Modern.az

Çernoqoriya Azərbaycanın əsl dostu olduğunu sübut etdi  

Çernoqoriya Azərbaycanın əsl dostu olduğunu sübut etdi   

Aktual

5 Mart 2018, 17:06

İstənilən halda, özünü hay adlandıran bu millət çox qəribədir. Özlərindən yalan uydurur, sonra isə uşaq kimi uydurduqları bu cəfəngiyyata inanırlar. Qonşularının maddi-tarixi irsini oğurlayır, ərazi iddiaları irəli sürür, bütün dünyaya “soyqırımı”a uğradıqları barədə haray çəkir və özlərini fağır kimi aparırlar. Xəstəlikləri o qədər inkişaf edib ki, hər sözə “erməni” əlavəsi artırırlar. Erməni çiyələyi, konyakı, lavaşı, bozbaşı və hətta fili. Hindistanda müsəlman memarlığının zirvəsi sayılan və “Tac Mahalı”I tikdirən Böyük Moğol imperatoru Cagan Şahın sevimli həyat yoldaşı Mümtaz Mahalın da erməni olduğunu iddia edirlər, halbuki bunu sübut edən heç bir sənəd yoxdur. Misir ehramlarını da ermənilər inşa edib, Böyük Çin səddini də. Dərinə getsək, Nuh peyğəmbər də erməni olub, İsa Məsihin anası Məryəm isə Muş ermənisidir.

 

Müasir Ermənistanın bayrağı isə 1796-cı ildə Appenin yarımadasında yaradılmış Alba Respublikasının bayrağını xatırladır. Ola bilsin, bu region erməni xalqının tarixi formalaşdığını ərazidir. Necə ki, bu ərazilərə ermənilər buna qədər Bakını, Sumqayıtı, Gəncəni və təbii ki, Qarabağı da daxil etmişdilər.

 

Amma ermənilərin Qarabağın əvəzinə işlətdikləri “ Artsax” sözü heç də erməni mənşəyinə malik deyil. Erməni mənşəli tarixçi Nikolay Adunts “artsax” toponiminin ermənilərə qədər tarixə malik olduğunu və beləliklə, ermənilərin regiona gəlmə olduğunu iddia edirdi.

 

Amma bu fakt onları heç narahat etmir, əksinə, Qarabağın XX əsrin sonlarında “müstəqillik” qazanmış erməni torpağı olduğunu deməsinə yol açır. Bu torpaqların Azərbaycanın əzəli əraziləri olması fikri onları ürəklərinin dərinliyinə qədər məyus edir. Bütün dünyanın Qarabağın “müstəqilliyini” tanımaq üçün dəridən-qabıqdan çıxdığı vaxtda bunu necə demək olar?!

 

Çernoqoriyanın xarici işlər naziri Sercan Darmanoviçin Azərbaycan KİV-nə verdiyi müsahibədən qəzəblənən “Sputnik Armeniya” nəşrini də bu sual düşündürür.

Erməni nəşrini Çernoqoriya XİN-nin rəhbərinin “durduğu yerdə Qarabağ münaqişəsinə toxunması” xüsusən pərt edib. “Sputnik Armeniya”dan sonra prosesə Ermənistan Xarici İşlər Nazirliyi də qoşulacaq. Çernoqoriya XİN-nə etiraz notası göndərəcək Yerevan paralel olaraq, 2017-ci il iyunun 10-da Dünya Çempionatına təsnifat mərhələsində keçirilən Çernoqoriya-Ermənistan matçını da xatırlayacaq.

 

Məqalə müəllifi Arman Vaneskeqyan isə Çernoqoriyaya od püskürür.

“Əslində, Cənubi Qafqazda baş verənlərin Çernoqoriyaya heç bir dəxli olmalı deyil. Xüsusən ona görə ki, 2006-cı ildə yaranmış bu yeni dövlət NATO-nun üzvüdür. Öz mahiyyəti, konseptuallığı baxımdan hərbi, militarist olan bu təşkilatın üzvüdür. Dövlətlərarası münaqişələrə qarışmaq bu mənada arzu olunan deyil. Podqoritsa özünü Avropa Şurasının tamhüquqlu üzvü kimi nümayiş etdirsə də, istəkləri baş tutan deyil”.

Maraqlıdır ki, məqaləni yazarkən Vaneskeqyanın ağlına da gəlməyib ki, bundan əvvəl də, NATO üzvü olan Türkiyə eyni mövqeyi sərgiləşmişdi. Türkiyə dəfələrlə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyib, 2016-cı ildə Varşava sammitində isə üzv ölkələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyiblər.

 

Amma Vaneskeqyanın fikrincə, Sercan Darmanoviç Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən “yüksək vəzifəli diplomata yaraşmayan prinsipial səhvlər” etdiyini deyir. Bu xüsusən, Çernoqoriyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi məsələsinə aid edilir.

 

Beynəlxalq hüququn “böyük bilicisi” və Ermənistanın XİN-nin “yorulmaz məsləhətçisi” Vaneskeqyan hesab edir ki, “nazirin buraxdığı səhvin dərəcəsi o qədər yüksəkdir ki, buna sadəcə heyrətlənmək qalır”.

 

Heyrətlənmiş “beynəlxalq hüquq üzrə”divan eksperti qeyd edir ki, “Qarabağın 1991-ci ildə müstəqillik qazanmış Azərbaycanın tərkibinə qatılması çox mübahisəli məsələdir”. Onun fikrincə, “bütün dünya diplomatları Dağlıqa Qarabağın Azərbaycan SSRİ tərkibindən çıxarılmasının hüquq baxımdan mükəmməl yerinə yetirildiyini xatırlayır”.

 

“Referendum keçirildi və sakinlərin çoxu Azərbaycanın tərkibindən çıxmağa səs verdi. Və məhz bundan sonra Azərbaycasn dövləti müasir formasında yarandı” – deyə Baneskeqyan deyir.

 

Məlumdur ki, münaqişə Qarabağı Ermənistana birləşdirməyə çağıran miatsum ideyasından başlamışdı. Qarabağ erməniləri DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlər təşkil edirdilər. Eyni vaxtda, Ermənistandan azərbaycanlıların zorla çıxarılması Sumqayıtda qanlı olaylara, 1990-cı ildə Bakıda 20 Yanvar faciəsinə yol açdı. Sonra Ermənistan Azərbaycanın 20% ərazisini işğal etdi  və separatçılar bu işğala görə Ermənistana beynəlxalq sanksiyaların tətbiq ediləcəyindən qorxduqları üçün Qarabağda qondarma müstəqillik referendum keçirdilər və xalqların öz müqəddəratını təyin etmək prinsipinin arxasına sığındılar.

 

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Avropa parlamenti və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul etdiyi qərarlar ölkənin ərazi bütövlüyünün pozulduğu faktını konstatasiya edir. Bəs onda, nə  üçün dünya birliyi iddia edildiyi kimi Azərbaycan SSR-nın tərkibindən mükəmməl formada çıxan Dağlıq Qarabağın “müstəqilliyini” tanımadı, əksinə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etdi? Onlar ermənilərlə necə də pis rəftar edirlər.

 

Daha sonra Çernoqoriyanın başqa ölkələrin ərazi bütövülüyü barədə fikir yürüdə bilməyəcəyini iddia edən “eksper” nazir Darmanoviçin müsahibə vaxtı aldadıldığını iddia edir. Belə ki, guya Çernoqoriyanın məsələ ilə bağlı mövqeyi Avropa Birliyinin üzvlərinin mövqeyi ilə üst-üstə düşmür.

Çernoqoriyalı nazirə Avropa siyasətinin xırdalıqlarını öyrətməyi fikirləşən Vaneskeqyan, ötən il baş verən hadisələrdən xeyli geri qalıb. Belə ki, hələ 2017-ci il dekabrın 13-də Avropa parlamenti illik “Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik qətnaməsi”ni qəbul etmişdi. Həmin sənəddə ilk dəfə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bütün üzv ölkələrin ərazi bütövlüyü və beynəlxalq sərhədləri tanınırdı.

 

Həmin sənəd doktrina xarakteri daşıyır və Avropa Birliyinin xarici siyasətini yürüdərkən nəzərə alınır. Qətnaməni qəbul etməklə, Avropa parlamenti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bütün suallara cavab vermiş oldu. Əgər bundan əvvəl, Avropa parlanenti ərazi bütövlüyü prinsipini konkret münaqişəyə bağlamırdısa, sonuncu qətnamədə ərazi bütövlüyü pozulmuş Azərbaycan, Gürcüstan və Ukraynaya açıq dəstək nümayiş olundu.

 

Çernoqoriya xarici işlər nazirinin fəaliyyətinə laqeyd olmayan Vaneskeqyan Darmanoviçin Qarabağ münaqişəsi ilə bağlı fikirlərinin təhrif olunduğunu düşünür.

“Çernoqoriya xarici işlər nazirinin fikirlərinin kiməsə aydın olduğu inandırıcı deyil. Siyasət konkret şəxsin ifadə etdiyi fikir və düşüncələrə sıx bağlıdır. Əslində, Sercan Darmanoviçin dedikləri “yeralaş” kimi alınıb”-deyə Vaneskeqyan yazır.

 

Vaneskeqyan və onun kimi “ekspertlərdən” fərqli olaraq, Darmanoviçin səsləndirdiyi fikirlər avropalı siyasətçilər üçün aydındır. Vaneskeqyanın türk mənşli “yeralaş” sözü ilə ifadə etdiyi situasiya isə elə onun özündə yaranıb. Amma ki, buna təəccüblənməyə dəyməz. Erməni diplomatiyası bunu açıq-aşkar nümayiş etdirib, yerli propaqandaçılar isə nəyəsə görə, Çernoqoriya XİN-nin rəhbərini ittiham ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü