Modern.az

Terrorçular 8 polisi öldürdü

Terrorçular 8 polisi öldürdü

Dünya

20 Fevral 2018, 21:23

Əfqanıstanın qərbində “Taliban” silahlıların polis məntəqəsinə hücum edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  hücum nəticəsində 8 polis işçisi həyatını itirib.

 

Hücum zamanı öldürülənlərin sayı ilə bağlı fərqli rəqəmlər yayılıb. Bəzi mənbələrə görə, hücum nəticəsində 20, “Taliban”a görə isə 26 polis ölüb.

 

Farah qubernatorunun sözçüsü Məhəmməd Nasir Mehrinin məlumatına görə, hücumdan sonra Balabulaq qəsəbəsinə cəlb olunan təhlükəsizlik qüvvələriylə taliban silahlılar arasında qarşıdurma baş varib. Nəticədə 13 terrorist zərərsizləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü