Modern.az

Ankarada ABŞ səfirliyinin yerləşdiyi prospekt  "Zeytun budağı" adlanacaq

Ankarada ABŞ səfirliyinin yerləşdiyi prospekt  "Zeytun budağı" adlanacaq

Dünya

14 Fevral 2018, 20:02

Türkiyə paytaxtında ABŞ səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisinin toplantısında qərar qəbul olunub.

Bələdiyyənin qərarına görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra "Zeytun budağı" adlanacaq.

Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı "Gülən" adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, diriliş, bayraq, qayı və hilal adlarının verilməsinə qərar verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü