24 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Zakir Sadatlının üzə çıxardığı sirlər və ağrılar - II Hissə  - “AXC araşdırmaçıları”
Zakir Sadatlının üzə çıxardığı sirlər və ağrılar - II Hissə  - “AXC araşdırmaçıları” +
10.01.2018, 23:44

Modern.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi münasibəti ilə silsilə yazılarını davam etdirir. Artıq bir neçə aydır ki, bu layihəni – AXC-100 davam etdiririk. Lakin az nəzərə aldığımız bir detal var ki, silsilə yazılarda ona da diqqət etməyi lazım bildik. Söhbət Cümhuriyyət barəsində araşdırmalar aparan, bütün ömrünü, fəaliyyətini bu şanlı tarixə həsr edən araşdırmaçıların uzun illər bundan əvvəl çıxan ən maraqlı yazılarını təqdim etməkdən gedir.

 

Başlayaq, mərhum Zakir Sadatlıdan. O, elmi dərəcəsi olan alim olmayıb. Lakin yazıçılıq və jurnalistika ilə yanaşı, Cümhuriyyət dövrü ilə bağlı çox ciddi araşdırmalar aparıb. Bu araşdırmalar o zaman həm dövlət radiosunda, həm də o vaxtın mətbuat orqanlarında yayımlanırdı.

 

Qeyd edək ki, Zakir müəllim Cümhuriyyətlə bağlı araşdırmalar aparan zaman bu işlə çox az adam məşğul olurdu. Elə isə başladıq Zakir Sadatlı “İz - Cümhuriyyətdən Cümhuriyyətə” silsilə yazılarında ADR barəsində çox maraqlı essevari fikirlər səsləndirib:

 “...Ən peşəkar oğrular da nə qədər “ustalıqla işləsələr” belə, yenə də hadisə yerində bir iz qoyurlar. (Nə vaxt oxumuşam bu fikri, neçə vaxtdır xatırlaya bilmirəm. Amma bu yazının “bismillahı” üçün deyəsən, heç o qədər də uğurlu başlanğıc deyil).

Sözümü tarixin üstünə gətirmək istəyirəm. Tarixin başına nə oyun açırsan aç, onun bu dünyada qalan izini tər-təmiz süpürüb atmaq olmur.

...Öpölü daşların üstündə dipdiri bir nişanədi tarix...

 

“Konstantinopol, Vyana, Berlin, Paris, London, Vaşinqton, Sofiya, Roma, Buxarest, Tehran, Moskva, Kiyev, Xristiyanina, Kopenhagen Xarici İşlər Nazirliyinə.

Gürcüstanın Zaqafqaziya Federativ dövlətindən çıxması ilə bu qurum dağıldı. Azərbaycanın Milli Şurası bu ilin 28 mayında Şərqi və Cənubi Zaqafqaziya ərazisində təşkil edilmiş Azərbaycanın Müstəqilliyini elan etdi. Azərbaycan Demokratik Cümhuriyyəti yaratdı.

 

Bu haqda Sizi xəbərdar etməklə zatilərinizdən bunu öz hökumətinizə çatdırmağı xahiş etmək şərəfində bulunuram.

                      

 

Zakir Sadatlı arxivlə işləməyi çox sevərdi. Cümhuriyyətlə bağlı hansı mövzudan danışılardısa, daha çox ümumi söhbətlərə yox, məhz arxivdən əldə etdiyi faktlarla danışmağı üstün tutardı. Çünki yaxşı bilirdi ki, bir saat uzun-uzadı danışmaq, Cümhuriyyət xadimlərinə aid bircə orijinal faktı göstərməyin yanında heç nədir. Həm dövlət radiosundakı müzakirələrdə, həm də mətbuat orqanlarında da bu üsuldan yan gəzməzdi. Həmin arxiv faktlarının biri də budur- Fətəli xan Xoyskinin Cümhuriyyət naziri Hacınskiyə məktubu:

 

Fətəli xan Xoyski

 

” ...Çox hörmətli Məmmədhəsən!

Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında teleqramı göndərməyə burda çox mane olurlar.

Teleqramın rus və fransız mətnlərini Sizə göndərirəm ki, radio ilə verəsiniz. Ermənilərlə bütün mübahisələrimizə son qoymuşuq. Onlar ultimatumu qəbul edəcək və müharibəyə son qoyacaq. Biz İrəvanı onlar verəcəyik. Hökumət Yelizavetpolda – Gəncədə yerləşəcək.

 

29 may 1918-ci il.

Sizin Fətəli Xoyski ”

 

Zakir müəllim Azərbaycan Cümhuriyyətinə aid həddindən artıq dəyərli mənbələrin yerləşdiyi Tiflis Arxivində də araşdırmalar aparmışdı. Qarşımızdakı qəzet səhifəsində Tiflis xatirələrindən birini bu cür təsvir edir:

 

“... Tiflisin Nəbatət küçəsi ilə üzü yoxuşa qalxırıq. Küçənin sonunda – “Ботанический сад”ın kandarında, üçtağlı, ikiqapılı dəmir darvazanın yanında iki gürcü polisi bizi saxlayır. Məqsədimizi deyirik. “Qonaqsınız da... buyurun keçin, amma çox yubanmayın”.

Qalın park və onun ətrafı sıx meşəni xatırladır. Müsəlman qəbirstanlığına dırmanan dolayı yolla irəliləyirik. Alça və ərik ağacları çiçəkləyib. Yuxarı qalxdıqca arabir qanrılıb arxaya baxıram. Tiflisin ümumi mənzərəsi buradan ovuc içi kimi görünür.

 

... Görən hansı sehrli duyğunun sifarişiylə gəlmişik buraya...

 

Dünyanın bütün ölüləri bir-birinə bənzəyir. Amma qəbirstanlıqlar heç də hamısı oxşar deyil.

Ölülər də sahibli, sahibsiz olur.

Qəbirlər də arxalı və tənha olur...

Sərhədləri o qədər də dəqiq müəyyənləşməyən bu “müsəlman qəbirstanlığı”nda balaca istirahət komaları tikilib. Oturub dincəlməyə skamyalar qoyulub, şumallanmış göyərti ləkləri düzəlib, torpaq axmasın deyə ləklərin ətrafı qəbir daşları ilə “hörülüb”. Dırmaqlanıb sahmana salınmış səthin ətrafındakı qəbir daşları yaşayan bitkilər üçün sövq-təbii qoyulmuş baş əlhədidir elə bil...

“Bu nə nizamdır, ilahi? Məgər bitkilər də ölür?..”

Və birdən yadıma düşür ki, onlara da elmdə canlı aləm deyirlər axı... Hm...deməli belə...

 

Bu yerlərin mənzərələrini hər şeydən öncə göz yaddaşımıza köçürmək istəyirik. Hamı yan-yörəyə baxmaqda davam edir. Kolların arasındakı skamyaların birində əyləşən bir cavan kişi ilə xanım sarmaşıblar bir-birinə. Öpüşürlər. Deyəsən, ətrafdakıları heç veclərinə alana oxşamırlar (Lənət sənə kor şeytan). Biz də onların yanından guya saymazyana ötürük.

 

Qəbirstanlığın lap yuxarılarında – çapıq qayanın yaxınlığında, kol-kosun içində üç qəbirüstü nişanə: Mirzə Şəfi Vazeh, M.F.Axundov və F.X.Xoyski...

 

Və üstü ərəb əlifbası ilə yazılı yeddi sinə daşı dəmir barmaqlıqlarla çəpərlənib (Doktor Həsən bəy Ağayev 1920-ci il iyulun 19-da Fətəli xanı öldürən muzdlu erməni qatili tərəfindən qətlə yetirilib. Deyilənə görə, o da Xoyskinin yanında dəfn olunub. Əgər bu fakt səhihdirsə, deməli, bu yazılı sinə daşlarından biri onunkudur. Bəs 6-sı?).

 

 Dünyanın fanilik duyğusundan başqa ürəyimdə heç nə yoxdur (“Dünya duracaq yer deyil, ey can səfər eylə” (Nəsimi). “Biz torpaq olub getdik, sən də diri torpaqsan; Çox gülməlidir burda ağlamayan insan”. (Xəqani)).

 

Ətrafdakı dağların kölgəsi sürünür üzüaşağıya – qədim və yorğun şəhərə sarı. Aydın havada dağ küləyinin gətirdiyi güclü sazaq üşüdür məni. Rejissorla operator canları hayındaymış kimi ayrı-ayrı kadrları lentə alırlar.

 

Sazaqdan azca da olsa qorunmaq üçün Xan Xoyskinin məzar daşının böyründə daldalanıram. Sığındığım yeri o qədər də külək tutmur.

 

Ağlıma gələn qəfil kövrək bir fikirdən gözlərim dolur – sağlığında sinəsini Milliətin İstiqlalı keçiyində sipər edən Fətəli xan öləndən sonra məni məzar daşıyla soyuqdan qoruyur. Boğazıma tıxanan qəhərdən qurtula bilməyib, yoldaşlarımdan aralanıram.

Göz yaşımı saxlaya bilmirəm...

Duyğularım korşalır...

Möcüzənə şükür, Tanrım!

Ölümsüzlüyün mübarək, Böyük İnsan – Fətəli xan!...”

 

Lakin o, həm də yazıçı idi. Hər araşdırması fatklara nə qədər söykənirdisə, orada bədii qat da bir o qədər güclü olurdu. Araşdırmaçının yazdıqlarının başqa müəlliflərin quru, fakt yığını olan araşdırmalarından fərqləndirən əsas cəhət də elə bu idi. Aşağıda Fətəli xan Xoyskinin qısa bioqrafiyasını çatdırır. Amma baxın necə... Xoyski o sətirlərdə anadan olandan ta ölüm gününə qədər diridir... Elə erməni gülləsindən sonra (ard-arda 10 güllə) yenə də diri qalmağı bacarır:

 

“Bu nəslin adamları sağlığında özünə kəfən ehtiyatı görərdi.

 

Bu nəsildə bir adət də vardı: dünyaya gələcək körpələr üçün ad saxlancı hazır olardı...

 

1875-ci il dekabrın 7-də Şəkidə İsgəndər kişinin ailəsində dünyaya göz açan oğlan uşağının adını Fətəli xan qoydular. Soyadı bəlli idi – Xoylu.

 

Onların əsli-nəsli Azərbaycanın Cənub şəhərlərindən birindən – Xoydan idi.

 

Şəki (Nuxa – “No” “Xoy” – yeni Xoy şəhəri) təbiətinə görə Xoy şəhərinə çox oxşayırdı. Və bu nəsil başqa xoylular kimi buraya adi bir təsadüf ucundan gəlməmişdi. Xoy xanı olan ulu babası Cəfərqulu xan İran şahı Fətəli xanla müharibədə məğlub olandan sonra 20.000 qoşunla el-obadan didərgin düşmüşdü. Əvvəlcə Üçkilsəyə (Eçmiədzinə) gəlmiş, sonra döyüş xidmətlərinə görə çar I Aleksandr ona general-leytenant rütbəsi verərək, Şəki xanı təyin etmişdi.

 

Ulu babasının ölümündən 65 il adlayandan sonra dünyaya gəldi Fətəli xan.

 

Bəs, görəsən, nəsil üçün tarixi düşmən olan bir şəxsin adını niyə tapşırdılar bu körpəyə? Bəlkə keçmişdən gələcəyə gedən yolda nifrət və kin köhləninin cilovunu dartıb, bu gərdişi, bu yerişi səngitmək üçün? Bəlkə insan ruhunun çox dərin və naməlum qatlarında mürgüləyən sevgi və nifrətqarışıq lacivərd hissin təkidi ilə?

 

Və bəlkə də bu məsələ dünyanın özü qədər qəliz və mürəkkəb idi, heç “bəlkəlik” də deyildi...

 

Şərəfli nəslin layiqli davamçısı oldu Fətəli xan.

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan olunan gün hökumət kabinəsinin sədri seçildi.

 

1918-ci il iyunun 17-də və dekabrın 26-da təşkil olunan Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifəsini tutdu. 1919-cu ilin martında onun başçılıq etdiyi Hökumət Şurası istefa verdi. Nəsib bəy Yusiflinin təşkil etdiyi Nazirlər Şurasında xarici işlər naziri oldu.

 

Bakını bolşeviklər işğal edəndən sonra sahibsiz bir ölkənin məğlub rəhbərlərindən biri kimi doğma diyarı tərk edib, ailəsi ilə Tiflisə üz tutdu.

 

1920-ci il iyunun 19-da muzdlu erməni qatili on güllə ilə qətlə yetirdi.

 

O vaxtdan M.F.Axundovun qəbrinin yanında bir məzar daşı göyərdi.

 

Fətəli xan Xoyskinin məzar daşı...

 

Bir xalqın Milli İstiqlaliyyətinin torpağa gömülən köklü-köməcli bir şüyü”.

 

 

Dustaq səs cığırında iz yaxud son söz əvəzi

 

“Hacı Səlim Axundzadə xatirələrində yazır: “...Tiflisdə iş belə oldu ki, hər üç millət ayrılıb özlərini müstəqil respublika elan etdi. Əvvəlcə gürcülər “Qruzinskaya Respublika” adı ilə ayrıldılar. Sonra ermənilər özlərini “Araratskaya Respublika” adlandırdılar.

 

...Biz “Orient” mehmanxanasında qalırdıq. Bizim 28 nəfərdən ibarət olan və “Seym”in işində iştirak edən heyətimiz orada müşavirə keçirib Qafqazın bu qiymətli diyarını “Azərbaycan Cümhuriyyəti” adlandırmağı qərara aldı”.

 

Mənbə: Günaydın qəzeti, 8-9 iyun 2000, №35 (268)

 

 

Hazırladı: E.Nihat

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakı-Sumqayıt qatarlarının hərəkəti ləğv edilir
24.01.2019, 13:00

Bakı-Sumqayıt qatarlarının hərəkəti ləğv edilir

Milli Aerokosmik Agentliyində yeni baş direktor TƏYİNATI   
24.01.2019, 13:00

Milli Aerokosmik Agentliyində yeni baş direktor TƏYİNATI  

Sabahın havası – külək əsəcək
24.01.2019, 12:56

Sabahın havası – külək əsəcək

Sarkisyan yenidən ictimaiyyət qarşısına çıxdı - FOTO
24.01.2019, 12:51

Sarkisyan yenidən ictimaiyyət qarşısına çıxdı - FOTO

Yüksək keyfiyyətli ali təhsil ocağı – “UNEC-100”
24.01.2019, 12:50

Yüksək keyfiyyətli ali təhsil ocağı – “UNEC-100”

Mehriban Əliyeva Bakıda doğulan üçəmlərlə bağlı göstəriş verdi
24.01.2019, 12:48

Mehriban Əliyeva Bakıda doğulan üçəmlərlə bağlı göstəriş verdi

Abşeronda heyvanlara peyvənd vuruldu
24.01.2019, 12:41

Abşeronda heyvanlara peyvənd vuruldu

Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi   
24.01.2019, 12:39

Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi  

Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında - YENİLƏNİB
24.01.2019, 12:38

Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında - YENİLƏNİB

AMEA-da meyvə-tərəvəz yarmarkası açılacaq
24.01.2019, 12:30

AMEA-da meyvə-tərəvəz yarmarkası açılacaq

İTV “Eurovision-2019” üçün mahnı qəbulu elan etdi
24.01.2019, 12:24

İTV “Eurovision-2019” üçün mahnı qəbulu elan etdi

Fransa jurnalından Azərbaycana qarşı TƏXRİBAT
24.01.2019, 12:20

Fransa jurnalından Azərbaycana qarşı TƏXRİBAT

DİM-in sektor müdiri: “Testlərimizdən yararlanıb, bizim  material adı ilə alver edirlər” - MÜSAHİBƏ
24.01.2019, 12:20

DİM-in sektor müdiri: “Testlərimizdən yararlanıb, bizim  material adı ilə alver edirlər” - MÜSAHİBƏ

Hadi Rəcəbli: “Deputatların gördüyü müsbət işlər yaddan çıxır”
24.01.2019, 12:09

Hadi Rəcəbli: “Deputatların gördüyü müsbət işlər yaddan çıxır”

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR
24.01.2019, 12:00

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR

Qida Təhlükəsizliyi Agentliyi Türkiyəyə soğan satanlara müraciət etdi
24.01.2019, 11:53

Qida Təhlükəsizliyi Agentliyi Türkiyəyə soğan satanlara müraciət etdi

Azərbaycanda tələbələrin köçürülməsi başlanır
24.01.2019, 11:53

Azərbaycanda tələbələrin köçürülməsi başlanır

Hadi Rəcəbli bəzi jurnalistləri QINADI: “Çox təəssüf”
24.01.2019, 11:41

Hadi Rəcəbli bəzi jurnalistləri QINADI: “Çox təəssüf”

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi   
24.01.2019, 11:36

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi  

AzerTelecom “Azerbaijan Digital Hub” proqramını icra edir
24.01.2019, 11:30

AzerTelecom “Azerbaijan Digital Hub” proqramını icra edir

Villası müsadirə olunan deputat telefonları qapadıb   
24.01.2019, 11:30

Villası müsadirə olunan deputat telefonları qapadıb  

Bakıda itkin düşən şəxs tapıldı
24.01.2019, 11:24

Bakıda itkin düşən şəxs tapıldı

“Azərbaycan intibah dövrünü yaşayır” – Hadi Rəcəbli
24.01.2019, 11:15

“Azərbaycan intibah dövrünü yaşayır” – Hadi Rəcəbli

Amerikalı konqresmenlərin azərbaycanlı dostu - Cavid Hüseynov kimdir?   
24.01.2019, 11:11

Amerikalı konqresmenlərin azərbaycanlı dostu - Cavid Hüseynov kimdir?  

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi
24.01.2019, 11:09

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi

Kamal Abdullanın “Sehrbazlar dərəsi” ikinci dəfə nəşr olunub
24.01.2019, 11:04

Kamal Abdullanın “Sehrbazlar dərəsi” ikinci dəfə nəşr olunub

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı
24.01.2019, 11:02

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı

Azərbaycanlı deputat AŞPA-da əlillərlə bağlı çağırış etdi
24.01.2019, 11:00

Azərbaycanlı deputat AŞPA-da əlillərlə bağlı çağırış etdi

MİDA sabah 174 güzəştli mənzili satışa çıxarır - Müraciət edənlərin 98 faizi ala bilməyəcək
24.01.2019, 10:50

MİDA sabah 174 güzəştli mənzili satışa çıxarır - Müraciət edənlərin 98 faizi ala bilməyəcək

Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarıldı
24.01.2019, 10:44

Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim
24.01.2019, 10:39

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim

““Nəsimi ili” humanizm ideyalarının yaşadılmasına bir çağırışdır”
24.01.2019, 10:35

“Nəsimi ili” humanizm ideyalarının yaşadılmasına bir çağırışdır

İsrail postsovet ölkələrinin diplomlarını tanımayacaq
24.01.2019, 10:31

İsrail postsovet ölkələrinin diplomlarını tanımayacaq

Venesuelada ikihakimiyyətlilik davam edir – Ölənlərin sayı artır
24.01.2019, 10:14

Venesuelada ikihakimiyyətlilik davam edir – Ölənlərin sayı artır

Tramp NATO ölkələrini 100 milyard dollar xərcə salıb
24.01.2019, 10:02

Tramp NATO ölkələrini 100 milyard dollar xərcə salıb

Türkiyədə axtarışda olan azərbaycanlılar saxlanıldı - Rusiyaya verildi
24.01.2019, 09:53

Türkiyədə axtarışda olan azərbaycanlılar saxlanıldı - Rusiyaya verildi

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü
24.01.2019, 09:45

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü

“Tufan” xidməti-döyüş fəaliyyətinə baş­ladı - FOTO
24.01.2019, 09:40

“Tufan” xidməti-döyüş fəaliyyətinə baş­ladı - FOTO

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  
24.01.2019, 09:32

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  

Müdafiə Nazirliyi Qarabağ cəbhəsindəki təxribatla bağlı məlumat yaydı
24.01.2019, 09:19

Müdafiə Nazirliyi Qarabağ cəbhəsindəki təxribatla bağlı məlumat yaydı

Putin Venesueladakı çevrilişi dəstəkləmədi
24.01.2019, 09:19

Putin Venesueladakı çevrilişi dəstəkləmədi

Rusiya əhalisi son 10 ildə ilk dəfə azalıb - STATİSTİKA
24.01.2019, 09:06

Rusiya əhalisi son 10 ildə ilk dəfə azalıb - STATİSTİKA

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz   
24.01.2019, 08:43

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz  

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ
24.01.2019, 08:29

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
24.01.2019, 08:13

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi
24.01.2019, 00:56

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi

Putin Ərdoğanla belə vidalaşdı
24.01.2019, 00:41

Putin Ərdoğanla belə vidalaşdı

Ali Məhkəmənin sabiq sədri həbs edildi
24.01.2019, 00:24

Ali Məhkəmənin sabiq sədri həbs edildi

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
24.01.2019, 00:14

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı
23.01.2019, 23:56

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı

ARXİV