20 avqust 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Bizə AzTV və İTV niyə lazımdır?  
Bizə AzTV və İTV niyə lazımdır?  
14.02.2018, 16:51

Çingiz Qənizadə
Milli Məclisin deputatı

 

Milli televiziya kanallarımızla bağlı qələmə aldığım bu yazını belə bir sualla başlamaq istəyirəm. İnsanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş  bugünkü televiziya kanallarımızın fəaliyyəti tamaşaçı olaraq bizi qane edirmi?

Doğrudur, özəl TV-lərdə çoxsaylı maraqlı verilişlərin şahidi olsaq da, şou tipli bayağı, bir-birini təkrarlayan verilişlərlə evlərimizə daxil olub zövqlərimizi korlayan  bəzi kanallardakı verilişlər haqda bunu deyə bilməsəm də, AzTV və İTV  haqda xoş fikirlərimi tam məsuliyyətimlə söyləyə bilərəm.

Gəlin AzTV və İTV kanallarının fəaliyyətinə bir daha nəzər salaq və bu kanallarınAzərbaycan ədəbi dilinin yaranması və inkişafına, xalqımızın maariflənməsinə, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə verdiyi töhfələrdən danışaq.

Ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması bu televiziya kanalları üçün daim prioritet olub, desəm yanılmaram.

Dünyada baş verən siyasi-iqtisadi hadisələrə münasibət bildirmək üçün bu kanallarda tez-tez ekspertlərin, Milli Məclisin deputatlarının və mütəxəssislərin iştirakı ilə aparılan müzakirələr, olduqca vacib və maraqlı olmaqla bərabər tamaşaçıların həvəslə gözlədikləri verilişlərdən biridir. 

Azərbaycan Televiziyasının fəaliyyəti vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən çox gözəl dəyərləndirilib. “Azərbaycanın milli televiziyası xalqımızın milli sərvətidir.Azərbaycan televiziyası yaşayacaq və inkişaf edəcəkdir. Televiziyaya gələn yeni nəsillər Azərbaycan milli televiziyasını daha da yüksəklərə qaldıracaq və bunlar hamısı Azərbaycan Respublikasının dövlət müstəqilliyini inkişaf etdirəcək, xalqımızın mənəviyyatını, elmini, mədəniyyətini, bütün nailiyyətlərini dünyaya nümayiş etdirəcəkdir”, deyə ulu öndər bildirib.

Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, xüsusən də Dünya Olimpiya hərəkatında islahatçı Prezident imicini qazanan cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını peşəkar şəkildə xalqa təqdim edən bu kanallar, həmçinin beynəlxalq musiqi və idman yarışlarınıcanlı olaraq yayımlayırlar ki, bu da təbii olaraq hər bir musiqi və idmansevər tamaşaçı tərəfindən rəğbətlə qarşılanır.

Milli mədəniyyətimizin, zəngin tariximizin, qədim adət-ənənələrimizin ayrıca xətt üzərində inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Televziyasındayaradılmış Mədəniyyət kanalı rəngarəng verilişləri ilə xalqımızın milli-mənəvi dəyərlərinin daha da inkişaf etdirilməsini həyata keçirir. Xalqımızın qədim ozan sənətinin, müasir və klassik caz musiqisinin vaxtaşırı efirə verilməsi, görkəmli elm və mədəniyyət xadimlərimizin, Azərbaycanın dünya musiqi və ədəbiyyat xəzinəsinə bəxş etdiyi dahi korifeylərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xəqani, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və neçə-neçə dəyərli şəxsiyyətlərimizin həyat və yaradıcılıqlarını özundə əks etdirən film və verilişlər təqdim etməsi onu göstərir ki, Azərbaycan Televiziyası və İctimai Televiziyanın hər birəməkdaşı tam gücünü xalqımızın milli-mənəvi irsinin təbliğinə yönəldib.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50-milyondan çox soydaşımızın ən ağrılı dərdi torpaqlarımızın işğal altında olmasıdır. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdirilərək qüdrətli dövlətə çevrilməsi, xəyanətkar Ermənistanın bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən kənarda saxlanılması tezliklə bu problemin də Azərbaycanın xeyrinə həll olunacağından xəbər verir. Bu istiqamətdə Azərbaycan Televiziyasında hərbi vətənpərvərlik ruhunda hazırlanan verilişlər, günü-gündən Milli Ordumuzun qüdrətinin artmasını özündə əks etdirən video materialların təqdim edilməsi bir çox ölkələrdə yaşayan soydaşlarımızada böyük ruh yüksəkliyi bəxş edir.

“Azərbaycan radio və televiziyası məhsuldar və şərəfli inkişaf yolu keçmişdir. Milli radio və televiziyamız fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışdır”.Düzgün və yerində deyilmiş bu kəlmələr Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə məxsusdur.

 

Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini təbliğ etmək, dünya sivilizasiyasının müəlliflərinin arasında millətimizin də imzasının olduğunu bəyan etmək, dünya azərbaycanlılarının həmrəyliyinə töhfə vermək kimi missiyanı öz üzərinə götürən Azərbaycan Televiziyası və İctimai Televiziya üzərlərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim edirlər.

 

Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında milli teleradionun əvəzsiz rolunu yüksək qiymətləndirir, onun inkişafına xüsusi diqqət göstərir.

 

AzTV-nin bütün layihələri həmişə böyük rəğbətlə qarşılanıb. Bu sırada mədəniyyət layihələrini də xüsusi vurğulamaq yerinə düşər.  Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən, muğam sənətini yaşatmağa, gənc istedadları üzə çıxarmağa xidmət edən "Muğam televiziya müsabiqələri" ölkəmizdən kənarda da böyük tamaşaçı sevgisi qazanıb. 

 

Bu müsabiqənin aparıcılarının nitq qabiliyyəti, geyim tərzi və aparıcılıq bacarığı həmin müsabiqəyə xüsusi diqqəti çəkən məqamlardan biridir.

 

AzTV-nin “Xəbərlər” proqramı və İTV-nin efirində hər gün 6 dəfə yayımlanan “Carçı” informasiya buraxılışı  informasiya çəkisinə görə digər kanalların anoloji proqramlarını üstələyir. Tamaşaçılar ən dəqiq və dürüst xəbərləri bu proqramlardan alır.

 

Onu da qeyd edim ki, AzTV-nin efirində hər üç saatdan bir xəbər vaxtıdır. İnformasiya Proqramları Studiyası gün ərzində tamaşaçılara rus, ingilis və azərbaycan dilində olmaqla 8 xəbər buraxılışı təqdim edir. Daha əhəmiyyətli hadisələr haqqında isə xüsusi buraxılışlar təqdim olunur.Günün aktual məsələsini, gündəmdə olan mövzunu “Xəbərlər”dən sonra “Günün nəbzi” ətraflı təhlil edir. Xəbər həftəsinə isə hər bazar günü “Həftə” analitik informasiya proqramı geniş təhlillə yekun vurur.

 

İTV-nin efirində yayımlanan “Yeni Gün”, “Həmişəki tərz”, “Sabahınız xeyir”musiqi-informasiya proqramı,“Oberton”musiqi proqramı, həmçinin Az.TV-də yayımlanan “Səhər” musiqi-informasiya proqramı, “Ovqat” bədii-publisistik proqramıtamaşaçılar tərəfindən maraqla izlənən verilişlərdən biri olmaqla həm də aparıcıların savadlı, səhnə mədəniyyətinə uyğun geyim tərzi, dil üslubu tamaşaçıda xoş ovqat və fikirlər formalaşdırır. 

 

Son illər bu televiziyalarda maarifləndirmə tendensiyası daha da güclənib və bu istiqamətdə müxtəlif verilişlər hazırlanaraq izləyicilərin ixtiyarına verilib. İTV-nin“Sağlam yaşamaq”, “Açıq dərs”, habelə Az.TV-nin“Parlaq zəka”, “Ailə həkimi”, “Əlaçı”adlı maarifləndirməxarakteri daşıyan verilişlərini tamaşaçı maraqla qarşılayır.

 

Doğrudur son zamanlar bütün telekanallarda intellektual oyunlar, tok-şoular, əyləncəli oyunlar  çoxalıb. Amma “Nə? Harada? Nə vaxt?”,“Mən azərbaycanlıyam”milli intellektual bilik yarışmasıvə s.  digər verilişlərAzTV-nin sabit tamaşaçı auditoriyası olan ən reytinqli proqramlarıdır. 

 

Onu da qeyd edim ki, Az.TV-nin“Sevilənlər”, “Bu axşam”, “Muğam dünyamız”, “Retro”, “Müasir Azərbaycan gənci” və s. kimi verilişlərin tamaşaçısı da kifayət qədər çoxdur.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “İdman Azərbaycan” televiziyasının fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin sübutudur.

 

Uzun illər yalnız bir televiziya və radiodan ibarət olan Azərbaycan Teleradiosu indi özündə bir neçə kanalı və qurumu birləşdirən müasir bir kompleksdir. Həmin kompleksin bir qolu olan “Mədəniyyət” kanalı, “İdman Azərbaycan” kanalı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin daha bir böyük uğurudur.

 

Bir daha qeyd edim ki, həm Az.TV, həm də İTV-dəki əməkdaşların fəaliyyəti, milli-mənəvi dəyərlərə söykənən xətt olmaqla səhnə mədəniyyəti, savad və peşəkarlıq fonunda dövlət və dövlətçiliyimizə xidmət etməklə hər kəsdə özlərinə qarşı hörmət və məhəbbət  formalaşdırıblar.

 

Bu gün 62 yaşını qeyd edən Az.TV-nin bütün əməkdaşlarını ürəkdən təbrik  edir, onlara yeni-yeni uğurlar arzulayıram.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
DSX-nin birgə taktiki döyüş təlimi sona çatdı - FOTOLAR
20.08.2018, 12:45

DSX-nin birgə taktiki döyüş təlimi sona çatdı - FOTOLAR

Azərbaycan-Rusiya arasında yeni sənədlər İMZALANACAQ
20.08.2018, 12:42

Azərbaycan-Rusiya arasında yeni sənədlər İMZALANACAQ

Bu həftə enerji qəzası ilə bağlı yekun rəy olacaq
20.08.2018, 12:24

Bu həftə enerji qəzası ilə bağlı yekun rəy olacaq

“Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) Azərbaycan dilində
20.08.2018, 12:22

“Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) Azərbaycan dilində

Bakıda evdən 5000 dollar və 10000 manatlıq qızıl oğurlandı
20.08.2018, 12:14

Bakıda evdən 5000 dollar və 10000 manatlıq qızıl oğurlandı

Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək - RƏSMİ
20.08.2018, 12:07

Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək - RƏSMİ

Prezidentdən general-polkovnik Vaqif Axundovla bağlı SƏRƏNCAM
20.08.2018, 12:02

Prezidentdən general-polkovnik Vaqif Axundovla bağlı SƏRƏNCAM

İnam Kərimov Şəmkirdə şikayətləri dinləyəcək
20.08.2018, 11:57

İnam Kərimov Şəmkirdə şikayətləri dinləyəcək

Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI
20.08.2018, 11:56

Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

Ölkəyə qanunsuz telefon keçirməyin qarşısı alındı - FOTO
20.08.2018, 11:45

Ölkəyə qanunsuz telefon keçirməyin qarşısı alındı - FOTO

Ermənistan Azərbaycanla sərhədə polis qoşunları göndərir – Aprel döyüşlərində iştirak ediblər
20.08.2018, 11:42

Ermənistan Azərbaycanla sərhədə polis qoşunları göndərir – Aprel döyüşlərində iştirak ediblər

Söyüd ağacını kəsdi, 2000 manat CƏRİMƏLƏNDİ
20.08.2018, 11:36

Söyüd ağacını kəsdi, 2000 manat CƏRİMƏLƏNDİ

Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı
20.08.2018, 11:29

Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı

Dağıstanda dəhşətli qəza – 18 nəfər yaralandı
20.08.2018, 11:26

Dağıstanda dəhşətli qəza – 18 nəfər yaralandı

Bir-birindən ayrı düşmüş ailələr Şimali Koreyada GÖRÜŞDÜ
20.08.2018, 11:24

Bir-birindən ayrı düşmüş ailələr Şimali Koreyada GÖRÜŞDÜ

Pentaqon anonim messenger yaradır
20.08.2018, 11:21

Pentaqon anonim messenger yaradır

İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı   
20.08.2018, 11:16

İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı  

CFA-ın akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC
20.08.2018, 11:16

CFA-ın akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC

Bakı metrosunda iki soyğunçu tutuldu - biri qadındır
20.08.2018, 10:54

Bakı metrosunda iki soyğunçu tutuldu - biri qadındır

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb
20.08.2018, 10:51

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb

Dövlət qulluğuna test imtahanında uğur qazananların NƏZƏRİNƏ
20.08.2018, 10:36

Dövlət qulluğuna test imtahanında uğur qazananların NƏZƏRİNƏ

Almaniyadan ETİRAF: Türk lirəsinin ucuzlaşması RİSKDİR
20.08.2018, 10:32

Almaniyadan ETİRAF: Türk lirəsinin ucuzlaşması RİSKDİR

“Hamınız bir bezin qırağısınız”- Rəşad Məcid
20.08.2018, 10:24

“Hamınız bir bezin qırağısınız”- Rəşad Məcid

BirKart-la taksitli alış-veriş et, 50 AZN qazan!
20.08.2018, 10:23

BirKart-la taksitli alış-veriş et, 50 AZN qazan!

Ukrayna məhkəməsi azərbaycanlıya 6 il iş kəsdi
20.08.2018, 10:19

Ukrayna məhkəməsi azərbaycanlıya 6 il iş kəsdi

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimi başa çatır
20.08.2018, 10:08

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimi başa çatır

Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb
20.08.2018, 10:00

Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb

7 ballıq zəlzələ oldu – 10 ölü, 24 yaralı   
20.08.2018, 09:52

7 ballıq zəlzələ oldu – 10 ölü, 24 yaralı  

Aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə məlumatlandırma kampaniyası keçirilir
20.08.2018, 09:47

Aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə məlumatlandırma kampaniyası keçirilir

“Taliban” 150 nəfəri girov götürdü
20.08.2018, 09:44

“Taliban” 150 nəfəri girov götürdü

Cəbhədə şiddətli atışma oldu
20.08.2018, 09:40

Cəbhədə şiddətli atışma oldu

Fransada yanğın - 22 nəfər xəsarət aldı
20.08.2018, 09:31

Fransada yanğın - 22 nəfər xəsarət aldı

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu
20.08.2018, 09:09

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu

ABŞ Rusiya analoqunu silahlanmaya daxil edir 
20.08.2018, 08:54

ABŞ Rusiya analoqunu silahlanmaya daxil edir 

Yaşayış evinə 3 qumbara atıldı
20.08.2018, 08:25

Yaşayış evinə 3 qumbara atıldı

ARXİV