Modern.az

"Mərkəz" qəzetinin baş redaktor müavini, redaktoru, müxbiri istefa verib

"Mərkəz" qəzetinin baş redaktor müavini, redaktoru, müxbiri istefa verib

Media

22 İyul 2011, 23:57

“Mərkəz” qəzetinin bir qrup əməkdaşı 22 iyul Milli Mətbuat Günündə əmək haqlarının azaldılması səbəbindən istefa veriblər. “Mərkəz” qəzetinin redaksiyası bəyan edib ki, qəzetdən gedənlər baş redaktorun müavini Nicat Sadıqlı, redaktor Bəxtiyar Elcan və müxbir Cəlil Cavanşirdir.

”Əmək haqlarının azaldılmasına isə qəzetə yeni kadırların cəlb olunması və köklü islahatların aparılması səbəb olub-deyə redaksiyadan bildirilib.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən “Mərkəz” qəzetinin təsisçisi, deputat Gülər Əhmədova faktı təsdiqləyib. O, qeyd edib ki, sözügedən şəxslərin qarşısında ciddi jurnalistika tələbi qoyulub:

“Onların maşlarının azaldılmağı yazıları ilə bağlıdır. Yazılarının səviyyəsinə görə maaş müəyyənləşdirmişdim. Gedənlərə yaxşı yol. Əslində bu normal bir prosesdir, digər redaksiyalarda da baş verir”, – deyə qeyd edən G.Əhmədova istefa verənlərin onların pulunu “mənimsəməsi” haqqında söylədikləri fikirə isə belə münasibət bildirib:

“Onlar deyirlər ki, mənim onların puluna ehtiyacım olub və buna görə pullarını mənimsəmişəm. Necə istəyirlərsə düşünsünlər. Mənim o pula doğurdan da ehtiyacım var idi. Bu pulları redaksiyada siqaret tüstülədib günlərini yola verənlərdən fərqli olaraq, ortaya ciddi iş qoyan, jurnalistikanı sevən istedadlı gənclərə xərcləyəcəm”.

İşdən çıxan jurnalistlər isə G.Əhmədovanın dediklərilə razılaşmadıqlarını bəyan edib edib, onun haqsız olduğnu bildiriblər. Jurnalistlər bununla bağlı müraciətlərində qeyd ediblər ki, təsisçi onlara əvvəlcədən heç bir xəbərdrlıq etmədən əməkhaqlarını azaldıb. Nəticədə jurnalistlər buna etiraz əlaməti olaraq işdən gediblər. Onlar G.Əhmədovanın işdən çıxan jurnalistlərin peşəkarlığına xələl gətirmək məqsədi ilə xoşagəlməz ifadələr işlətməsinə etiraz ediblər. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı