NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov hazırda Bakıda keçirəcəkləri görüşü razılaşdırırlar.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Skaparotti bu gün NATO-nun Hərbi komitəsinin iki günlük sessiyasının yekunları üzrə bildirib.
“Sentyabrda bu görüş barədə razılaşdıq. Hazırda həmin görüş təşkil olunur”, - o qeyd edib.
Xatırladaq ki, daha öncə “BuzzFeed” portalı 2018-ci ilin yanvar ayında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Kertis Skaparottinin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüş keçirəcəklərini yazmışdı.
Bu, 2013-cü ildən bəri bu səviyyədə keçiriləcək ilk görüş olacaq. O vaxt ABŞ prezidenti Barak Obamanın administrasiyası NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanının rusiyalı həmkarı ilə təkbətək görüşlərini qadağan etmişdi. Bunu mənbəyə Skaparottidən əvvəl həmin vəzifəni tutmuş Filipp Bridlav təsdiqləmişdi.