Modern.az

ADU-da “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib  

ADU-da “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib  

Aktual

23 Fevral 2018, 14:25

Fevralın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib.

 

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini deyib. S.Əliyeva qeyd edib ki, AXC dövründə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib və beləliklə kişilərlə bərabər qadınlar da ölkənin ictimai–siyasi həyatında fəal iştirak hüququ əldə ediblər. O, XX əsrin əvvəllərində azərbaycanlı qadının sosial-hüquqi statusu, qadın və kişi hüquqları arasında kəskin fərqlərdən danışıb,eyni zamandatəhsilli qadınların cəmiyyətdəki rolu barədə iştirakçıları məlumatlandırıb.

 

Daha sonrakafedranın dosenti Kifayət Ağayeva “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan qadını” mövzusunda slayd təqdim edib. O, AXC qurulduğu müddətdə Azərbaycanın məişət və ictimai həyatında mövcud olan poliqamiya, məcburi evlilik və islami dəyərlərdən sui-istifadə olunmasından danışıb. Bu dövrü işıqlandıran “Əkinçi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi qəzet, jurnalların dərc olunduğunu söyləyən K.Ağayeva qadına dəstək vermək istəyən H.Zərdabi, M.Şahtaxtlı, F.Köçərli və digər ziyalıların bu istiqamətdə atdıqları addımlardan ətraflı söhbət açıb.

 

Sonda AXC dövründə ölkənin ictimai-siyasi həyatında fəal olan, ilklərə imza atmış qadınlar və mədəni-intellektual mühit ilə bağlı video-çarx nümayiş olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı