Modern.az

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Ədəbi̇yyat

19 Yanvar 2018, 23:04

Amerika alimlərinin qənaətinə görə, kədərli hadisələrin orqanizm üçün törədəcəyi fəsadlardan yaxa qurtulmağın ən yaxşı vasitəsi ağlamaqdır. Uzun illərin tədqiqatları nəticəsində o da məlum olub ki, həyatda nadir hallarda ağlayan insanlar mədə xorası, bağırsaq xəstəliklərindən daha çox əziyyət çəkirlər və onların uzunömürlü olma ehtimalı çox az olur. Tanınmış həkim Uilyam Freyanın fikrinə görə göz yaşları ilə insan sağlamlığının birbaşa əlaqəsi var.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, insan ağlayarkən onun göz yaşları orqanizmdəki zərərli maddələri özü ilə birgə xaric edir. Bu zərərli maddələr orqanizmdə qaldıqda isə onlar bütövlükdə orqanizmin fiziki və psixi yüklənməsinə səbəb olur.

 

Amma söhbət heç də bütün günü hönkür-hönkür ağlamaqdan deyil, sakit göz yaşları axıtmaqdan gedir. Mütəxəssislər belə göz yaşlarını insan üçün zəruri sayır, tövsiyə edirlər ki, buna görə utanmaq və çəkinmək lazım deyil. Əks təqdirdə göz yaşlarını məcbur saxlamaq bir cox ciddi xəstəliklərin yaranmasına təkan verir. Psixoloqlar qeyd edirlər ki, aylarla, illərlə ağlamayan insanlarda sinir pozğunluğu və psixi dəyişikliklər daha cox müşahidə olunur.

 

Maraqlı faktlardan biri də odur ki, göz yaşları ilə birgə orqanizmdən təkcə zərərli maddələr deyil, həm də stress stimulyatorları da xaric olunur.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında və ayrı-ayrı statistik göstəricilərdə məlum olur ki, qadınlar kişilərə nisbətdə daha uzunömürlüdürlər. Bunun əsas səbəblərindən də biri qadınların daha tez-tez göz yaşlarını axıtmalarıdır.

 

Yəqin ki, amerikalı alimlərin bu araşdırmalarından sonra kişilər də nəticə cıxaracaq. Vaxtında göz yaşlarını axıtmayıb dünyadan tez köçərək öz qadınına göz yaşları bəxş etməkdənsə, arabir sakit göz yaşları axıdıb həm özünün, həm də doğmalarının ömrünü uzadacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi