Modern.az

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı

24 Fevral 2018, 21:27

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub. Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı avstraliyalı Ceyk Benstedi, tacikistanlı Bəhruz Xocazodanı, ermənistanlı Ferdinand Karapetyanı məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edən idmançımız finalda yaponiyalı Şohei Ono ilə qarşılaşıb. Yaponiyalı idman üstün olduğundan cüdoçumuz turniri gümüş medalla başa vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi