Modern.az

Kamçatkada 20 Yanvar şəhidləri anıldı

Kamçatkada 20 Yanvar şəhidləri anıldı

22 Yanvar 2018, 12:16

Kamçatkada 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib, şəhidlər anılıb, ehsan verilib.

 

Bu barədə Modern.az-a Rusiya Federasiyası Millətlərarası Assambleyanın Kamçatka Diyarı üzrə sədri, oradakı azərbaycanlılarının “AZƏRİ” İctimai Cəmiyyətinin rəhbəri Ramazan Hüseynov məlumat verib.

 

O bildirib ki, Azərbaycanın bütün tarixi günləri, rayonların işğalı, 20 Yanvar, Xocalı Soyqırımının  il dönümü, eyni zamanda Azərbaycanın əlamətdar günləri  Kamçatkada Azərbaycan Diasporu tərəfindən qeyd olunur.

Belə tədbirlərin tərkib hissəsi olaraq ötən gün 20 Yanvarla bağlı keçirilib, şəhidlərin ruhu yad edilib, ehsan verilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...