Modern.az

Nazirlik hərbi hissələrdə tədbir keçirdi

Nazirlik hərbi hissələrdə tədbir keçirdi

Aktual

24 Fevral 2018, 19:43

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən, hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşlərdə çıxış edənlər milli mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirləri, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində dinin rolunu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsullarını qeyd ediblər. Çıxışlarda bu istiqamətdə aparılan maarifləndirmə işinin önəmi şəxsi heyətin diqqətinə çatdırılıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edərək fikir və təkliflərini səsləndiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı