Modern.az

Suriya ABŞ-la bağlı BMT-yə müraciət etdi

Suriya ABŞ-la bağlı BMT-yə müraciət etdi

Dünya

8 Fevral 2018, 21:50

Suriya Xarici İşlər Nazirliyi  ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ölkənin şərqində törətdiyi hücumu hərbi cinayətkarlıq adlandırıb. Modern.az “RİA Novosti”yə istinadən  xəbər verir ki, bununla bağlı rəsmi Dəməşq BMT-yə məktub göndərib.

 

Məktubda həmçinin koalisiyanın buraxılması tələb olunur: “Biz beynəlxalq ictimaiyyətdən bu qətliamı pisləməyi və koalisiyanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”.  

 

Qeyd edək ki, koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir