Modern.az

İsa Qəmbər Lənkərana futbola baxmağa gedib (FOTO)

İsa Qəmbər Lənkərana futbola baxmağa gedib (FOTO)

Ölkə

22 İyul 2011, 10:48


Müsavat partiyasının başqanı İsa Qəmbər “Xəzər-Lənkəran” –“Makkabi” oyununu izləmək üçün Lənkərana gedib. Bu barədə Modern.az-a Müsavat patiyasının Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov bildirib. İ.Qəmbəri bir neçə partiya funksioneri müşayət edib.

İsa Qəmbər özü isə Facebbok-da  Lənkəranla bağlı təəssüratlarını yazıb.

Müsavat başqanı Facebbok-da “Lənkərana getdik, yolda Salyan, Cəlilabad, Masallı və Lənkəran müsavatçıları ilə görüşüb söhbət etdik. Sonra da Azərbaycanın ən gözəl stadionlarından biri olan Lənkəran stadionuna gedib, "Xəzər-Lənkəran” – “Makkabi" oyununu izlədik. Heyf ki, qalib gələ bilmədik, heç-heçə oldu. Amma, bu səfər özü, fədakar müsavatçılar və istiqanlı lənkəranlılarla təmaslarımız nəyə desən dəyər. Əvvəl-axır biz qalib gələcəyik - futbolda» kommentini yazıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran” –“Makkabi” oyunuda hesab açılmayıb. Bununla da komandamız Avroliqada iştirakını dayandırıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü