Modern.az

İmtahana ayaqqabı ilə gəlmək qadağan olundu

İmtahana ayaqqabı ilə gəlmək qadağan olundu

Dünya

20 Fevral 2018, 00:44

Hindistanda imtahan zamanı köçürmə hallarının qarşısını almaq üçün ayaqqabı geyinmək qadağan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qərar Bihar əyaləti Təhsil Nazirliyi tərəfindən qəbul olunub. 10-cu sinif şagirdləri imtahana ayaqqabı ilə yox, çəkələklə gələ biləcəklər.

 

Qeyd edək ki, ötən həftə 12-ci siniflər üçün keçirilən buraxılış imtahanında 1000 nəfər şagird imtahan qaydalarını pozduqları, ayaqqabı və corablarında cavabları gizlətdikləri üçün onların imtahan nəticəsi ləğv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü