı olub. Və, düzü, orda fikrimə gəlmədi deyim ki, ay itin balası (cavan deyildi, 50-55 yaşı olardı), sən axı niyə heç olmasa, 5-6 metrlik də olsa distansiya saxlamırsan ki, belə təhlükəli situasiya yaranır? Gərək öz maşınını qarşıdakının lap dalına dirəyəsən?

...Təzə-təzə o qədər də ağrı-zad hiss eləmədim.  Sürücü isə, iradımı bildirsəm də, heç əməlli-başlı üzr də istəmədi. Mənə ağır gələn həm də başıma gələn hadisənin mənəvi tərəfi idi - axı, mən niyə bütün sərnişinlərin gözü qabağında yıxılıb yerdə uzalı qalmalı idim?..

Nə isə... Vağzala çatıb, gediş haqqını verib ("haram-xoşu" olsun, burnundan gəlsin!), Sumqayıt avtobusu ilə doğma şəhərimizə qayıtdım. Lakin yol boyu başımda və bədənimdə ağrılar hiss etməyə başladım, ətrafı da əvvəlki kimi tam aydın görmürdüm. İndi, kəskin olmasa da, bel və baş ağrılarım da var.

Ancaq baş verən hadisədə indi sürücüdən çox özümü qınayıram. Mənə deyən gərəkdir ki, axı sən zalım oğlu adətən şəhər içi avtobuslarda oturmursan, bəs necə oldu ki, "başqasının ağlı" ilə əyləşmək fikrinə düşdün və niyə əlini tutacaqdan üzdün?

Həm də ona görə özümü qınayıram kİ, başqalarının başına bu və ya digər xoşagəlməz hadisə gəldikdə, hər ehtimla qarşı bəzi məlumatları təcili götürən mən zalım özümün başına gələn bu hadisə ilə bağlı heç bir məlumat  (nə marşrutun nömrəsini, nə avtobusun hara, kimə məxsus olduğunu, nə də sürücünün kimliyini) öyrənmədim. Təzminat və s. tələb etməyi demirəm (belə işləri bacarmıram), heç olmasa, marşrut sahibinin və sürücünün yuxarı instansiyalar tərəfindən cəzalandırılması, lap elə yeri gələrsə, məhkəməyə vermək üçün. Çünki hələ bilmirəm ki, bədənimdəki və başımdakı ağrılar hansı fəsadlarla nəticələnə bilər. Təkcə onu bilirəm ki, vəziyyətim hadisə baş verənə qədər olduğu kimi yaxşı deyil (səhər rentgendən, UZİ-dən keçəm gərək).

Başıma gələni uzun-uzadı yazmaqla demək istəyirəm ki, heç vaxt başqasının ağlı ilə oturub-durmayın. Özünüz necə düşünürsünüzsə, ö cür də hərəkət edin. Bir də ki, avtobusda gedərkən (qoca, cavan - hamı!) hökmən tutacaqdan yapışın, əlinizi ondan üzməyin - düşənə qədər. Çünki bilmək olmaz, nə baş verə bilər. Sürücülərə etibar yoxdur.

Və axı, deyəsən, düz deyiblər ki, sürücülər (bu, yaxşılarına qətiyyən aid deyil !) sonuncu, lap axırıncı "millət"dirlər. Lap axırıncı!.. Ondan o yanası yoxdur...

Bir-neçə gün əvvəl bir nadürüst sürücünün avtobusu aşırıb, 20-yə qədər sərnişini şil-küt etməsi də deyilənin daha bir acınacaqlı sübutudur...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab
24.09.2018, 00:41

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı
24.09.2018, 00:17

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı

Gənc qız intihara cəhd etdi
23.09.2018, 23:48

Gənc qız intihara cəhd etdi

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə
23.09.2018, 23:27

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO
23.09.2018, 23:04

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO

Binəli Yıldırım Özbəkistana getdi
23.09.2018, 22:51

Binəli Yıldırım Özbəkistana getdi

“Qarabağ” “Qəbələ”yə şans vermədi
23.09.2018, 22:24

“Qarabağ” “Qəbələ”yə şans vermədi

Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ
23.09.2018, 12:51

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər
23.09.2018, 12:28

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

ARXİV