Modern.az

Nazir əmək müqavilələrinin bağlanmamasından narazıdır

Nazir əmək müqavilələrinin bağlanmamasından narazıdır

Təhsil

22 İyul 2011, 11:59

“2011-ci ilin altı ayı ərzində təxminən 770-ə yaxın əmək müqaviləsinin bağlanması bərpa olunub ki, bu da kifayət qədər az göstəricidir”. Modern.az-ın xəbərinə görə, bunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sözlərinə görə, nazirlikdə struktur dəyişikliyi ilə əlaqədar işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanması məsələsinə göstərilən diqqət qane etmir:
“Biz bu sahəyə tamamilə diqqətimizi artırırıq və ümid edirəm ki, növbəti yarımildə bu göstərici xeyli yüksək olacaq. Çünki biz bilirik ki, bu problem çox aktualdır. Təssüf ki, müqavilə ilə tənzimlənməyən əmək münasibətləri mövcuddur ki, bu da sosial fəsadlara yol açır. Bizim bu sahədə problemlərtimiz var, ona görə də nəzarət mexaanizmini gücləndirmək lazım gəlir”.
Nazir onu da bildirib ki, hesabat dövründə istehsalatda baş verən bədbəxt hadisələrin sayı da artıb: “Bir tərəfdən iqtisadiyyatdakı canlanma, digər tərəfdən inşaat sektorundakı belə halların artması tələb edir ki, burada subyektiv amillərin araşdırılması aparılsın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!