Modern.az

“Türkiyə əməliyyadan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib” – Bəkir Bozdağ

“Türkiyə əməliyyadan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib” – Bəkir Bozdağ

Aktual

21 Yanvar 2018, 22:58

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ və hakim Ədalət və İnkişaf Partiyasının sədr köməkçisi Mahir Ünal Çəngəlköy Vahdəttin Sarayında Türkiyəyə ezam olunmuş xarici media nümayəndələri ilə ötən gün Suriyanın Afrin şəhərində başlayan anti-terror əməliyyatları ilə bağlı görüş keçirib. Modern.az xəbər verir ki, Bəkir Bozdağ tədbir zamanı "Report'un Türkiyə bürosunun da suallarını cavablandırıb.

 

Əməliyyatın uğurla davam etdiyini deyən Bəkir Bozdağ Türkiyənin onun başlanması üçün uzun bir yol qət etdiyini bildirib:

 

"Afrin və ya "Zeytun budağı" əməliyyatı qısa bir zaman kəsiyində ortaya çıxmayıb. İŞİD, PKK və PYD sərhəddə bizim 700-ə yaxın mövqemizə zərbələr endirib və biz onların təcavüzlərini zaman-zaman paylaşmışıq. Türkiyə əməliyyata başlamazdan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib.

 

Biz nəticələrin necə olacağını onlara bildirmişik. Biz NATO-nun sərhədini qorumaqdayıq. Bu əməliyyatda NATO-nun sərhədi Türkiyədir. Türkiyə bu əməliyyatda da bütün beynəlxaq hüquq normalarına riayət edəcək. Ərazidə dinc insanların ziyan çəkməməsi üçün lazımi tədbirlər görülüb. Əməliyyatın nə zaman yekunlaşacağı və nəticələr barədə ehtimallarımız var, lakin bunu söyləmək hələ çox tezdir. Ərazidə nələrin baş verəcəyini, bizi nələrin gözlədiyini bilmirik".

 

Həmçinin qeyd olunub ki, "Əlbab" və "Fərat qalxanı" əməliyyatlarında olduğu kimi Afrində də, Türkiyənin məqsədi ərazini terror təşkilatlarından tamamilə təmizləməkdir:

 

"Bir çox xarici media orqanları mahiyyətdən uzaqlaşaraq bu əməliyyatda bizim kürdləri hədəfə aldığımızı barədə düşüncə formalaşdırmaq istəyirlər. Ancaq biz bunun belə olmadığını və bölgədə yaşayan vətəndaşları qorumaq adına bütün tədbirləri gördüyümüzü bildirmək istəyirəm. Afrinin teror təşkilatlarından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatı ilə bağlı baş verən bütün məlumatlar media ilə paylaşılacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır