21 yanvar 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Amerika səfirliyi müxalifəti “arxa plana” atıb – YAP da reaksiya verdi
Amerika səfirliyi müxalifəti “arxa plana” atıb – YAP da reaksiya verdi
11.01.2018, 09:10

Adətən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi siyasi partiyalarla mütəmadi olaraq görüşlər keçirirdi. Lakin son zamanlar bu görüşlərin səngidiyi müşahidə edilir. Yalnız Amerika səfirliyi deyil, digər ölkələrin Azərbaycandakı nümayəndəlikləri də bu istiqamətdə aktiv deyil.

Maraqlıdır, görüşlər nə üçün səngiyib?

 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, bu məsələ bir qədər həssaslıq tələb edir:

 

“Siyasi partiya hakimiyyətə real iddia edən yeganə ictimai təşkilatdır. Əgər siyasi təşkilat qarşısına qoyduğu məsələlərin həlli ilə bağlı cəmiyyətlə deyil, hansısa xarici ölkənin səfirliyi ilə məsləhətləşmələr keçirirsə, artıq həmin təşkilatın müstəqilliyinə, onun doğurdan da Azərbaycanın milli maraqlarını müdafiə edəcəyinə bir qədər şübhə yaranır. Bu baxımdan biz siyasi partiyaların fəaliyyətini cəmiyyətin maraqları üçün və cəmiyyətlə münasibətlər üzərində qurmasının tərəfdarıyıq. Bu, Yeni Azərbaycan Partiyasının düşüncəsidir. Düzdür, xarici ölkə səfirliyi YAP rəhbərliyi ilə görüşmək istəyərsə, biz onu ancaq partiyanın iqamətgahında keçirə bilərik. Ölkə daxili məsələləri deyil, ancaq beynəlxalq aləmdə gedən prosesləri müzakirə edərik”.

 

Deputat qeyd edib ki, ölkə daxili məsələlər ancaq Azərbaycan cəmiyyəti ilə müzakirə edilə, vətəndaşlarımızın mövqeyi əsas götürülə bilər:

 

“Hansısa  siyasi partiyanın vaxtaşırı ölkə daxili məsələləri xarici ölkə səfirlikləri ilə müzakirə etməsini təqdir etmirik. Bu, narahatlıq doğuran məsələdir. Səfirliklərlə görüş ancaq iki ölkə arasındakı münasibətin yaxşılaşması, yaxud hansısa beynəlxalq məsələ ilə bağlı müzakirə keçirməyi məqsədəuyğun hesab edirəm. Hər bir siyasi partiya özfəaliyyətini müstəqil şəkildə qurmalı və Azərbaycan qanunlarını əsas götürməlidir”.

 

Respublikaçı Alternativ Hərəkatının  (REAL)  icraçı katibi Natiq Cəfərli bildirib ki, partiyalar Amerika səfirliyinin müxtəlif tədbirlərinə mütəmadi olaraq dəvətlər alır:

“Sadəcə dekabrın ortalarında bütün dünyada iş rejimi bir az fərqli olur. Bayramla əlaqədar olaraq səfirliyin əksər işçiləri öz ölkələrinə qayıdırlar. Bu nöqteyi-nəzərdən dekabrın ortalarından bu məsələdə müəyyən susqunluq var. Amma bundan əvvəl Amerika səfirliyi ilə mütəmadi görüşlərimiz olub. Lakin biz digər siyasi təşkilatlardan fərqli olaraq səfirliklə görüşlər haqqında saytımız vasitəsilə məlumat verməyi lüzum görmürük. Çünki bu, siyasi təşkilatların rutin işidir. Bununla bağlı ard-arda məlumatların verilməsi də doğru deyil. Sonuncu dəfə dekabrın ortaların da Amerika səfirliyinin iqamətgahında səfirlə görüşümüz oldu. Ölkədəki iqtisadi vəziyyət, 2017-nin yekunları, 2018-ci il gözləntiləri ilə bağlı ümumi fikir mübadiləsi apardıq. Görüş haqqında sosial şəbəkələrdə də  informasiya vermişdim. Yəni ümumilikdə Amerika səfirliyi ilə siyasi partiyaların görüşü ötən illərə nisbətən  kəskin səngiyib demək olmaz”.

 

N.Cəfərli digər ölkə səfirliklərinin siyasi partiyalarla görüşündən də söz açıb:

 

“Əsasən Amerika səfirliyi iqtisadi, siyasi məsələlərlə bağlı siyasi partiyalarla görüşdə maraqlıdır. Eyni zamanda İngiltərə, Fransa, Hollandiya səfirliyi, Avropa Birliyi nümayəndəliyi də bu istiqamətdə daha aktivdirlər və müzakirələrə daha maraqlıdırlar. REAL da  açıq siyasi təşkilatdır. Təşkilat olaraq ölkənin durumu ilə bağlı ictimai fikirlərimizi həmin görüşlərdə də səsləndiririk. Bununla bağlı heç bir kompleksimiz yoxdur. Çox təəssüf ki, xarici ölkələrin Azərbaycandakı nümayəndələri bu tip görüşlərə maraq göstərsələr də, müxalif düşüncəli insanların fikirlərini öyrənməyə cəhd göstərsə də, bunu hökumət haqqında demək mümkün deyil. Azərbaycan hökuməti müxalif düşüncəli insanların baxışını öyrənmək istəmir. Bu da hökumətin mənfi cəhətlərindən biridir. 2018 seçki ili olduğu üçün  təmasların görüş intensivliyinin artma ehtimalı da yüksəkdir”.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  düşünür ki, siyasi partiyaların Amerika səfirliyi ilə görüşləri səngiməyib:

 

“Amerika səfirliyi həmişə siyasi partiyalarla, eyni zamanda Müsavat Partiyasının rəhbəri ilə görüşür, tədbirlərinə dəvət edir. Bu səbəbdən xüsusi olaraq səngimə müşahidə etmirəm. Bu günlərdə Amerika səfirliyində Müsavat Partiyasının başqanı və başqa müavininin görüşü müəyyənləşdirilib.  Bəzən bir ayda iki-üç dəfə, bəzən isə iki aydan bir görüş olur. 2018- ci il seçki ilidir. Düzdür, seçkilərə hələ bir müddət var. Amma ola bilər ki, bununla bağlı da səfirliklə müəyyən görüşlər baş tutsun.  Lakin bu hələ zamanın işidir”.

G.Aslanlı deyib ki, digər ölkələrin səfirliyi siyasi partiyalarla görüşdə həmişə olduğu kimi müəyyən qədər passivdirlər:

“Amma yenə də Fransa, İngiltərə, Hollandiya və Azərbaycanda fəaliyyət göstərən digər Avropa ölkələrinin səfirliklərinin nümayəndələri ilə Müsavat Partiyasının görüşləri olub, olur və yenə də olacaq. Sadəcə dinamiklik nöqteyi-nəzərdən  həmin səfirliklər Amerika səfirliyindən bir qədər geri qalır”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Sinemanın kral və kraliçası” seçildi - Fotolar
21.01.2018, 19:45

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB
21.01.2018, 17:44

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib
21.01.2018, 17:00

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb   
21.01.2018, 16:34

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb  

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib   
21.01.2018, 15:47

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib  

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR
21.01.2018, 15:30

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ
21.01.2018, 14:46

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir
21.01.2018, 14:25

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir

Paytaxtın bu ərazilərində su yoxdur
21.01.2018, 14:00

Paytaxtın bu ərazilərində su yoxdur

Sabaha olan hava PROQNOZU
21.01.2018, 13:05

Sabaha olan hava PROQNOZU

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”
21.01.2018, 12:50

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”
21.01.2018, 11:56

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”

Türkiyə tankları Afrinə daxil olub
21.01.2018, 11:50

Türkiyə tankları Afrinə daxil olub

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi
21.01.2018, 10:46

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ
21.01.2018, 10:21

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub
21.01.2018, 09:41

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub

Nyu-Yorkda
21.01.2018, 09:34

Nyu-Yorkda "Azadlıq" heykəli bağlandı

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

Rusiya və İran Türkiyəyə qarşı
20.01.2018, 19:51

Rusiya və İran Türkiyəyə qarşı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(36.6%)
SOCAR(16.6%)
Azersun Holding(10%)
Azercell(3.33%)
Bakcell(13.3%)
Nar mobile(3.33%)
Gilan Holdinq(3.33%)
Nurgun Group(0%)
Paşa Holding(3.33%)
Akkord(10%)