Modern.az

AZƏRTAC-ın rəhbəri və iki müavini təyin edilib - SƏRƏNCAM  

AZƏRTAC-ın rəhbəri və iki müavini təyin edilib - SƏRƏNCAM   

Media

16 Mart 2018, 10:17

Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin olundu. Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə 2018-ci il martın 15-də sərəncam imzalayıb. 

Dövlətimizin başçısının 2018-ci il martın 15-də imzaladığı digər iki sərəncamla isə Dağbəyi İsmayılov və Sevinc Abdullayeva AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavinləri təyin olunublar.

2016-cı il noyabrın 24-də Azərbaycan Prezidenti Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb.
 
2017-ci il dekabrın 19-da isə Prezident İlham Əliyev AZƏRTAC-ın nizamnaməsi haqqında Fərman imzalayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü