23 sentyabr 2018, Bazar
Ana Səhifə - QARABAĞ - Ermənilər TƏŞVİŞDƏ - Qarabağda gecələr Azərbaycan hərbçiləri görünür, böyük köç başlayır
Ermənilər TƏŞVİŞDƏ - Qarabağda gecələr Azərbaycan hərbçiləri görünür, böyük köç başlayır
14.02.2018, 15:19

30 il əvvəl ermənilərin Azərbaycana qarşı açıq ərazi iddiaları ilə başlayan Qarabağ münaqişəsi bu gün regional təhlükəsizliyə və inteqrasiya proseslərinə mane olan əsas geosiyasi münaqişədir.

 

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və daha 7 ətraf rayonu işğal edən Ermənistan hakimiyyəti işğalçılıq siyasətinin əsas hədəfinə - Dağlıq Qarabağın dünya birliyi tərəfindən öz əraziləri kimi tanınmasına nail ola bilməyib. Əksinə, dünyadan təcrid olunmuş vəziyyətdə qalan bu ərazilərdə yaşayan 80 minə yaxın Azərbaycan ermənisi faktiki olaraq rəsmi Yerevanın girovuna çevrilib.

Hər an yeni müharibənin başlanacağı gözləntisi, yerli məmur və hərbi komandirlərin özbaşınalıq etdiyi, beynəlxalq blokada şəraitində heç bir perspektivin olmadığı Qarabağ ermənilər üçün bataqlığa çevrilib. Onlar hər vəchlə bu bataqlıqdan qurtulmağa və öz xoşbəxtliklərini Ermənistanda, Rusiyada və Qərb ölkələrində tapmağa çalışırlar.

 

İşğal altındakı torpaqlarda mühacirətin miqyası hakimiyyət tərəfindən gizlədilməyə çalışılsa da, Sokratın da dediyi kimi “bütün gizlinlər nə vaxtsa, gün işığına çıxır”.

Fransanın “Le Monde” qəzeti reportajlarının birində Qarabağdan mühacirətin miqyasını Şuşada yaşayan 29 yaşlı Surenin simasında təsvir etmişdi:

“Mən Qarabağa dönmüşəm ki, evimi satım və ailəmi də götürüb Rusiyaya köçüm. Ölkə xaricində daha yaxşı çörək qazanmaq imkanımız var”.

Surenin dilindən Azərbaycan torpaqlarında yaşayan ermənilərin psixoloji durumu və narazılıqları da əks olunur.

“Bizim ölkə (Qarabağdakı separatçı rejim-red.) sanki dərin yuxuya gedib. Dağlıq Qarabağın inkişafı mümkünsüzdür. Hökumət əsasən özlərini düşünən biznesmenlərdən ibarətdir. Onlar uf demədən insanları uçurumun kənarına atırlar”.

Ermənistan hakimiyyəti Qarabağda yaratdığı marionet rejimin inkişafda olduğunu, təbii artım və repatriasiya nəticəsində əhalinin çoxaldığı illüziyasını yaratmağa çalışsa da, Suren kimi sadə ermənilərin açıqlamaları bu illüziyanı sabun köpüyü kimi dağıdır. İşğal altındakı ərazilərdə son siyahıyaalama yerli əhalinin 150 minə çatdığını təntənə ilə elan etsə də, qeyri-rəsmi məlumatlar bu rəqəmin yalnız kağız üzərində olduğunu və Ermənistan ictimaiyyətini aldatmağa hesablandığını göstərir.

 

2016-cı ilin aprel döyüşləri zamanı Qarabağ ermənilərinin gələcəkdən inamsızlığı xüsusən sezilirdi. Düşmən tapdağı altındakı keçmiş Ağdərə rayonunun inzibati mərkəzindən bütün əhalinin döyüşlərin başlanmasından qısa müddət sonra köçürülməsi, bölgə sakinlərinin kütləvi panikaya qapılması və Xankəndi-Gorus yolunda Qarabağdan qaçan sakinlərin bir neçə kilometrlik tıxac yaratması da bu inzamsızlıq sindromunun göstərici idi. 


Epress.am saytına açıqlama verən Anna Melkiyan adlı Yerevan sakini 14 və 12 yaşlı iki azyaşlı oğlu və əri ilə Kanadaya köçdüyünü və bu addımı atmasına səbəb kimi övladlarının Qarabağda xidmət etməsini istəmədiyini deyib.

Onun sözlərinə görə, xüsusən aprel döyüşlərindən sonra bu qərarı verməyə məcbur olub.

Ermənistan vətəndaşları get-gedə daha aydın şəkildə anlayırlar ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi Yerevanın gələcəyi dumanlı olacaq.

Təsadüfi deyil ki, mühacirət problemini və qocalmaqda olan Ermənistan əhalisinin gələcəkdə təmas xəttini əsgərlə təmin etməkdə çətinlik çəkəcəyini siyasətçilər də dilə gətirir.


“Ermənistan əhalisinin azalması rəsmi faktdır. Bu iqtisadi vəziyyətin acınacaqlı olması, işsizlik, korrupsiya və Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə sıx bağlıdır”.

Bu sözləri Ermənistan parlamentində ikinci ən böyük fraksiyaya malik “Çiçəklənən Ermənistan” partiyası sədrinin deputatı Naira Zoqrabyan açıqlayıb.

O, Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının susaraq üstündən keçdiyi problem haqda açıq danışıb.

“Qarabağa göndərilən əsgərlər arasında ayrı-seçkiliyin olması bu problemə ciddi təsir göstərir. Əgər sadə vətəndaş cəbhə xəttinə nazir övladlarının aparılmadığını bilirsə, o hansı hissələrlə torpaqları qoruyacaq?”.

 

Zoqrabyanın dediklərini Milli Statistika Xidməti də gizlədə bilmir. 2018-ci il yanvarın 1-i üçün Ermənistan əhalisinin rəsmi sayı 2.979.900 nəfər təşkil edir. Bu göstərici 2017-ci ilin yanvarın 1-dən 13.200 nəfər, 2016-cı il yanvarın 1-i ilə müqayisədə isə 25.700 nəfər azdır. 

Beləliklə, Dağlıq Qarabağ müharibəsini müstəqilliklərinin başlıca uğuru kimi təqdim edən Ermənistan rəhbərliyinin əslində öz xalqı üçün son 30 ilin başlıca problemini yaratdığını rahatlıqla demək olar.


Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən medianın bu məlumatları təxribat, yalan kimi təqdim etməsi Azərbaycanın işğal edilmiş ərazilərində süni şəkildə məskunlaşdırılan erməniləri sakitləşdirə bilmir. Belə görünür ki, Azərbaycan torpaqlarının işğalının 30 illiyini bayram kimi qeyd etmək istəyən Sarkisyan rejimi çox yaxın vaxtlarda işğal edilmiş ərazilərdə erməni tapmayacaq.


Yenə Epress.am yazır ki, Ermənistan hakimiyyəti mütəmadi olaraq işğal edilmiş bölgələrdə yollar, evlər nümayiş etdirməklə itirilmiş nüfuzu geri qaytarmaq istəsə də, buna nail ola bilmir.

Artıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş bölgələrində süni məskunlaşdırılan ermənilərin geriyə köçü başlayıb.

Son zamanlar bölgədə dəyişən geostrateji durum, xüsusuilə də İran, Rusiya və Türkiyə amilini buraya əlavə etdikdə həmin köçün qaçılmaz olduğu birmənalıdır.  


Ermənistan vətəndaşları get-gedə daha aydın şəkildə anlayırlar ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi Yerevanın gələcəyi dumanlı olacaq.

Azərbaycanın işğal edilmiş bölgələrində süni məskunlaşdırılan ermənilər arasında da qorxu yaşanır. Ermənistanın Epress.am saytında dərc edilən yazıda qeyd edilir ki, gecə saatlarında onlar evlərdən bayıra çıxa bimirlər. Buna səbəb kimi gecələr işğal edilmiş bölgələrdə Azərbaycan hərbçilərinin göründüyü göstərilir.

 

 

 


Vüqar İSMAYILOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi
23.09.2018, 11:35

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi

Bulvarda kişi meyiti tapıldı
23.09.2018, 11:08

Bulvarda kişi meyiti tapıldı

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI
23.09.2018, 11:03

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?
23.09.2018, 10:58

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?

Düşmən atəşkəsi 96 dəfə pozdu
23.09.2018, 10:02

Düşmən atəşkəsi 96 dəfə pozdu

Balakəndə ev yandı
23.09.2018, 09:34

Balakəndə ev yandı

Azərbaycana payız gəldi
23.09.2018, 09:28

Azərbaycana payız gəldi

Atdan yıxılan çoban ağır xəsarət aldı
23.09.2018, 00:39

Atdan yıxılan çoban ağır xəsarət aldı

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23.09.2018, 00:26

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23.09.2018, 00:03

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Qrenlandiyada buzlar sürətlə əriyir
22.09.2018, 23:42

Qrenlandiyada buzlar sürətlə əriyir

Hicab geyinən kişi bankı qarət etdi
22.09.2018, 23:15

Hicab geyinən kişi bankı qarət etdi

Xamenei terrora görə ABŞ-ı ittiham etdi
22.09.2018, 22:58

Xamenei terrora görə ABŞ-ı ittiham etdi

Avtobus qəzasında 13 nəfər öldü
22.09.2018, 22:41

Avtobus qəzasında 13 nəfər öldü

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu
22.09.2018, 22:27

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu

Qarabağda erməni əsgəri öldürüldü
22.09.2018, 22:14

Qarabağda erməni əsgəri öldürüldü

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22.09.2018, 21:58

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı
22.09.2018, 21:45

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22.09.2018, 21:29

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı
22.09.2018, 21:12

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR
22.09.2018, 20:56

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI
22.09.2018, 20:34

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
22.09.2018, 20:31

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 
22.09.2018, 20:19

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq
22.09.2018, 20:03

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi
22.09.2018, 18:00

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Prezident Bakıda Dünya Çempionatını izlədi
22.09.2018, 17:56

Prezident Bakıda Dünya Çempionatını izlədi

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib
22.09.2018, 17:45

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb
22.09.2018, 17:38

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22.09.2018, 17:31

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

İlham Əliyev İran prezidentinə başsağlığı verdi
22.09.2018, 17:14

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

ARXİV