Modern.az

Eldar Əzizov Sumqayıtın yeni gerbini təqdim edib (FOTO)

Eldar Əzizov Sumqayıtın yeni gerbini təqdim edib (FOTO)

24 İyul 2011, 11:25

Sumqayıtın bundan sonra öz gerbi olacaq. İyulun 22-də şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanında bu ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncaq keçirilib. Həmin tədbirdə şəhər gerbinin təqdimatı olub.
Bildirlib ki, şəhər gerbinin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş eskizlər mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilib.

Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, müsabiqəyə 50-yə yaxın eskiz qəbul edilib. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilib. Və onların arasından biri qalib élan edilib. Bu göy fonda sülh göyərçinidir. Sumqayıt rəhbərliyinin fikrincə, xüsusi komissiya tərəfindən seçilmiş gerb sülhsevər və pozitiv əhval-ruhiyyəli bu sahilyanı şəhərin tərəqqiyə can atması ideyasını inandırıcı şəkildə əks etdirir.
Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə edəcək. Bundan sonra Sumqayıt müəssisələrində buraxılan bütün məhsulların üzərinə Sumqayıtın gerbi vurulacaq.

Bəzi məlumatlara görə, Sumqayıtın yeni icra başçısı Eldar Əzizov bir neçə ay öncə keçirdiyi iclasda şəhərin girişindəki simvolun da sökülərək dəyişdiriləcəyini və tezliklə şəhərin yeni simvolunun yaradılacağını  bildirib. Amma sonradan bi fikrindən daşınıb. 

Buna qədər deyəsən yalnız Bakı şəhərinin öz gerbi vardı.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü