Modern.az

Rusiya DİN-i işçilərini Türkiyədə tətil etməkdən çəkindirib  

Rusiya DİN-i işçilərini Türkiyədə tətil etməkdən çəkindirib   

Dünya

13 Yanvar 2018, 13:41

Rusiya Daxili İşlər Nazirliyi işçilərinin tətil edə biləcəkləri ölkələr siyahısına Türkiyə və Misiri daxil etməyib.


Modern.az
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyası rəsmi saytı vasitəsilə işçilərinin tətil edə biləcəkləri siyahını açıqlayıb.

Siyahıya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Türkmənistan, Özbəkistan, Kuba, Vyetnam, Fələstin və Çin daxil edilsə də, rus turistləri üçün daha populyar ölkə sayılan Türkiyənin adı yoxdur.

Bundan əlavə açıqlamada Qazaxıstan, Qırğızıstan, Tacikistan turlarının az inkişaf etdiyi və Türkmənistan üçün isə viza tələb olunduğu bildirilib.

Qeyd edək ki, ötən illərdə bu siyahıda Suriya, Tunis, Tayland, Myanmardan əlavə olaraq  Misir və Türkiyə də yer alırdı.

Nəzrin Cavid

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü