20 noyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Laçın koridoru: barıt qoxulu torpaq...
Laçın koridoru: barıt qoxulu torpaq...
29.01.2018, 08:52

Keçən əsrin əvvəllərindən ermənilər Azərbaycanın çox mühüm strateji əraziyə malik olan Laçını Ermənistana birləşdirmək üçün mübarizə apardılar. Nəhayət onlar 1992-ci ilin may ayının 17-də bu istəklərinə nail oldular.

http://fedai.az/index.php?newsid=862

 

Tarixə nəzər saldıqda məlum olur ki, Laçın rayonunun qədim sakinləri əsasən azəri türkləri olublar. Beləki, keçən əsrlərdə, Laçın rayonunda xeli sayrda qədim tayfa və tirələr mövcud olub. Onların bir çoxu hətta dünyada öz məhşurluğu ilə seçilən tayfalar olublar.

 

Bir çox araşdırmalarda və tarixi yazılarda bu tayfaların tarixinin və yaşam tərzlərinin çox qədim dövrlərə aid edilməsi, Laçında mövcud tayfa mədəniyyətlərini tarixin qaranlıq və dərin qatlarına aparıb çıxarır. Beləki, Quşçu tayfası, Gəloxçu tayfası,  Hacısamlı tayfası, Qarabayramlı tayfası, Qasımuşağı tayfası, Qaraçənli tayfası, Əhməduşağı tayfası, Babadünlü tayfası, Hopurlar (Hopurru) tayfası və s. Indiki Laçın rayonunun çox qədim sakinləri olublar.

 

Bu tayfalar öz tayfa ənənələrinə sadiq qalaraq Zəngəzur vilayəti, Keştasf, Mağavuz, Hacısamlı nahiyələri, Zəngəzur və Kürdüstan qəzaları eləcədə Laçın rayonun tərkibində vahid bir ailə kimi yaşayıblar. Maraqlıdır ki bu tayfalar arasında bütün tarixləri boyu qarşıdurma və düşmənçilik olmayıb. Bax (F.İsmayılov "LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər"-2012-ci il. Səh. 70-81, 82-87).

 

Laçının etnik tərkibi 1992-ci ilin Statistikasına görə, 65 min nəfər azərbaycanlı, 4,5 min nəfər müsəlman kürdü, 7 nəfər nigah qeydiyyatında olan rus qadın və müvəqqəti qeydiyyatda olan 4 nəfər, ermənidən ibarət olmuşdur.

 

Bütün  tarixi reallıqları inkar edən Ermənistan rəhbərliyi Laçın rayonu ərazilərini qədim erməni torpaqları kimi təbliğ edir və dünyanın bütün ölkələrindən

Bu əraziləri ziyarət etmək üçün Qarabağ vizası ilə turistlər dəvət edirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyan, ATƏT-inMinsk qrupunun üzvüolan Rusiya, ABŞ, Fransa və eləcədə digər Dövlətlərin vətəndaşları qondarma Dağlıq Qarabağın vizası ilə Azərbaycanın İşğal altındakı ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər edirlər.Bu Beynəlxalq Hüquqa zidd çox ciddi qanun pozuntusudur. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyi diqqətlə izləməli və nəzarətdə saxlamalıdır.

 

Bütün tarixi dövrlərdə bir nəfər də daimi erməni sakini olmayan Laçın şəhərinin küçələrini, hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ ərazisinə 1993-cü ildə azərbaycanlı əsgərlər tərəfindən qətlə yetirilən beynəlxalq terror şəbəkəsinin üzvü 

 

Monte Melkonyanın plakatları bəzəyir.Şəhərin məhşur abidə adlandırılan ərazisindəki Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə 1974-cü ildə ucaldılmış abidənin farmatı dəyişdirilərək, erməni terrorçularının xatirə abidəsi kimi təqdim edilir. Laçının bütün inzibati yaşayış məntəqələrində və istirahət mərkəzlərində erməni xaçının müxtəlif bədii formalı monumental daş nümunələri quraşdırılıb.

 

Laçın şəhərinin RTS məhəlləsi adlandırılan ərazidə, keçmiş Qaz İdarəsinin yaxınlığında Şuşa – Gorus yolunun üzərində 2010-cu ildə həcmcə böyük bir erməni kilsəsi inşa edilib, kilsənin ətrafı abadlaşdırılaraq park salınıb.

 

Ermənilər işğal altında saxladıqları Laçın ərazilərindəki bütün inzibati yaşayış məntəqələrinin adlarını, yer yurd adlarını və toponimləri dəyişdirilib, erməni ifadələri ilə əvəzlənib. Laçın – Gorus yolu üzərindəki Zabux kəndinin xarabalıqları üzərində 2014-cü ildə yeni qəsəbə tikiblər. Zabux – Gorus yolu üzərində Həkəri çayının sağ sahilində erməni kilsəsi tikiblər. Kilsənin ətrafı abadlaşdırılıb, süni şəlalə və istirahət yerləri düzəldilib.

 

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonun mərkəzi Laçın şəhəridir. Rayonun  ərazisi 1835 km²-dir.  İşğal nəticəsində 264 nəfər şəhid olmuş,  65 nəfər girov götürülmüş,  103 nəfər əlil olmuşdur.

 

Rayonun  1 şəhər, 1 qəsəbə, 125 kəndi, 1883 kv. km. ərazisi, 450 tarix və mədəniyyət abidəsi, 65000 nəfər əhalisi olmuşdur. 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 125 Rabitə sistemi fəaliyyət göstərirdi.

 

Laçın rayonu üzrə 33285 meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar və ya 80,05% təşkil edirdi. Təsərrüfatda 176 hektar mədəni meşə əkinlərinin 56 hektarı çətiri birləşmiş formadadır. Təsərrüfatda 1466 hektar bitki örtüyü seyrəksahələr, 1387 hektar xəndək-qobu sahələri olmaqla meşə ilə örtülü olmayan meşə fondu sahələri, 2853 hektar təşkil etmişdir. Təsərrüfat ərazisində 19 hektar şum, 423 hektar biçənək, 1329 hektar örüş, 18 hektar yol və kanalaltı, 39 hektar sualtı, 98 hektar tinkçilik, 8 hektar qumluq, 606 hektar daşlı-çınqıllı sahə, və 1189 hektar digər torpaqlar vardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkiledir.

 

Hal-hazırda erməni işğalı altında olan Laçın rayonunun meşələri ermənilər tərəfindən kütləvi şəkildə qırılmaqdadır. Belə ki, Piçənis və Hacısamlı meşələrindən qırmızı palıd ağacları qırılaraq Fransaya konyak istehsalında çəllək istehsalı üçün, təbii bitən irigövdəli qoz ağacları isə qırılaraq İran İslam Respublikasına mebel istehsalında istifadə üçün göndərilir. Erməni girovluğundan azad edilmiş bir nəfərin ifadəsinə görə azərbaycanlı girovlardan ermənilər, Laçın rayonunun Zavod, Hacısamlı eləcədə Qarabağ ərazisindəki Ağdərə rayonunda meşələrin qırılmasında istifadə edirmişlər, Girovun dediyinə görə hazırlanan taxta materialları İrana satılır, oduncaq hissələri isə yanacaq kimi erməni ailələrinə paylanırdı.

 

Rayonun ərazisində Respublika üçün böyük əhəmiyyət daşıyan təbiət qoruğu, təbiət yasaqlığı var idi. Yasaqlıq 1961-ci ildə yaradılmışdır. Xüsusi mühafizə olunan bu təbiət ərazisində cüyür, dağ keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Yasaqlığın ərazisi orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir. Buradakı meşələr əsasən vələs, cökə, ağcaqayın və digər ağac və kollardan ibarət qarışıq tiplidir.

 

1989-cu ildə yasaqlıqda aparılan yoxlama nəticəsində; 96 dağkeçisi (bezoar keçisi), 360 baş qaban, 320 baş cüyür, 110 baş ayı, 200 baş qırqovul, 1500baş kəklik və eləcədə xeyli sayda canavar, porsuq, dələ və s heyvan qeydə alınmışdı.

 

Laçın rayonunda ümumi civə ehtiyatı 1124, 0ton olan üç Nazranlı, Çilgəzçay, Sarıbulaq mədənləri, ehtiyatı 2533 min m3 olan və istismara cəlb edilən, üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatı 5125 min m3 olan mişar daşı istehsalına yararlı 2 Ağoğlan və Əhmədli tuf mədəni, təbii ehtiyatı 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı; ehtiyatı 998 min m3 olan və kərpic – kirəmid istehsalına yararlı Novruzlu gil yatağı, ehtiyatı 2144 min m3 olan Quşçu Rmza mədəni, ehtiyatı 15794 min m3 olan Yuxarı Həkəriçay qum – çınqıl qarışığı yatağı, ümumi ehtiyatı 10449 min ton otan üç vulkan külü, istismar ehtiyatları 4300 min m3/gün olan Minkənd mineral su yataqları vardır.

 

Laçın rayonunun Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan suxurları yararaq üzə çıxan maqmatik suxurlara Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tığik, Turş-Tığik, Nurəddin kənd əraziləri malikdir. Nağdalı, Mirik, Əhmədli, Hacıxanlı, Minkənd ərazilərində isə narzan tipli müalicə əhəmiyyətli bulaqlar mövcuddur. İpək kəndindəki  uran yataqları ilk dəfə 1974-cü ildə Sovet arxeoloqları tərəfindən kəşf edilmişdi.

 

Nazirlər Kabineti yanında itki və Tələfatların Qiymətləndirilməsi üçün yaradılmış işçi  qrup üzvləri tərəfindən, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Laçın rayonunun  inzibati yaşayış ərazilərindəki təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə  vurulan  zərərin dəyəri  1 753 795 140 $ .  olduğu müəyyənləşdirilmişdir.

 

Faiq İsmayılov,

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
211 min 197 ton pambıq yığıldı
20.11.2018, 16:06

211 min 197 ton pambıq yığıldı

Sabah bu ərazidə işıq olmayacaq
20.11.2018, 16:03

Sabah bu ərazidə işıq olmayacaq

ADU-da “Kamança” pyesi səhnələşdirilib
20.11.2018, 15:59

ADU-da “Kamança” pyesi səhnələşdirilib

Şeyxin müavini məktəblərdə dini dərslərin keçirilməsini vacib SAYIR: “Yoxsa İŞİD-ə qoşulacaqlar”
20.11.2018, 15:43

Şeyxin müavini məktəblərdə dini dərslərin keçirilməsini vacib SAYIR: “Yoxsa İŞİD-ə qoşulacaqlar”

Paşinyan Dilqəmlə Şahbazı qaytarmaq İSTƏMƏDİ
20.11.2018, 15:38

Paşinyan Dilqəmlə Şahbazı qaytarmaq İSTƏMƏDİ

Azərbaycana ən çox gələn rusiyalı turistlərdir - 752 min
20.11.2018, 15:27

Azərbaycana ən çox gələn rusiyalı turistlərdir - 752 min

“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır
20.11.2018, 15:01

“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

Bakıda daha bir marşrutu bağlayırlar
20.11.2018, 14:59

Bakıda daha bir marşrutu bağlayırlar

Uşaqlar ağac əkdilər - FOTOLAR
20.11.2018, 14:57

Uşaqlar ağac əkdilər - FOTOLAR

Azərbaycandakı rektorsuz universitetlər...
20.11.2018, 14:55

Azərbaycandakı rektorsuz universitetlər...

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA
20.11.2018, 14:49

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA

Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı
20.11.2018, 14:30

Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı

Yerevan Baş katib postunu əldən vermək istəmir - Putinin qərarı həlledici olacaq
20.11.2018, 14:11

Yerevan Baş katib postunu əldən vermək istəmir - Putinin qərarı həlledici olacaq

Bu il yol qəzalarında 618 nəfər ölüb, 1406 nəfət xəsarət alıb
20.11.2018, 14:05

Bu il yol qəzalarında 618 nəfər ölüb, 1406 nəfət xəsarət alıb

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı
20.11.2018, 13:47

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı

Ötən gün Azərbaycan yollarında 5 piyada öldü
20.11.2018, 13:44

Ötən gün Azərbaycan yollarında 5 piyada öldü

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
20.11.2018, 13:41

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Qida Təhlükəsizliyi Agentliyinin adından rüşvət alanların məhkəməsi başladı
20.11.2018, 13:37

Qida Təhlükəsizliyi Agentliyinin adından rüşvət alanların məhkəməsi başladı

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi
20.11.2018, 13:32

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

ABŞ sanksiyaları onları qorxutmur...
20.11.2018, 13:23

ABŞ sanksiyaları onları qorxutmur...

Bakıya 70 yeni avtobus gətiriləcək
20.11.2018, 13:06

Bakıya 70 yeni avtobus gətiriləcək

Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018, 12:57

Diaspor fəaliyyətində qadınların rolu güclənir

Milli Məclis dekabrda ilin son iclaslarını bu tarixlərdə keçirəcək   
20.11.2018, 12:51

Milli Məclis dekabrda ilin son iclaslarını bu tarixlərdə keçirəcək  

Sabahın hava PROQNOZU açıqlandı   
20.11.2018, 12:29

Sabahın hava PROQNOZU açıqlandı  

Havalar pisləşəcək - Güclü külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ
20.11.2018, 12:27

Havalar pisləşəcək - Güclü külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ

Kanalizasiyadan mal başları, sement kisələri çıxdı - FOTO+VİDEO
20.11.2018, 12:16

Kanalizasiyadan mal başları, sement kisələri çıxdı - FOTO+VİDEO

Milli Qəhrəmanın doğum günüdür
20.11.2018, 12:13

Milli Qəhrəmanın doğum günüdür

Gəncəli deputat: “Partlayışda evləri dağılan sakinlər yataqxanaya köçürülür”
20.11.2018, 12:12

Gəncəli deputat: “Partlayışda evləri dağılan sakinlər yataqxanaya köçürülür”

Bank hesabından 790 manat oğurlayan tutuldu
20.11.2018, 12:11

Bank hesabından 790 manat oğurlayan tutuldu

Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
20.11.2018, 12:07

Tanınmış müğənni Novruz Novruzlu vəfat edib

Bakıda qəza - ölən var
20.11.2018, 11:53

Bakıda qəza - ölən var

Bakı metrosundakı soyğunçular tutuldu  
20.11.2018, 11:48

Bakı metrosundakı soyğunçular tutuldu  

Ermənilərin NATO PA-da təxribatı baş tutmadı
20.11.2018, 11:41

Ermənilərin NATO PA-da təxribatı baş tutmadı

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR
20.11.2018, 11:37

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR

Rusiya Aralıq dənizində hərbi təlimlər keçirdi
20.11.2018, 11:30

Rusiya Aralıq dənizində hərbi təlimlər keçirdi

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı   
20.11.2018, 11:29

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı  

Kəmaləddin Heydərov partlayış yerində - FOTOLAR
20.11.2018, 11:16

Kəmaləddin Heydərov partlayış yerində - FOTOLAR

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" - ŞİRVANDA
20.11.2018, 11:10

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" - ŞİRVANDA

Əbülfəs Qarayev Nyu-Yorkda...
20.11.2018, 11:07

Əbülfəs Qarayev Nyu-Yorkda...

Azərbaycanda ilk dəfə  bu mövzuda forum keçiriləcək
20.11.2018, 11:06

Azərbaycanda ilk dəfə  bu mövzuda forum keçiriləcək

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir
20.11.2018, 11:05

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir

Tovuzda siçanabənzər gəmiricilər məhv edildi
20.11.2018, 11:03

Tovuzda siçanabənzər gəmiricilər məhv edildi

Jurnalistin qətli kral sarayını ikiyə böldü - Yeni vəliəhd seçilə bilər
20.11.2018, 11:00

Jurnalistin qətli kral sarayını ikiyə böldü - Yeni vəliəhd seçilə bilər

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018, 11:00

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır
20.11.2018, 10:37

“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır

Azərbaycan nefti ucuzlaşdı
20.11.2018, 10:27

Azərbaycan nefti ucuzlaşdı

Gəncədə hərbçi dağıntılar altından belə çıxarıldı - VİDEO
20.11.2018, 10:26

Gəncədə hərbçi dağıntılar altından belə çıxarıldı - VİDEO

Dünya çempionu: “Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir”
20.11.2018, 10:20

Dünya çempionu: “Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir”

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var
20.11.2018, 10:06

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var

Siyəzəndə ağır qəza - 2 ölü   
20.11.2018, 10:04

Siyəzəndə ağır qəza - 2 ölü  

ARXİV